Məhkəmə qərarları › İş №2(102)-601/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-601/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-601/2024 (Açar sözlər: “dəymiş maddi zərərin ödənilməsi” “mülkiyyətdə olan torpaq sahəsinin üzərində olan tikilinin sökülməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı cavab dehlər Cavabdeh2, Cavabdeh1 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsinin üzərində olan tikilinin sökülməsi” tələbi barədə qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “16” oktyabr 2023-cü il tarixli 2(103)-2705/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.xx.xx.2019-cu il tarixli alqı-satqı razılaşmasının surətinə əsasən Bakı şəhəri Nazim Şükürov 2A ünvanında yaşayan Cavabdeh2 aşağıda adları qeyd olunan şəxslərin iştirakı ilə öz həyətyanı sahəsindən 5 sot torpağın mü qabilində İddiaçı (bundan sonra ilkin iddia üzrə iddiaçı) 20000 manat almışdır. Qalıq 80000 manatı torpaq sənədini verdikdə almalıdır. İmzalarla razılaşmanı aşağıdakı şəxslər təsdiq etmişdirlər: Cavabdeh2, İddiaçı, X11, X7 və X15. 2.xx.xx.2019-cu il tarixli razılaşma aktının surətinə əsasən ilk iddia üzrə iddiaçı, X12, X9 və Cavabdeh2 iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alqı-satqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq 80000 manat pul vəsaitindən 10000 manat əlavə olaraq ödənişi almışdır. 3.xx.xx.2020-ci il tarixli razılaşma aktının surətinə əsasən İddiaçı, Cavabdeh2, X10 və Cavabdeh1 Səyyad qızının iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alqısatqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq hissəsindən 70000 manat məbləğində pul vəsaitindən 12000 m anat əlavə olaraq almışdır. 4.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 2A (yeni qaydalarla: AZ 1074, Bakı şəhəri, ünvan 3) fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəymiş ümumilikdə 992000 manat məbləğində maddi zərər, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1414 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödəni lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı ilə aralarında bağladıqları xx.xx.2019-cu il tarixli alqı-satqı razılaşmasına əsasən Cavabdeh2 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 0.05 ha torpaq sahəsini ümumi dəyəri 100000 manat olmaqla iddiaçıya satmışdır. Həmin alqı-satqı razılaşmasına və aralarındakı şifahi razılaşmaya əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı müqavilə bağlandığı (xx.xx.2019-cu il) tarixdən etibarən 2 ay ərzində ona məxsus torpaq sahəsinin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almağı öhdəsinə götürmüşdür. Aralarındakı alqı-satqı razılaşmasına əsasən Cavabdeh2 torpaq sahəsinin ümumi dəyərindən 20000 manat məbləği beh kimi almış, qalan 80000 manat məbləği isə torpaq sahəsinə Çıxarış aldıqdan sonra aralarındakı bağlanacaq notarial qaydada alqı-satqı müqaviləsi üzrə cavabdehə verəcəyinə dair iddiaçı öhdəlik götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya satdığı torpaq sahəsini hasara ala biləcəyini və həmin torpaq sahəsindən istədiyi zaman və istədiyi kimi tikinti apara biləcəyini bildirmişdir. İddiaçı alqı-satqı razılaşmasından sonra həmin torpaq sahəsində ailə üzvləri ilə birlikdə yaşamağı üçün fərdi yaşayış evi tikdirməyə başlamışdır. Cavabdehlərdən Cavabdeh2 ilə aralarındakı bağlanmış alqı-satqı razılaşması zamanı cavabdehin kürəkəni (qızının əri) X11, vasitəçi (makler) X7 və X15 şahid olmuş və həmin m üqaviləni onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. Alqı-satqı müqaviləsindən bir müddət sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı onlara əlavə 10000 manat məbləğində təcili vəsait lazım olduğunu bildirmişlər. xx.xx.2019-cu il tarixli Razılaşma aktına əsasən İddiaçı Cavabdeh2 kürəkəni X8 Cavabdeh2 razılığı və iştirakı ilə 10000 manat məbləğində pul vermiş və nəticədə aralarında 70000 manat borc qalmışdır. Həmin xx.xx.2019-cu il tarixli Razılaşma cavabdehlərdən Cavabdeh2, cavabdehin qardaşı X9 və iddiaçının qardaşı X6 iştirakı ilə bağlanmış və həmin razılaşmanı onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. Həmin müddət ərzində isə iddiaçı ona verilmiş torpaq sahəsində tikinti işləri aparmaqda davam etmişdir. Razılaşmadan bir müd dət keçdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı yenə təcili olaraq torpağın özəlləşdirilməsi üçün onlara 12000 manat məbləğində vəsait lazım olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixli Razılaşma aktına əsasən cavabdehlərdən Cavabdeh2 kürəkəni X8 iddiaçı cavabdehlərin razılığı və iştirakı ilə 12000 manat məbləğində pulu vermiş və nəticədə aralarında 58000 manat borc qalmışdır. Həmin xx.xx.2020-ci il tarixli Razılaşma cavabdehlər Cavabdeh2, bacısı Cavabdeh1 Səyyad qızı və iddiaçının qardaşı X6 iştirakı ilə bağlanmış və həmin razılaşmanı onların iştirakı ilə bağladıqlarını öz imzaları ilə təsdiq etmişlər. İddiaçı cavabdeh ilə aralarındakı razılaşmaya uyğun olaraq cavabdehin uzun müddət DƏDRX-dan Çıxarış əldə edərək torpaq sahəsini özəlləşdirməsini gözləmişdir. Həmçinin aralarındakı razılaşmadan əlavə olaraq iddiaçı cavabdeh tərəfindən tələb olunan istənilən vaxtda onlara torpağın dəyərindən çıxmaq şərtilə istədikləri məbləği vermişdir. Cavabdehlər isə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq 2 ay əvəzinə təxminən 2 il sonra ona məxsus torpağın bir hissəsinə Çıxarış almışdır. Halbuki aralarındakı razılaşmaya əsasən cavabdeh iddiaçıya satdığı 0.05 ha torpaq sahəsinin hamısının özəlləşdirəcəyinə və iddiaçının mülkiyyətinə keçirəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehlər alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməmələrinə baxmayaraq iddiaçı yenə də torpağın qalıq dəyərini onlara aralarındakı razılaşmaya uyğun olaraq notarial qaydada alqı-satqı etdikdən sonra verməyi dəfələrlə təklif etmişdir. Cavabdeh isə iddiaçının bütün təkidlərinə baxmayaraq alqı-satqı müqaviləsinin şərtlərini pozaraq torpaq sahəsini notarial qaydada alqı-satqısından səbəbsiz olaraq qəsdən yayınır. İddiaçı cavabdehlərlə aralarındakı bağladıqları razılaşmaya və razılaşdıqları şərtlərə uyğun olaraq, müqaviləyə və cavabdehlərin vədlərinə etimad edərək həmin torpaq sahəsində dəyəri təxminən 950000 manat olan fərdi yaşayış evi tikdirmişdir və hal-hazırda həmin ünvanda yaşayır.

7. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ünvan 2 ünvanında onların istifadəsində olan 0.05 ha torpaq sahəsində tikilmiş yaşayış sahəsinin cavabdehin hesabına sökülməsini və əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onu nla əsaslandırılmışdır ki, onlar İddiaçı ilə ünvan 3 ünvanında 42.7 kv.m xüsusi mülkiyyətində olan 0.0725 ha istifadəsində olan torpaq sahəsinin 0.05 ha satılması barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən 100000 manat pul məbləğini ödəməli və eyni zamanda cavabdehlərin mənzilinə dəyən ziyanı da ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin bağlanmış yazılı müqavilədə onlar İddiaçı çıxarış yox, torpağın sənədini verməyi göstərmişdir. İlkin sənədlərlə alqı-satqı müqaviləsi etmək olardı. Ümumilikdə qarşılıqlı iddia üzrə iddiaçılara 42000 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişlər. Heç bir tikinti normasına riayət etmədən, rəsmi dövlət orqanından icazə almadan qeyri-qanuni tikinti işləri aparmışlar. Aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mən zilə ciddi ziyan vurulmuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətində olan qaraj da sökülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçılar göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında onların istifadəsində olan 0.05 ha torpaq sahəsində tikilmiş yaşayış sahəsinin cavabdehin hesabına sökülməsini və əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia üzrə iddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qarşı tərəflə 5 sot torpaq sahəsini hər sotu 20 000 manat olmaqla 100000 manata razılaşmışlar və ona müəyyən torpaq sahəsi verilmiş, Cavabdeh2 ümumilikdə 42 000 manat ödənilmişdir. Sonradan Daşınmaz Əmlakın işçiləri ölçüləri aparanda müəyyən edimişdir ki, Cavabdeh2 məxsus torpaq sahəsindən ona faktiki 3.8 sot torpaq sahəsi verilmiş, 1.2 sot torpaq sahəsi verilməmişdir. Onun evinin tikildiyi torpaq sahəsinin ölçüsü 5.77 sot təşkil edir. Qalan torpaq sahəsi Cavabdeh2 məxsus olan torpaq sahəsinə daxil edilməmişdir. Yəni cavabdeh həmin torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh2 ümumilikdə 42 000 manat ödəmişdir və qalan torpaq sahəsinə görə də ilkin müqavilə bağlayaraq əlavə 72000 manat ödəməyə hazırdır, lakin iddiaçılar qəbul etmirlər. Belə ki, cavabdehlərin vəkili ilə əlaqə saxlamış, ona təklif etmişdir ki, 3.8 sot torpaq sahəsinə görə faktiki vəziyyətdə pulunu ödəyirik, razılaşaq. Lakin cavabdehlərin vəkili bildirmişdir ki, tərəflər razılaşmır, pulu indiki qiymətlə hər sotu 30000 manat hesablanmaqla istəyirlər. Bu qiymət isə həqiqətə uyğun və ağlabatan deyil. İlki n iddia tələbi üzrə iddiaçı məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan ev ona vərəsəlik qaydasında atasından keçmişdir. Həmin torpaq sahəsinin 0.05 ha sahəsi əslində İddiaçı deyil, Xətai rayonunun voyenkomu Ədib Bağruyevə satılmışdır. Bununla bağlı İddiaçı ilə razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən İddiaçı 0.05 ha sahəsi hər sotu 20 000 manat olmaqla 100000 manat pul məbləğini ödəməli və eyni zamanda cavabdehlərin mənzilinə dəyən ziyanı da ödəməyi öz öhdəsinə götürmüşdür. Sonra həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə, onun ya lnız 0.0725 ha sahəyə dair mülkiyyət hüquqları tanınmışdır, qalan hissəyə dair çıxarış verilməmişdir. Buna baxmayaraq o, Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldırmamışdır. Cavabdeh2 təsdiq etmişdir ki, ümumilikdə ona 42000 manat pul ödənilmiş, razılaşmaya görə vəd olunan torpaq sahəsindən 1.2 sotu iddiaçıya verilməmişdir. Sənədləşdirdiyi 0,0725 ha torpaq sahəsindən İddiaçı faktiki sahibliyinə 3.8 sot verilmişdir. Hazırda İddiaçı tikdirdiyi evin yerləşdiyi torpaq sahəsinin 1.2 sotuna dair sənədləşdirmə aparılmamışdır. İddiaçı heç bir tikinti normasına riayət etmədən, rəsmi dövlət orqanından icazə almadan qeyri-qanuni tikinti işləri aparmışdır. Aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulmuş, həmin sahədə ol an qaraj da sökülmüşdür. İddiaçı ağacları kəsmiş, ona məxsus olan materialları satıb cibinə qoymuşdur. Cavabdeh2 bildirmişdir ki, artıq heç nə istəmir, onun həyətinin boşaldılmasını xahiş edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 məhkəmədən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 3 (köhnə qaydalarla ünvan 4 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 2019-2020-ci illər üçün mövcud olan orta bazar qiymətləri ilə çəkilmiş xərclərin ümum i dəyəri təqribən 951835,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin hər hansı konstruktiv elementlərinin üzərində, eləcə də yerinə yetirilmiş tikinti işləri üzrə fiziki aşınma və köhnəlmə müəyyən edilməmişdir. 12.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 2A saylı, fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, ev46) və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X-726 nömrəli vərəsəlik məktubuna, Bakı şəhəri Xətai Rayon Məhkəməsin in xx.xx.2019-cu il tarixli 2(011)-1464/2019 nömrəli qətnaməsinə, sözügedən əmlaka dair 1973-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ilkin olaraq xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 13.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(011)-92/2023 saylı qətnaməsi ilə (hakim X3) ilkin iddia tələbi qismən təmin edilmiş və ilkin iddia üzrə Cavabdeh2 951835 (doqquz yüz əlli bir min səkkiz yüz otuz beş) manat məbləğində dəymiş maddi zərər tutularaq ilkin iddia üzrə İddiaç ı ödənilməsi qət edilmiş, ilkin iddia tələbi Cavabdeh1 Səyyad qızına qarşı münasibətdə təmin edilməmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsinin üzərində olan tikintinin sökülməsi və sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. 14.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin müqavilə üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən pozulması təsdiq edildiyindən, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyi ilə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı v əziyyətdə olan tikintisinə və təmirinə 951835 manat xərc çəkildiyi təsdiq edildiyindən, hazırda Cavabdeh2 öhdəliyin icrasından imtina etməklə iddiaçıya maddi zərərin vurulmasına səbəb olduğundan, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh2 951935 manat məbləğində maddi ziyan tutularaq ilkin iddia tələbi üzrə İddiaçı ödənilməlidir. İlkin iddia tələbi digər Cavabdeh1 Səyyad qızına qarşı əsaslandırılmadığından, Cavabdeh1 Səyyad qızı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığından, ilkin müqavilə üzrə onun tərəfindən hər hansı öhdəlik qəbul edilmədiyindən ona qarşı ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar cavabdeh İddiaçı tərəfindən aparılan tikinti işləri nə ticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulduğuna istinad etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbində sökülməsi tələb edilən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 951835 manat Cavabdeh2 tutulduğundan, həmin fərdi yaşayış evinin sökülməsi ədalətsiz olmaqla evin tikildiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 mənafeyinə uyğun deyil. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Səyyad qızı həmin iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 180.1, 180.2, 180.4, 402, 425.1, 425.2, 441-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən narazı qalan ilkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin e-2(011)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və mülki iş üzrə ilkin iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsi iddiaçı iddia tələbində dəymiş maddi zərər kimi istinad etdiyi hallardan olan cavabdehlərə xx.xx.2019-cu il tarixli alğı-satqı razılaşmasına əsasən ilkin olaraq beh kimi verilən 20000 manat məbləği və daha sonra ardıcıllıqla cavabdehlərə verilən xx.xx.2019-cu il tarixli Razılaşma aktına əsasən 10000 manat, xx.xx.2020-ci il tarixli Razılaşma aktına əsasən isə 12000 manat məbləğində vəsaiti, ümumilikdə 42000 manat məbləğində nağd pulun dəymiş zərər kimi cavabdehlərdən tutulması ilə bağlı dəlillərə hər hansı bir hüquqi qiymət verməmiş və nəticədə iddia tələbi həmin hissədə təmin edilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 1282 manat və müvəqqəti təminat tədbiri olaraq ödənilmiş 128 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1410 manat məbləğində pul cavabdehlərdən tutulmalı olduğu halda, Xətai rayon Məhkəməsi həmin tələblə bağlı da eyni qaydada münasibət bildirməyərək ciddi maddi və prosessual pozuntu törətmişdir.

18. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2( 001)-92/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında razılaşmaya hüquqi qiymət verməmiş, onu ilkin alğı-satqı müqaviləsi kimi qiymətləndirmişdir. Həmçinin həmin razılaşdırmada icra zamanı göstərilməsə də, bu əhəmiyyətli hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iddiaçının tikdirdiyi tikintinin özbaşına olduğu qeyd etsə də, ona hüquq qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticədə ilkin iddianı təmin etsə də, hansı əsaslara görə cavabdeh tərəfindən ödənilməsi işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı ilə ca vabdeh arasında tikintini özbaşına tikdirdiyinə görə məsuliyyət daşıdığı barədə müqavilə yoxdur. Belə olan halda cavabdeh tərəfindən həmin pulun ödənilməsi işin hallarına uyğun deyildir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə: Bakı şəhəri, ünvan 3 (köhnə qaydalarla ünvan 5 ünvanında İddiaçı tərəfindən inşası iddia edilən tikilinin cavabdeh X2 mülkiyyətində olan torpaq sahəsinin bir tərəfində yerləşməklə təqribən 0.036 h a təşkil etdiyi müəyyən olunur, qərardadın ikinci sualı üzrə: X4 məxsus Bakı şəhəri, ünvan 3 (köhnə qaydalarla ünvan 4 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırki vəziyyətdə olan tikintisinə və təmirinə orta bazar qiymətləri ilə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 951835,0 manat məbləğində müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, ünvan 3 (köhnə qaydalarla ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahəsinin 1 sotunun dəyəri təqribən 20500 manat məbləğində, likvid dəyəri isə təqribən 19500 manat məbləğində müəyyən edilir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (ha kimlər – F.Ş. Talışınski (sədrlik edən və məruzəçi), A.N. İmanov, M.A. Məmmədov) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-92/2023 saylı işi üzrə 12 yanvar 2023-ci il tarixli qətnaməsi qismənilkin iddia hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızından maddi zərərə görə 992000 (doqquz yüz doxsan iki min) manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 (min dörd yüz on dörd) manat, cəmi 993414(doqquz yüz doxsan üç min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticə hasil olunmuşdur. Belə ki, ekspertizalar ilə məbləğin və ilk iddianın əsasını təşkil edən digər təfərrüatların təsdiq edildiyi halda, habelə cavabdehlərin qarşılıqlı iddialarında özləri tə rəfindən bu dəlillərin etiraf edildiyi təqdirdə, birinci instansiya məhkəməsi tərəfindən bunlar nəzərə alınmamışdır. Cavabdehlərin hər ikisi qarşılıqlı iddia vermiş və tələblərində hər ikisinin iştirak etdikləri ilkin razılıq üzrə 42000 manat məbləğində nağd pul aldıqlarını etiraf etmiş, lakin razılığa gəlmək imkanlarının mümkün olmadığına müxtəlif sübuta yetirilməyən qarşılıqlı tələblər irəli sürmüşlər.

23. Diqqətə çatdırılmalıdır ki, cavabdeh tərəf razılığa gələrkən hər ikisi potensial vərəsə kimi çıxış etmiş və gələcək mülkləri ilə bağlı razılığa gələrək maneə yaratmadan iddiaçıya möhtəşəm tikilinin inşa edilməsinə şərait yaratmışlar. İlk iddia üzrə iddiaçı iddia irəli sürdükdən sonra cavabdehlər də formal qarşılıqı iddia irəli sürmüş, yeni tikilinin özbaşına inşa edilməsi və sair süb uta yetirilməyən əsaslarla (danışıqlardan irəli gələn öhdəliklərin icrasından boyun qaçırmaqla) qüsurlu davranışlarına qanuni əsas verməyə (faktiki olaraq isə hüquqlardan sui-istifadə edib əsassız varlanaraq) və mülki məsuliyyətdən yayınmaya çalışmışlar. Qeyd edilənlərə və ekspert tərəfindən ilk iddiaçıya dəymiş zərərin məbləği 951835 manat, onun tərəfindən cavabdehlərə ödənilmiş 42000 manat məbləğində pul vəsaiti bütövlükdə iddia tələbini əhatə etdiyindən, habelə ilkin iddianı istisna edən, qarşılıqlı iddianı isə təsdiq edən əsaslar olmadığından, qətnamə qismən-ilkin iddiaya aid hissəsdə ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tam təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiy asının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1., 21.2., 21.3.,157.5., 157.6, 157.7.,157.8., 158.2., 158.3., 386.1., 425.1., 425.2, 442., 443.1., 443.2., 491.2., 491.2, 492.1., 492.2., 439.4., 1091.2., 1092.1., 1092.1.1., 1092.2.,1092.3., 1093.1.,1093.2., 1093.2.1., 1093.2.2-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Məhkəməsinin 2(103)2705/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsini rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 26.Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, çıxarılan qətnamə qanunsuz və əsassız və ədalətsizdir. Tərəflər arasında torpaq alqı-satqısına dair razılaşma olmuşdur. Bu razılaşma qanun tələblərinə uyğun tərtib olunmamış, müddəti icra vaxtı müəyyən olunmamışdır. Həmçinin ilkin alqı-satqı müqaviləsi kimi qiymətləndirilsə belə notarial orqanında, təstiq olunmalı qanun tələblərinə riayət olunmalı idi. Digər tərəfdən nümayəndəsi olduğu şəxs orada bina inşa etməyə icazə versə belə, iddiaçı tərəf müvafiq sənədləşdirmə apardıqdan sonra özbaşına tikili inşa etməməli idi. Digər tərəfdən 2021-ci ildə çıxarış olsa tərəf alqı-satqı müqaviləsi bağlamamış, Cavabdeh2 Səyyaq qızının istifadəsində olan əlavə 0,017 ha torpaq sahəsinin zəbt etmiş, torpaq sahəsində həmdə bina inşa etmişdir. Özbaşına tikinti inşa etməklə həmin hi ssədə iddianın təmin olunması absurddur. Məhkəmə tərəflər arasında razılaşmanı hüquqi qiymət verməmiş, onu ilkin alqı-satqı müqaviləsi kimi qiymətləndirmişdir. Həmçinin həmin razılaşdırmada icra zamanı göstərilməsə də, bu əhəmiyyətli hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iddiaçının tikdirdiyi tikintinin özbaşına olduğu qeyd edilsə də, ona hüquq qiymət verməmişdir. 27.Məhkəmə gəldiyi nəticədə ilkin iddianı təmin etsə də, hansı əsaslara görə cavabdeh tərəfindən ödənilməsi işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında tikintini özbaşına tikdirdiyinə görə məsuliyyət daşıdığı barədə müqavilə yoxdur. Belə olan halda cavabdeh tərəfindən həmin pulun ödənilməsi işin hallarına uyğun deyildir.

28. Kasassiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Mə cəllənin 180.1, 180.2,402.1,402.2,402.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessuaal Məcəlləssinin 77-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

30. Maddə 13, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 31.İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 32.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. 34.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 35.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 36.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 37.21.2. Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 38.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 39.157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 40.157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 41.157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən ö z yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 42.157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 43.158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 44.158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 45.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 46.1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 47.1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 48.1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 49.1092.3. Varlanmış şəxs q aytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 50.1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 51.1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 52.1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 53.1094. Əsassız varlanm ış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş ü zrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 64.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 65.Apellyasiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, hazırkı kassasiya icraatında qətnamə iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində və onun qarşılıqlı iddiasının rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin mübahisələndirilən torpaq sahəsinə dair sadə yazılı əqdi qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmasa da, mübahisəli torpaq sahəsi iddiaçının qanunsuz sahibliyində olmamış, cavabdehlər torpaq sahəsini iddiaçının sahibliyinə vermiş, buna görə torpaq sahəsinin dəyərinin bir hissəsini ondan almış və həmin torpaq sahəsində yaşayış evinin tikilməsinə və həyətin abadlaşdırılmasına etiraz etməmişdirlər.

68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı faktiki olaraq satın aldığı torpaqda külli miqdarda vəsait xərcləyərək ev inşa etdikdən sonra cavabdehlərin alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmələri və hər hansı kompensasiya ödəmədən torpaq sahəsinin geri qaytarılması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətləri hüquqdan sui-istifadə hesab edilməlidir.

69. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

70. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

71. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli q ərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

72. Oxşar mövqe X13 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əld ə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

73. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmış, belə varlanmaya qanuni əsas və müqavilə əsası olmamışdır. Ona görə də, cavabdehlər əsassız varlanma obyektinin (tikilini) qaytarılması mümkün olmadığından onun dəyərini və müqavilə üzrə ödənilən pul vəsaitini qaytarmalıdırlar.

74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəy işdirilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Məhkəməsinin 2(103)-2705/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində və onun qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli 2(103)2705/2023 saylı qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində və onun qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar