Məhkəmə qərarları › İş №2(102)-6026/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6026/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6026/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, sübutetmə 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3815/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli nağd pulun alınması barədə müqavilə ilə, cavabdeh iddiaçıdan 30.000 manat məbləğində aldığını etiraf etmiş və bu pulu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmçinin, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə iddiaçı cavabdehə 100.000 manat məbləğində pulu borc verməyi, borc alan isə krediti xx.xx.2020-ci il tarixədək, hər ayın birində (ilk ödəniş xx.xx.2018-ci ildən başlayaraq) 5.000 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 3. xx.xx.2019-cu il tarixli 3 müxtəlif etibarnamə ilə cavabdeh iddiaçıya həmin etibarnamələrdə göstərilmiş əmlaklar üzərində müxtəlif hərəkətlər etməyi etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh ilə 12 fevral 2018-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə ona verdiyi 100.000 manat məbləğində pul borcunun, 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə verdiyi 30000 manat məbləğində pul borcunun, həmçinin 20000 manat əldən çıxmış fayda formasında ziyanın və 5.000 manat mənəvi ziyanın onun tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

5. İddiaçı ərizəsini işin yuxarıda qeyd olunmuş işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanan yazılı müqavilələrdə götürdüyü öhdəliklər üzrə bugünədək heç bir ödəniş etməmişdir

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 130.000 manatdan başqa 75.000 manat pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya borcunun əvəzində 44 ədəd “Sigway” verməli idi, cavabdeh isə 42 ədəd göndərmişdir. 2 ədəd “Sigway” modelinin cəmi qiyməti 580 manat dəyərindədir. Lakin, həmin “Sigway” modellərinin 36 ədədi yararsız vəziyyətdə idi. Belə ki, iddiaçı onlardan istifadə etməmişdir, cavabdeh istədiyi vaxt onların hamısını geri götürə bilər. Bundan başqa cavabdeh iddiaçıya borcundan heç bir ödəniş etməmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçı onun borc müqavilələri üzrə ödədiyi məbləğl əri əsassız olaraq inkar etmişdir. Halbuki, hazırki etiraza əlavə etdiyi və aşağıda qeyd etdiyi sübutlar göstərilən məbləğlərin onun tərəfindən iddiaçıya artıq olmaqla ödənilməsi faktını təsdiq edir. Eyni tarixli hər üç etibarnamə əsasında müxtəlif əmlaklar iddiaçıya təhvil verilmişdir. İddiaçı isə göstərilən əmlakları sataraq digər əmlak əldə etmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə borc məbləğinin 100.000 manat olmasına baxmayaraq, iddiaçının özünün də razılığı ilə 160.000 manat dəyərində əmlak iddiaçıya verilərək, borc məbləğindən 60.000 manat çox miqdarda iddiaçıya qaytarılmışdır. Eyni zamanda, iddiaçı Binəqədidə yerləşən evlərdən Asif adlı şəxsdən 4000 manat aldığını öz imzası ilə təsdiq etmiş və bu məbləği faktiki olaraq qəbul etmişdir. Bundan başqa etiraza əlavə olunmuş id diaçıya məxsus +994 70 *** ** ** nömrə ilə Whatsapp yazışmasından da görünür ki, onun iddiaçıya həmin dövr üçün verilmiş məbləğdən cəmi 17.500 manat borcu qalmışdır. Yenə etiraza əlavə olunmuş eyni nömrə ilə Whatsapp yazışmasından görünür ki, tərəflər öz aralarında 17.500 manat borcun aylıq 500 manat olaraq ödənilməsində razılığa gəliblər. İddiaçı ilə cavabdehin digər yazışmalarından da görünür ki, iddiaçı müxtəlif vaxtlarda başqa kartlarda pulun köçürülməsini xahiş edib. 10 may 2017-ci il tarixli yazılı müqavilə ilə bağlı isə onu qeyd edir ki, onun tərəfindən əsas məbləğ və faiz olaraq 30.700 manat məbləğdə pul, 12.500 manatlıq Segway-dən nağd pul, 14.200 manat dəyərində isə mağazada olan mallar iddiaçıya verilərək ona olan borcu ilə tam əvəzləşdirilmişdir. Bunu şahidlər və ortaqlar təsdi q edirlər. Son olaraq isə iddiaçı tərəfindən ona verilmiş 100.000 manat borc məbləği ilə bağlı onu qeyd edir ki, yuxanda qeyd etdiyi etibarnamələrdə əks olunmuş əmlaklarda inşa edilmiş avtoyuma məntəqəsi və ticarət məntəqəsi mövcuddur. Bunlarla bağlı məhkəmə müxtəlif orqanlara, o cümlədən İcra hakimiyyəti və vergi orqanlarına sorğu verərək, onların fəaliyyəti ilə bağlı məlumat əldə edə bilər. Bunların mövcudluğunu fotoşəkillər təsdiq edir. Həmçinin, qarşı tərəfin iddia ərizəsinin onda olan nüsxəsindən aydın olur ki, ona qarşı olan iddialar yalnız iddiaçının öz mülahizələrindən ibarətdir və həqiqəti ixtisar edərək hazırlanmışdır. İddia ərizəsində göstərilən xüsusiyyətlər həqiqəti əks etdirmir, tələb üzrə həm əsas və əlavə pul tələbləri əsassız olduğundan təmin edilməməlidir.

9. Məhkəmə icla sında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, 8 ildən artıqdır ki, cavabdehin yanında sürücü işləyir. İddiaçını cavabdehin yanında çox görmüşdür. İddiaçı ilə cavabdeh arasında normal münasibətləri olub, borc mübahisələrindən sonra münasibətləri pozulmuşdur. Cavabdehin iddiaçıya olan borcunun məbləği haqqında dəqiq məlumatı yoxdur. Fuadla birlikdə Raminin evinin yaxınlığına getdikdə 1-ci dəfə Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. 2-ci dəfə təkrar Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. Cavabdehin iddiaçıya olan borcundan ayrı-ayrı vaxtlarda hissə-hissə ona 300 manat, 500 manat məbləğində pul iddiaçıya çatdırılması üçün verilmişdir. Cavabdeh borc əvəzinə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonunda tikililə ri sənədləri ilə birlikdə vermişdir. Həmin tikililərdən hazır vəziyyətdə və yarım formada idi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, cavabdehin yanında 4-5 il olar ki, sürücü işləyir. 2 dəfə ford tranzit markalı maşınla 160 ədəd “Segway” mallarını aparıb müxtəlif vaxtlarda müxtəlif yerlərə vermiş, malı verərkən iddiaçının özünü görməmişdir

11. Məhkəmə baxışı zamanı izahat verən Cavabdeh barəsində yazılı sübut təqdim edilən borc məbləğindən başqa iddiaçıdan əlavə olaraq 25.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin cavabdeh eyni zamanda özünə məxsus torpaq sahələrində tikinti işlərini aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi və etibarnamədə nəzə rdə tutulmuş digər hərəkətləri öz adından etməyi etibarnamələrə əsasən iddiaçıya etibar etməklə, qalıq borc məbləğini isə “Segway” markalı elektrik skuterləri ilə əvəzləşdirməklə borcu tam şəkildə qaytardığını bildirmişdir.

12. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (C.C.Musayeva) 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 142.820 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 142.841 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir

13. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən hal borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılıbqaytarılmaması məsələsidir. Cavabdeh tərəf borcun qaytarıldığını i ddia edərək şahid ifadələrini (şahidlər X3, X4) təqdim etmişdir. Şahidin ifadələrindən göründüyü kimi, onlar tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması faktını təsdiq etsələr də, cavabdehə verilmiş və iddiaçıya qaytarılmış borc məbləği, borcun yaranma mənbəyi barədə məlumatlı olmadığını bildirmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyətli olan halları təsdiq edə bilməmişlər. Məhkəmə həmçinin şahidlərin cavabdehin işçiləri olmalarını nəzərə alaraq onların tərəfsizliyini şübhə altına alır

14. Bundan başqa məhkəmə xx.xx.2019-cu il tarixli, 892563 saylı,xx.xx.2019-cu il tarixli, 892561 saylı, xx.xx.2019-cu il tarixli 892562 saylı etibarnamələrin borca verilmiş pulun qaytarılması təyinatı ilə iddiaçının adına tərtib olunduğunu sübuta yetiril məmiş hal kimi nəzərə alır və qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamələr borcun qaytarılmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və borcun verilməsinə və ya qaytarılmasına dair hər hansı mühüm şərtin həmin sənədlərdə göstərildiyi müəyyən edilməmişdir.

15. Cavabdeh borcun tam ödənildiyini təsdiq etmək üçün “whatsapp” sosial şəbəkəsindən götürülmüş sms-lərin fotosurətlərini təqdim etmişdir. Məhkəmə həmin sənədlərin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir və eyni zamanda qeyd edir ki, həmin sms-lərdə göstərilən məbləğin hansı öhdəlik hüquq münasibətlərindən yarandığını və nə üçün qaytarıldığını müəyy ən etmək mümkün olmamışdır

16. Beləliklə, məhkəmə tərəfindən 155.000 (100.000+30.000+25.000) manat məbləğində pulun borca verilməsi halı müəyyən edilmişdir. İddiaçı borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır

17. Cavabdehin pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materialları ilə müəyyən edilməsi isə mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabde hin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübüt etmək yükünü cavabdehin daşıdığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, borc olaraq verilmiş pulun cavabdeh tərəfindən iddiaçıya tam qaytarılması halı sübuta yetirilməmişdir

18. Belə ki, iddiaçı 42 ədəd “Sigway” markalı skuterin borcun əvəzinə ona verilməsini təsdiq etmiş, lakin verilmiş malın 36 ədədinin yararsız vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iddiaçının borcun bir qisminin əvəzində ona verilmiş 36 ədəd “Sigway” markal ı skuterin yararsız vəziyyətdə olmasına istinad etməsinə baxmayaraq onun işin bu halını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş borc məbləğindən 42 ədəd “Sigway” markalı skuterin dəyəri olan 12.180 manat çıxılmalıdır.

19. İddiaçı “əldən çıxmış fayda kimi 20.000 manat məbləğində zərərin ödənilməsinin təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.

20. Mənəvi zərərin ödənilməsi barədə tələblə bağlı qeyd olunmalıdır ki, hazırki halda pozulmuş hüququn bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qiymətləndirilməlidir

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azər baycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 89.2, 217.3, 217.4-cü, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 449.1, 739.1, 740-cı (bundan sonra – MM) istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıran apellyator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin şahid ifadələrini onların cavabdehin işçisi olduqlarına görə şübhə altına almağı əsassız olmuşdur.

24. Apellyasiya şikayətinin digər dəlili məhkəmə tərəfindən pulun müqabilində iddiaçıya verilmiş etibarnamələrin borcun qaytarılmasının sübutu kimi qəbul edilməməsi ilə bağlı olmuşdur. Apellyator qeyd etmişdir ki, həmin etibarnamələr əsasında 2 ayrı torpaq sahəsində müxtəlif əmlaklar iddiaçıya təhvil verilmişdir ki, sonuncu da göstərilən əmlakları sataraq digər əmlaklar əldə etmişdir. Eyni zamanda, həmin əmlaklardan birinin satışı ilə bağlı iddiaçı Asif adlı şəxsdən 4000 manat beh alması ilə bağlı yazılı müqavilə də mövcuddur. Lakin, birinci instansiya məhkəməsi işin bu halını da araşdırmamışdır.

25. Eyni zamanda apellyator qeyd etmişdir ki, iddiaçı tərəfindən ona ayrıca 75.000 manat məbləğində pul verilməmiş, kulyok selofanda cavabdehə verilmiş pul vəsaiti iddiaçının qaynatasına məxsus olan 30.000 manat pul olmuş, həmin pulun 25.000 manatı İddiaçı tərəfindən göndərilmiş yerdə qalan 5.000 manata isə qəbz yazılmaqla şəxsən ona verdiyi məbləğdir.

26. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-3815/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanovanın sədrliyi və məruzəsi ilə, Elnur Həsənov və Vahid Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən ləğv edilmiş, iddia tələbi 75.000 manat pulun tutulması hissəsində rədd edilərək, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilərək 117.500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla ə saslandırmışdır ki, Cavabdeh 100.000 manat borc məbləğinin qaytarmasının arqumenti kimi onun adından İddiaçı verilmiş 3 ədəd etibarnamə və iltizamı göstərmişdir. Cavabdeh bu arqumentləri əsassızdır. Çünki, həmin 3 etibarnamə üzrə o, səlahiyyətləri ötürmüş şəxsdir, yəni o əslində X1 və X2 məxsus olan torpaq sahələri üzərindəki ona verilmiş hüquqları İddiaçı ötürmüşdür. Bu hal isə 100.000 manat məbləğində borcun qaytarılmasını heç nə ilə təsdiq edə bilmədiyindən sübut olunmur. İşdəki etibarnamələr sadəcə bu etibarnamələrin mövcud olmasından başqa nəticəyə gəlməyə imkan vermir. Cavabdeh tərəfindən həmin torpaq sahələri ilə bağlı olan alğı-satqı müqavilələri də işə əlavə edilməmişdir.

28. Kollegiya hesab etmişdir ki, cavabdehin bu etibarnamələrlə ötürülmüş hüquqlardan istifadə edilməklə cavabd ehə məxsus olmayan daşınmaz əmlaklar üzrə alğısatqıların aparılması və əldə edilmiş gəlirlər vasitəsilə iddiaçıya 100.000 manat borcun ödənilməsi və ya əvəzləşdirilməsi barədə dəlili məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz.

29. Məhkəmə kollegiyası iddiaçının Asif adlı şəxsdən 4000 manat beh alması ilə bağlı qeyd etmişdir ki, bu iltizam da əvvəlki arqument kimi borcun qaytarılmasını təsdiq edə bilmədiyindən sübut kimi məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iclaslarında Cavabdeh Asif adlı şəxsin daşınmaz əmlak alğı-satqısı vasitəçisi olduğunu qeyd etsə də, irəli sürdüyü bu faktın təsdiqi kimi həmin şəxsin birinci və apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilməsini təmin etməmişdir. İltizamda qeyd olunan 4000 manat məbləğində pulun Cavabdeh İddiaçı olan 100.000 ma nat borcuna ödənilməsi də təsdiq edilməmişdir. Belə olan halda, Cavabdeh bu sübutu da məhkəmə tərəfindən qəbul edilmədiyindən, onun İddiaçı olan 100.000 manat məbləğində borcunun qaytarılmaması müəyyən edilmişdir.

30. Bundan başqa, Cavabdeh 30.000 manat borc məbləğinin qaytarmasının arqumenti kimi 42 ədəd “Segway” markalı skuterin İddiaçı verilməsini göstərmişdir. Kollegiya bu hissədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya skuterlərin verilməsi mübahisəsiz haldır. İddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı verilmiş skuterlərin dəyəri kimi 12.180 manat məbləğində pulun ümumi borcdan çıxılaraq, yekunda bu həmin məbləğdə təmin edilməsi hissəsində razılaşmış və bunu mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə Cavabdehlə İddiaçı arası nda “Whatsapp” mesajlaşma proqramı ilə aparılmış danışığın mətni tədqiq edilmişdir (görüntülərdəki mobil telefon nömrəsinin İddiaçı məxsus olması da təsdiq edilmişdir və mübahisəli deyil). Həmin yazışmalardan aydın olur ki, Cavabdeh İddiaçı olan borcundan 12.500 manatını qaytarmışdır. Bu faktla bağlı iddiaçının vəkili bildirmişdir ki, qaytarılmış 12.500 manat borc məbləği mübahisələndirilən borc məbləğlərinə aid deyil, başqa borc münasibətlərinə aiddir. Lakin, nə iddiaçı başqa bir borc münasibətlərinin olduğunu sübuta yetirə bildi, nə də cavabdeh bu faktı qəbul etdi. Belə olduğu təqdirdə isə Cavabdeh İddiaçı olan 30.000 manat borc məbləğindən 12.500 manatının qaytarması ilə bağlı sübutlar məhkəmə tərəfindən qəbul edilir və bu borc münasibəti üzrə Cavabdeh borcunun 17500 manat məbləğində ol ması müəyyən edilir

31. Məhkəmə kollegiyası, 75.000 manat borc məbləğinin tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli əqdlərdən başqa, 75000 manat məbləğində də borcun olduğunu tələb etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bu tələblə bağlı yeganə arqumenti məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadəsi və cavabdehin etirafı olsa da, şahidlərin ifadələrində nəinki 75.000 manat məbləğində borcun olması təsdiq edilmir, hətta digər borc münasibətləri ilə bağlı təsdiqedici ifadələr belə müəyyən edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə iclas protokollarında cavabdehin 75000 manat məbləğində borcu iddiaçıdan aldığı barədə etirafı mövcud deyil, şahidlər tərəfindən də bu faktı təsdiq edən ifadəl ər təsbit edilməmişdir. 75000 manat məbləğində borc münasibətləri ilə bağlı halları tərəflər təsdiq etsəydi belə, iddiaçının bu barədə yazılı sübutu olmadığından məhkəmə kollegiyası tərəfindən qəbul edilə bilməzdi.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 448.1, 739.1, 740.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək cavabdehdən 153.260 manat məbləğində pulun ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, şahidlər cavabdehin işçiləri olduğuna görə onların ifadələri mötəbər hesab oluna bilməz.

35. İddiaçı onu da qeyd etmişdir ki, etibarnamələr borcun qaytarılmasının sübutu kimi qiymətləndirilə bilməz. Həmçinin sübutetmə vəzifəsinin bölgüsü baxımından, borcun qaytarılmasını sübut etmə vəzifəsi də cavabdehin üzərinə düşür.

36. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi pozuntuya yol verərək daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamələri borcun qaytarılmasının sübutu kimi qəbul etməmişdir. Halbuki, həmin etibarnamələr əsasında iddiaçıya müxtəlif əmlaklar təhvil verilmişdir k i, o da sonradan həmin əmlakları sataraq digər əmlaklar əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

42. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.

44. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlar la və hallarla əlaqədardır.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

50. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

52. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə təsdiq edildiyi halda, həmin pulun qaytarılması sübut edilməmişdir.

55. İddiaçı k assasiya şikayətində iddianın təmin edilməyən hissələrinin ləğv edilməsini xahiş etsə də məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, apellyasiya instaniyası məhkəməsi həmin hissə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli əqdlərdən başqa 75.000 manat məbləğində də borcun olduğunu göstərsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının tələbinin bu hissəsi ilə bağlı arqumentləri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi və cavabdehin etirafı olsa da, şahidlərin ifadələridə nəinki 75.000 manat məbləğində borcun olması təsdiq edilmir, hətta digər borc münasibətləri ilə bağlı təsdiqedici ifadələr belə müəyyən edilmir. Protokolda isə borcun etirafı mövcud deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı faktı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş sübutlara istinad edir.

56. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətində cavabdeh müqavilədən irəli gələn hüquq münasibətlərinin yaranması mübahisələndirilmir. Lakin cavabdeh borc məbləğinin tam qaytarıldığını göstərir, məhz apellyasiya şikayətində istinad etdiyi dəlillərini təkrarlayır. Halbuki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin hər birini fərdi qiymətləndirmiş və əsassız olması müəyyən edilmişdir. Nəticədə isə cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyinin məbləği dəqiq müəyyən olunmuşdur.

57. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2 (103)3815/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar