Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6012/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1633/2019 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsindən verdiy i kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Z.Ağayev) 2(010)-3442/2017 nömrəli, 24 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh4 16168,55 manat əsas borc, müqavilənin bitdiyi günə 1980,65 manat faiz borcu, 2000 manat cərimə, cəmi 20149,2 manat borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutulacaq məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 131, 1 saylı mənzilə yönəldilməasi, həmin mənzilin ilkin satış qiymətinin 39.000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, Ləğv Prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan əsas kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) 2(103)-1633/2019 nömrəli, 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3442 /2017 saylı 24 may 2017-ci il tarixli qətnaməsi Cavabdeh4 və Cavabdeh2 münasibətdə cərimə borcunun və ipoteka premetinin ilkin satış dəyərinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh4 iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli olan cərimə borcu 500 manat həddində müəyyən edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 131, 1 saylı mənzilin ilkin satış dəyəri 68.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 50 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 150 manat isə “xxxx” MMC-n in hesabına ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 16168,55 manat əsas borcun, 2506,10 manat faiz borcun, 5175,55 manat cərimənin, cəmi 23850,18 manat borcun, 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın bank qarşısında yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 131, 1 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərra cdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv Prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1633/2019 nömrəli iş üzrə 26 fevral 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi və təkrar əmtəəşünaslıq ekspertizasının təyin edilməsi üçün işi apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv Prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1633/2019 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 25 aprel 2013-cü il tarixli 05 nömrəli kredit müqaviləsi ilə Cavabdeh4 İddiaçı-dən illik faiz dərəcəsi 18% olmaqla 24 ay müddətinə 28000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. 25 aprel 2013-cü il tarixli Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsi ilə Bakı şəhəri. Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “A B” yaşayış sahəsi, ev 131, 1 saylı mənzil İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış dəyəri 39.000 manat qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh4 vermişdir. Bunun nəticəsində bankın Cavabdeh4 kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, Cavabdeh4 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh4 müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, k redit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İlk əvvəl iddia tələbinin kredit və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı ö hdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh4 də banka olan borcun mə bləği Bankın təqdim etdiyi maliyyə arayışları əsasında hesablanmış, həmin arayışların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdehlər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi 10 avqust 2017-ci il tarixli 2(103)-8670/2017 saylı qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair apellyasiya instansiyası məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 16.03.2018-ci il tarixli 23469 saylı ekspert rəyinə əsasən, 25.04.2013-cü il tarixli 05 saylı kredit müqaviləsi üzrə ca vabdehin 25.04.2015-cı il tarixə əsas borcu 16185,69 manat, faiz borcu isə 1982,75 manat hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən 08.05.2017-ci il tarixli maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 16168,55 manat, faiz borcu isə 1980,65 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun və faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas və faiz borcun məbləği ekspertiza rəyində göstərilən həddə deyil, iddia tələbin də göstərilən həddə qiymət verilməlidir. Buna görə də ekspertiza rəyi üzrə hesablanmış əsas və faiz borcu cavabdehdən tutulmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Apellyasiya instansiyası məhkəməsi cərimə borcunun tutulması ilə bağlı düzgün olaraq hesab etmişdir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzə rə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, apellyasiya instansiyası məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq tərəflər arasında bağlanmış 25.04.2013-cü il tarixli 05 saylı kredit müqaviləsi üzrə cərimə borcunun azaldılmasını və 500 manat həddində müəyyən olunmasını ağlabatan və ədalətli hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın ge cikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlaya nın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, Bank ilə Cavabdeh4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, əsas borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkə mə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 39.000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 10.08.2017-ci il tarixli qərardad ilə təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC tərəfindən verilmiş ƏEM/O 151-1237/17 saylı 31.10.2018-ci il tarixli rəyə əsasən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 131, 1 saylı mənzilin bazar dəyəri 68.000 mana t müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1633/2019 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv Prosesində olan İddiaçı-n in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1633/2019 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6012/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6012/2019
03.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver