Məhkəmə qərarları › İş №2(102)-6017/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6017/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6017/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, qarşılıqlı iddia-ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-225/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 arasında 27.05.2015-ci il tarixdə bağlanmış 105850-165426/4 nömrəli Kredit Müqaviləsinə əsasən cavabdehə illik 24% hesablamaqla, 60 ay müddətinə 84553 (səksən dörd min beş yüz əlli üç) manat, 15.02.2016-cı il tarixdə bağlanmış 105850-165426/5 nömrəli Kredit Müqaviləsinə əsasən cavabdehə illik 18% hesablamaqla, 36 ay müddətinə 303373 (üç yüz üç min üç yüz yetmiş üç) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında 27.05.2015-ci il tarixli, 105850-165426/4 saylı və 15.02.2016-cı il tarixli, 105850-165426/5 saylı bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit müqavilələrindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 15.02.2016-cı il tarixli 105850-165426/5 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.06.2006-cı il tarixli, MH ******* nömrəli Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən, mülkiyyət hüququ ilə Cavabdeh 2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.09878 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 20 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 122.9 kv.m ümumi, 64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 350 nömrəli mənzil 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. 15.02.2016-cı il tarixli 1 (bir) nömrəli əlavə razılaşmadan görünür ki, 105850165426/4 nömrəli 27.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə və faiz borcları kapitallaşdırılaraq əsas borca əlavə edilmiş və kredit ödənişləri 6 ay əsas borcun ödənişinə güzəşt tətbiq edilməklə, yeni ödəniş cədvəli hesablanmışdır. İddiaçı ASC-nin “Nəsimi” filialı tərəfindən TT1514940C98 nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh1 29.05.2015-ci il tarixdə 845,53.00 (səksən dörd min beş yüz əlli üç) manat ödənilmişdir. İddiaçı ASC-inin “Nəsimi” filialı tərəfindən TT160465B6XC nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh1 15.02.2016-cı il tarixdə 303,373.00 (üç yüz üç min üç yüz yetmiş üç) manat ödənilmişdir. İddiaçı ASC-nin 05.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, 15.02.2016-cı il tarixli 105850-165426/5 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 193373 manat əsas borc, 36305.69 manat faiz borcu, cəmi 229678.69 manat borcu vardır. İddiaçı ASC-nin 05.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, 27.05.2015-ci il tarixli 105850-165426/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 85554.69 manat əsas borc, 14408.96 manat faiz borcu, cəmi 99963.65 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş və sonunculara təqd im edilmiş bildiriş və pretenziya məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01.06.2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 350 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 6924 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 17.02.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 350 say lı mənzil İddiaçı ASC-nin “Nəsimi” filialının xeyrinə yüklü edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 26.02.2019-cu il tarixli, QXM 249/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilin bazar dəyəri qiyməti 175.000 (yüz yetmiş beş min) manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 05.07.2019-cu il tarixli, 5536 nömrəli ekspert rəyindən görünür ki, 05.12.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 27.05.2015-ci il tarixli 105850-164426/4 saylı kredit müqaviləsinin və 15.02.2016-cı il tarixli 01 №-li Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, 85.554,69 manat əsas, 14.408,69 manat faiz borcu olmaqla, cəmi 99.963,65 manat və 15.02.2016-cı il tarixli 105850164426/5 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 193.373,00 manat əsas, 35.904,09 manat faiz borcu olmaqla, cəmi 229.277,09 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.05.2015-ci il tarixli 105850-165426/4 saylı kredit müqaviləsinə əsasən 05.12.2016-cı il tarixə banka borclu olduğu 85554.69 (səksən beş min beş yüz əlli dörd manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 14408.96 (on dörd min dörd yüz səkkiz manat, doxsan altı qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 99963.65 (doxsan doqquz min doqquz yüz altmış manat, altmış beş qəpik) manat məbləğində pulun, 15.02.2016-cı il tarixli **********26/5 saylı kredit müqaviləsinə əsasən 05.12.2016-cı il tarixə banka borclu olduğu 193373 (yüz doxsan üç min üç yüz yetmiş üç manat) manat məbləğində əsas borc, 36305.69 (otuz altı min üç yüz beş manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 229678.69 (iki yüz iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində pulun, eləcə də 30 (otuz) manat məhkəmə üçün və 10 (on) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən, 350 saylı mənzilə yöndəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 3 ünvanında yerləşən, 350 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli 105850-165426/4 saylı kredit müqaviləsinə əsasında iddiaçı cavabdehə 60 (altmış) ay müddətinə, illik 24% olmaqla, 84553 (səksən dörd min beş yüz əlli üç) manat məbləğində, 15.02.2016-cı il tarixli 105850-165426/5 saylı kredit müqaviləsi əsasında iddiaçı cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 18% olmaqla, 303373 (üç yüz üç min üç yüz yetmiş üç) manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 27.05.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 27.05.2015-ci il tarixli, 105850-165426/3 nömrəli və 15.02.2016-cı il tarixli, 105850-165426/5 nömrəli sonrakı ipoteka müqavilələri bağlanaraq, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli binada yerləşən 122.9 kv.m ümumi, 64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 350 nömrəli mənzili bank qarşısında yüklü edilmişdir. Bundan əlavə bank və digər Cavabdeh3 arasında 27.05.2015-ci il tarixli, 105850-165426/4 saylı və 15.02.2016-cı il tarixli, 105850-165426/5 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh öz üzərinə düşən götürdüyü kredi t öhdəliklərini icra etməmiş və nəticədə banka 27.05.2015-ci il tarixli 105850-165426/4 saylı kredit müqaviləsi üzrə 99963.65 manat, 15.02.2016-cı il tarixli 105850-165426/5 saylı kredit müqaviləsi üzrə 229678.69 manat borcu qalmışdır. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC-yə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda 15.02.2016-cı il tarixdə bağlanmış 105850165426/5 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borc tələb i, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(001)-52/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı ASC iddia ərizəsində tutmanın ona məxsus və onun tərəfindən guya ki, sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilə yönəldilməsini xahiş etmişdir. 15.02.2016-cı il tarixli, 105850165426/5 saylı sonrakı ipoteka müqaviləsinin mövcudluğundan 2020-ci ilin fevral ayında məlumatı olmuş və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi mənzilinin ipoteka ilə yüklü edilməsində nə iradə ifadəsi, nə də, niyyəti olmuşdur. Sözügedən ipoteka müqaviləsi bağl anarkən o aldadılmışdır. Belə ki, müqavilə bağlanılarkən ona həmin müqavilənin zaminlik müqaviləsi olduğu bildirilmişdir. O aldadılmasaydı həmin müqavilənin bağlanması qeyri-mümkün olardı. Əgər bu məsələ ilə bağlı öncədən məlumatı olsa buna razılıq verməzdi. Çünki o, hal-hazırda həmin mənzildə yaşayır və həmin mənzildən başqa yaşayış yeri yoxdur. Mülkiyyətində olan həmin mənzilin ipoteka ilə yüklü edilməsi zamanı aldadılmışdır və bu səbəbdən də, 15.02.2016-cı il tarixdə bağlanmış 105850-165426/5 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda 15.02.2016-cı il tarixdə bağlanmış 105850165426/5 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Abbasova, iş № 2(001)-52/2019) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 27.05.2015-ci il tarixli 105850-164426/4 saylı kredit müqaviləsinə əsasən 85.554,69 manat əsas, 14.408,69 manat faiz borcu olmaqla və 15.02.2016-cı il tarixli 105850-164426/5 saylı kredit müqaviləsinə əsasən 193.373,00 manat əsas, 35.904,09 manat faiz borcu olmaqla, cəmi 329.240,47 (üç yüz iyirmi doqquz min iki yüz qırx manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yer ləşən 350 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 175.000 (bir yüz yetmiş beş min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Mü xbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hətəmzadə, iş № 2(001)-2732/2020) iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC-yə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cav abdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka müqavilələrinin aldatma nəticəsində bağlanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisələndirilən ipoteka müqavilələri notariat kontorunda bağlanaraq notarial qaydada təsdiq edilmiş və həmin müqavidə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ipoteka müqaviləsinin aldatma nəticəsində bağlanmasını sübut edə bilməmiş, tərəflər arasında bağlanmış sözügedən müqavilə mülki qanunvericiliyin tələbləri nə uyğun bağlanmış və həmin müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında 15.02.2016-cı il tarixdə bağlanmış reyestrdə 3M-112 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə səbəb ola biləcək qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-225/2021) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qə tnaməsinin qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti və ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın qismən təmin edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 42 nömrəli evin 350 nömrəli mənzilinin ilkin satış qiymətinin 180 000 (yüz səksən min) manat müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 42 nömrəli evin 350 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz) manat Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: ********** H h № AZ33İBAZ**********6792716216 "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK. İBAZAZ2X) hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə qismən ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsas olsa da, iddiaçı Cavabdeh2 şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini həmin qətnamənin bir hissəsi, yəni iddianın ipoteka predmetinin boşaldılması və ipoteka predmetinin İddiaçı ASC-yə təhvil verilməsi, kredit borcunun məbləği (əsas və faiz borcu), eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissəsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin obyektini isə həmin qətnamə, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnamələrinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki birinci iş üzrə, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti və mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, cavabdehlər, o cümlədən Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatları olmuşdur. Çünki, cavabdehin vəkili əvvəlcə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, daha sonra isə vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh məhz hüquqdan sui-istifadə etməklə bu cür dəlillərdən istifadə edərək məhkəmə iclasının vaxtı barədə məlumatının olmamasını bildirir. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin qiymətin real olub-olmamasına əhəmiyyət ve rməmiş, ipoteka qoyanın bu qiymətlə razılaşıb-razılaşmamasını aydınlaşdırmamış, mübahisə yaranacağı təqdirdə yenidən müstəqil qiymətləndiricinin rəyinin alınmasının zəruri ola biləcəyini nəzərə almamışdır. Apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin 15 fevral 2021-ci il tarixli 13/142 nömrəli rəyi ilə ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilin bazar dəyərinin 200000 (iki yüz min) manat olduğu, "xxxx" MMC-nin 04 mart 2021-ci il tarixli 13/0303 nömrəli rəyi ilə ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilin likvid dəyərinin 180000 (yüz səksən min) manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan mənzilin likvid dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin likvid dəyəri məb ləğində göstərilməsini işin hallarına uyğun hesab edir. Çünki, “İpoteka haqqında” Qanunda da ilkin satış qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin real bazar dəyəri deyil, likvid dəyərinin əsas götürülməsi nəzərdə tutulur. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi də mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı nəticəsi real vəziyyətə uyğun olmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddia tələbi və qanuni əsas olmadığı halda ünvan 1 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvi l verilməsi kimi ziddiyyətli vəziyyət yaradıb iddia tələbindən kənara çıxaraq mənzilin İddiaçı ASC-yə təhvil verilməsini qət etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi hissəsinin qanuni əsası mövcud deyildir. Çünki, iddiaçının belə bir iddia ilə müraciət etməsi üçün subyektiv hüququ yaranmalıdır. Keçiriləcək hərrac nəticəsində ipoteka predmetini əldə edəcək şəxsin iddiaçı olacağı hələlik bəlli deyildir. Bu şəxs başqaları, o cümlədən ipoteka qoyan da ola bilər. Ona görə də, hazırki qətnamə ilə mənzilin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinin təmin edilməsi ipoteka qoyanın mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Eyni zamanda iddiaçının məhz bu c ür tələblə də məhkəməyə müraciət etməmişdir. Göstərilənlərlə yanaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən digər dəlillər əsassız olduğundan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın 05.07.2019-cu il tarixli, 5536 nömrəli ekspert rəyinə əsasən 05.12.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 27.05.2015-ci il tarixli 105850-164426/4 saylı kredit müqaviləsinin və 15.02.2016-cı il tarixli 01 №-li Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, 85.5 54,69 manat əsas, 14.408,69 manat faiz borcu olmaqla, cəmi 99.963,65 manat və 15.02.2016-cı il tarixli 105850-164426/5 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 193.373,00 manat əsas, 35.904,09 manat faiz borcu olmaqla, cəmi 229.277,09 manat təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün də əsas və zərurət olmalıdır. Ona görə d ə, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bundan əlavə, iddiaçı Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2732/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində göstərilən dəlillər də əsassız olduğundan mübahisələndirilən hissədə həmin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində mənzili ipoteka ilə yüklü etmək niyyəti olmadığını göstərsə də bu artıq baş vermiş, yəni mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bununla əlaqədar iradə ifadəsi olmadığını, aldadıldığını, yəni ipoteka müqaviləsinin zaminlik müqaviləsi hesab etdiyini göstərsə də bu dəlillər inandırıcı və ağlabatan deyildir. Çünki, iddia etdiyi bu hala dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də şikayətində göstərdiyi dəlillər onun şikayətinin və iddiasının əsassızlığına dəlalət edir. Çünki, bu dəlillər iddiaçının şəxsi mülahizələrinə əsaslanan fikirləri olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-225/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin ye ni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sü butlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-225/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar