Məhkəmə qərarları › İş №2(102)-602/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-602/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-602/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 11.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6987/2021 saylı iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəm ə icraatı

1. Cavabdeh iddiaçıdan borc pul istəmiş və bildirmişdir ki, üç aydan sonra qaytaracaqdır. Cavabdehin bu sözlərinə inanaraq, onunla 10.08.2018-ci il tarixdə Notariat Kontorunda borc müqaviləsini imzalamışdır. Kredit müqaviləsinə əsasən cavabdeh borc pulu 30.11.2018-ci il tarixdə qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.2018-ci il tarixində bağlanılmış kredit müqaviləsini ləğv edərək və 10000 manat borc pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10030 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uz un müddət tanışlıq münasibətləri mövcuddur. Cavabdeh öz problemindən ötrü ondan 10000 manat borc pul istəmiş və bildirmişdir ki, üç aydan sonra qaytaracaqdır, cavabdehin bu sözlərinə inanaraq, onunla Bakı şəhəri, Nizami rayonu 52 saylı Notariat Kontorunda borc müqaviləsini imzalamışdır. Kredit müqaviləsinə əsasən cavabdeh 10000 manat borc pulu 30.11.2018-ci il tarixdə qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır, borcun ödənilməsi ilə bağlı müraciət etsə, sonuncu borcu qaytarmaqdan yayınmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.R.Abbasova) 30 mart 2021-ci il tarixli, 2(011)-1121/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2018-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh ara sında bağlanmış 10.08.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 10000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 10030 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 10000 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.

6. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbay can Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 385.1, 442, 421.2, 423.2, 443.1-ci, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad etmişdir.

7. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilərək, yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6987/2021 saylı mülki iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi hakim), Q.A.Əsgərov və A.N.İmanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin m övqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır.

10. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448.1, 739.1, 740.1, 740.2, 421.2, 423.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

11. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6987/2021 saylı iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir. Halbuki o, öhdəliklər üzrə kredit müqaviləsinin ləğv edilməsinə razı olmamış və sadəcə mövcud iqtisadı, xüsusi karan tin rejimi və onun gəlirində olan dəyişikliyi nəzərə almağını müqavilənin davam etdirilməsini bildirmişdir. Öhdəliyin onun tərəfindən icra edilməməsi yaranmış müvəqqəti çətinliklərlə bağlı olduğu ücün və müqavilə müddətinin uzadıldığı halda gələcəkdə icra edilməsini istisna etmir. Onun tərəfindən müqavilənin ləğv edilməsinə razılıq verilmədiyindən öhdəlik də üzərinə qoyula bilməz. Bundan başqa, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə razı deyil. Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun iştirakı olmadan işə baxılmışdır. Halbuki onun tərəfindən xəstə olmağı barədə Bakı Apellyasiya Məhkəməsinə teleqram da göndərilmişdir və məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Lakin buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi onun məhkəmədə iştirakını təmin etməd ən işə tələm-tələsik baxmışdır.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 740.1 borc müqaviləsi tərəflərin razılaşması ilə şi fahi və ya yazılı formada bağlanır.

20. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

21. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Maddə 423.2 müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təkli findən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. İş üzrə Cavabdeh (kassasiya şikayətini tərtib edən vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Ölkə ərazisində kəskin şəkildə dəyişən iqtisadi, ictimai-siyasi vəziyyət, xüsusi karantin rejimi, onun gəlirində olan dəyişiklik nəzərə alınmamış, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir kimi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, kollegiya haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi bu hallar formal mülahizələrdir, müqaviləyə əsasən 30.11.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı ödəniş etməmişdir, göstərilənlər isə borcunu ödəməkdən azad etmir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı isə kollegiya qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavab deh məhkəməyə teleqram ünvanlayaraq 15.02.2021-ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş (i.v.23), məhkəmə iclası 15.03.2021-ci il tarixə təxirə salınmış, daha sonra cavabdeh həmin məhkəmə iclasında da iştirak etmədiyindən məhkəmə iclası 29.03.2021-ci il tarixə təxirə salınmış, cavabdeh yenə teleqram ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəciyini və iddiaçı ilə barışıq əldə olunmasına vaxt verilməsini xahiş etmişdir (i.v.38), lakin üzürlü səbəb olduğunu göstərən hər hansı sənəd də əlavə etməmişdir, məhkəmə də haqlı olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır.

36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyindən və onlara verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası razı olduğun dan, təkrarən həmin dəlillər üzrə dəyərləndirmə aparılmasını və onlara münasibət bildirməyi zəruri hesab etmir. Cavabdehin daha bir dəlili bu olmuşdur ki, onun tərəfindən xəstə olmağı barədə məhkəməyə teleqram göndərilmiş və məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən onun iştirakı olmadan işə baxılmışdır.

37. Cavabdehin bu dəlili Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin maddəyə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Lakin cavabdeh ic lasın təxirə salınması barədə teleqramla kifayətlənərək, həmin teleqrama xəstə olmağını təsdiq edən sübutu əlavə etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılmasında prosessual qanunvericiliyin pozuntusuna yol verilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə ba xarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6987/2021 saylı iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar