Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6017/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun vəkili ***nun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)4391/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv pros esində olan İddiaçı ASC-nin ləğvedicisi *** Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3.736 manat əsas borc, 1.160,72 manat faiz borcu, 1.857,23 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6.773,84 manat cərimə olmaqla, ümumilikdə 13.527,79 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, bankın *** filialı ilə cavabdeh arasında 14 yanvar 2011-ci il tarixdə bağlanmış 9 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 2 ay müddətinə illik 28 faiz dərəcəsi 5.000 manat məbləğində istehlak krediti verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, d əfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(001)4662/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)4391/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4662/2018 saylı iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə ai d edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması qanuni deyildir. Belə ki, tərəflər öz aralarında iddia müddəti nin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 2 (iki) aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, bankın *** filialı ilə cavabdeh arasında 14 yanvar 201l-ci il tarixdə 9 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin pred metini kreditor tərəfindən borcalana məişət texnikasının alınması məqsədilə illik 28 faizlə 2 ay müddətinə 5.000 manat məbləğində istehlak kreditinin verilməsi, borcalan tərəfindən isə kreditin müqavilə üzrə müəyyən edilmiş qaydada qaytarılması təşkil etmişdir. 07 fevral 2018-ci il tarixə Cavabdeh kreditor qarşısında yerinə yetirilməmiş öhdəliyi 3.736 manat məbləğində əsas, müqavilə müddətinin sonuna hesablanmış 1.160,72 manat məbləğində faiz, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.857,23 manat faiz və 6.773,84 manat cərimə borcu olmaqla, ümumilikdə 13.527,79 manat kredit borcu təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, mülki qanunverici liyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəm iyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görün üş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Lakin hazırki işdə bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 5.000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsi üçün lazım olan bütün sənədləri, o cümlədən kredit müqaviləsinin özünü cavabdeh şəxsən imzalamış və hərəkətlərinin hüquqi nəticələri ona məlum olmuşdur. Kredit müqaviləsi tərəflər arasında hüquq və vəzifələr yaratdığından və görünüş üçün bağlanmadığından, həmin əqd uydurma, yəni əhəmiyyətsiz əqd hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, 14 yanvar 2011-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə və iradə ifadəsinə görə qanunun tələblərinə uyğun şəkildə bağlanmışdır və onun əhəmiyətsizliyinə əsas verən hallar mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir, bu da qətnamənin ləğvi üçün əsas olmuşdur. Kollegiya qeyd etmişdir ki, cavabdeh 14 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 5.000 manat məbləğində kredit götürüb, həmin krediti 2 ay müddətində illik 28 faizlə qaytarmağı öhdəs inə götürdüyü halda, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilmə məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibi ni müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. İddiaçının nümayəndəsinin təqdim etdiyi 18 aprel 2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfind ən banka 500 manat ödəniş edilmişdir. Lakin cavabdeh və onun nümayəndəsi-vəkili bu faktı təkzib etmiş və cavabdeh tərəfindən heç bir ödəniş aparılmadığını bildirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, ödəniş qəbzində «Ödəyənin imzası» qrafası qarşısında olan imza kredit müqaviləsinin tərəfi olmuş bankın nümayəndəsi, yəni İddiaçı ASC-nin *** filialının müdiri X1 məxsusdur. Göründüyü kimi, iddiaçının nümayəndəsinin iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hal kimi istinad etdiyi xüsusat (borcun etirafı ilə bağlı hərəkət) öz təsdiqini tapmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən, nə də apellyasiya icraatı zamanı iddiaçı cavabdehin kredit borcundan nə vaxt və hansı məbləğdə ödənişlər etməsi və həmin ödənişlərin silinmə qaydasına dair hesabdan çıxarış təqdim e tməmişdir. Cavabdeh 03.08.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4- cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair cavabdehin xahişi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi 14 mart 2011-ci il tarixdən hesablanmalıdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə birinci instansiya məhkəməsinin kredit müqaviləsini imzalamış bankın *** filialılın müdiri X2 ilə “xxxx” ASC-nin “Santexquraşdırma” İdarəsinin rəisi A.Rüstəmovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,179 və 308-ci maddələrinin əlamətlərinin olması ilə bağlı gəldiyi qətnaəti və bununla bağlı çıxardığı 31 oktyabr 2019-cu il tarixli Xüsusi qərardadı şübhə altına almaq niyyətində deyil və yuxarı insatnsiya məhkəməsi tərəfindən aşağı məhkəmənin səhvinin düzəldilməsi həmin qərardadın hüquqi qüvvədən düşməsi kimi qiymətləndirilməməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də kredit müqaviləsi ilə müqavilənin tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması göstərilsə də bu şərt hazırkı tələb üzrə iddia müddətinin ötürülməsini istisna edən şərt kimi qiymətləndirilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən olunmuşdur ki, kredit məbləği 2 ay müddətinə verilir və bu müddət 14 mart 2011-ci il tarixində bitmişdir. Odur ki, iddia müddətinin axımı da elə həmin müddətdən başlanmışdır. Həmin müqavilədə göstərilənlər isə müqavilənin qüvvədə olma müddəti kimi qəbul edilə bilməz. Belə ki, həmin bəndə əsasən kredit müqaviləsi tərəflərin öz öhdəlik lərini tam həcmdə yerinə yetirdikdən sonra qüvvədən düşür. Kollegiya hesab edir ki, müqavilənin bu bəndi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olun muşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Müqavilənin bu müddəası müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün də etibarsızdır. Bu baxımdan iddiaçının müqavilənin bu bəndinə istinad etməklə iddia müddətinin ötürülməməsinə istinad etməsi də əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ***nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-4391/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6017/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6017/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver