Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6018/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 QSC-nin və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dəymiş ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3202/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: "xxxx" MMC–nin baş direktoru ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2006-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 həmin MMC-yə direktor vəzifəsinə qəbul olunmuş, 02 oktyabr 2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Həmin MMC-yə direktor təyin olunmuş Z.H.Hüseynzadə MMC-nin əvvəlki direktoru Cavabdeh1 şirkətə məxsus 110.000 manata yaxın pul vəsaitini təyinatdan kənar istifadə etməklə MMC-yə ziyan vurmasını əsas göstərməklə Bakı Şəhər Prokurorluğuna şikayətlə müraciət etmişdir. Bakı Şəhər Prokurorluğu müstəntiqinin 12 iyun 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 əməlində cinayət tərkibini n olmaması əsası ilə onun barəsində cinayət işinin başlanması rədd olunmuş və vurulmuş zərərin ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ MMC-nin direktoruna izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı1 QSC-nin və MMC-nin nümayəndələri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə özünün həyat yoldaşı Aynur Salahovanı və başqalarını Cəmiyyətin vəsaiti hesabına xarici ölkələrə göndərməklə MMC-yə 76.908 manat məbləğində maddi ziyan vurmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən həmin məbləğin Cavabdeh1 alınaraq MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş lər. İşə baxılana qədər iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.603 manatın, Cavabdeh1 58.305 manatın, hüquqi yardıma görə ödənilmiş 1000 ABŞ dollarının hər iki cavabdehdən MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-364/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.İ.Məmmədli) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı1 MMC-nin direktoru apellyasiya şikayəti verərək qətnamənin sübutlara obyektiv qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahi ş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3202/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-364/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı1 MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək Cavabdeh1 həyat yoldaşı Aynur Salahovanın MMC-də işləməməsinə baxmayaraq MMC-nin vəsaiti hesabına xarici ölkələrə göndərilməsini və bunun təqdim edilmiş sübutlarla tam təsdiq olunmasını, lakin apellyasiya instansiyası məhkəməsinin işdə olan sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının pozmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İddiaçı2 MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Mad də 49.3 Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi ş əxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələ ndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinin rədd edilməsini qanuni və əsaslı sayarkən Cavabdeh2 MMC-nin adından çıxış edən və ya onun idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs olmadığından və vəsaitləri üzərində sərəncam hüququna malik olmadığından onun iddiaya cavab verməli olan şəxs olmamasını və MMC tərəfindən onun şəxsi səfərlərinə ödənilmiş pul vəsaitinin sonradan onun əmək haqqından tutulmaqla ödənilməsini, Cavabdeh1 isə MMC-yə məxsus pul vəsaitini təyinatından kənar istifadə etməməsinin Bakı şəhər Prokurorluğu müstəntiqinin 12 iyun 2019-cu il tarixli qərarı və həmin qərarı qanuni saymış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2020ci il tarixli qərarı ilə müəyyən olunmasını əsas göstərmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə tam və hərtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmadan və qanunun qüvvəsini düzgün tətbiq etmədən gəldiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, MMC-nin direktoru hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl şikayətlə Bakı şəhər Prokurorluğuna müraciət etmiş və həmin məsələ prokurorluq tərəfindən araşdırılmışdır. Həmin qərara görə Cavabdeh1 2015-2018-ci illərdə MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətin pullarını təyinatından kənar istifadə etməklə israf etməsi müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən müəyyən olunmuş həmin halı Cavabdeh1 MMC-yə ziyan vurmaması kimi qiymətləndirib Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən həmin halın işə baxan məhkəmə üçün məcburi olması barədə nəticəyə gələrkə n nəzərə almamışdır ki, istintaq orqanı tərəfindən MMC-yə ziyan vurulmaması deyil, müəssisəyə məxsus pul vəsaitinin israf edilməməsi faktı müəyyən olunmuşdur. Bununla əlaqədar istintaq orqanı, əməlində cinayət tərkibinin olmaması əsası ilə Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İstintaq orqanının həmin qərarı ilə MMC-yə Cavabdeh1 müəssisəyə vurduğu zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması təsdiq edir ki, istintaqçı müəssisəyə maddi ziyan dəyməməsini müəyyən etməmiş və bununla əlaqədar MMC-yə həmin məsələni məhkəmə qaydasında mübahisələndirmək imkanını vermişdir. Belə olduqda, apellyasiya instansiyası məhkəməsinin MPM-nin 82.4-cü maddəsinə əsaslanıb ziyanın vurulması istiqamətində araşdırma aparmamaqla yalnız istintaq orqanının qərarına əsaslanmaqla nəticəyə gəlməsi qanuni sayıla bilməz. İddia tələbinə görə Aynur Salahova MMC ilə əmək münasibətində olmadığı halda onun başqa ölkələrə etdiyi səfərlər MMC tərəfindən maliyyələşdirilməklə müəssisəyə ziyan dəymişdir. Kollegiya hesab edir ki, bununla əlaqədar iddiaçı tərəfindən təqdim olunmuş sübutlar tam və hərtərəfli araşdırılmalı və müəyyən olunmuş sübutlara uyğun qətnamə qəbul edilməlidir. MMC-nin iddia tələbinə görə Cavabdeh2 şəxsi səfərlərinə çəkilən xərclər MMC-nin pul vəsaiti hesabına ödənildiyindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən MMC-yə 18.603 manat məbləğində ziyan dəymişdir. Həmin fakt, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh2 tərəfindən də etiraf olunmuşdur. Məhkəmə instansiyalarında verdiyi izahatlarında Cavabdeh2 onun şəxsi səfərlərinə ödənilmiş vəsaitin onun əmək haqqından tutulmaqla MMC-yə hər hansı məbləğdə borcunun qalmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə iddianın rədd edilməsini qanuni sayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsaslanmış və hesab etmişdir ki, o, iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasının qüvvəsini tətbiq edib Cavabdeh2 münasibətdə iddianın rədd edilməsini əsaslı sayarkən nəzərə almamışdır ki, həmin norma hüquqi şəxsin adından çıxış edən şəxsin təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçü n vəzifələrini yerinə yetirərkən hansı hərəkətləri etməyə borclu olduğunu müəyyən edir. Həmin norma, onun məzmunundan göründüyü kimi, eyni zamanda həmin vəzifələrini pozan şəxsin vurduğu ziyanı ödəmək vəzifəsini müəyyən edir. Kollegiya hesab edir ki, həmin norma yalnız hüquqi şəxsi təmsil edən şəxsə aid olduğundan, onun qüvvəsi müəssisədə belə vəzifəni daşımayan Cavabdeh2 münasibətdə tətbiq oluna bilməz. Göstərilən norma belə bir nəticəyə gəlməyə əsas vermir ki, əgər müəssisəyə hərəkətləri ilə zərər vuran şəxs hüquqi şəxsin adından çıxış edən şəxs deyildirsə, o, vurduğu ziyana görə maddi məsuliyyət daşımır. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh2 münasibətdə tətbiq edilməli olan normanı müəyyən etməli və mübahisəni həmin normanın tələbləri baxımından həll etməli idi. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə qanunun norması düzgün tətbiq edilmədən həll edilmişdir. Cavabdeh2 MMC tərəfindən onun şəxsi səfərlərinə ödənilmiş pul vəsaitinin onun əmək haqqından tutulması barədə göstərdikləri, işdən göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən yoxlanılmamış və onlara qanunun tələbinə uyğun qiymət verilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3202/2021 nömrəli iş üzrə 20 may 2021 -ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6018/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6018/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver