Məhkəmə qərarları › İş №2(102)-603/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Ləğv Prosesndə olan «X2» ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Ə.Mehdiyev, Ş.Vəkil, X.Ə.Sarıyev iş 2(103)-940/2020) İddiaçı LPO «X2» ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair 2(103)-940/2020 saylı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpası barədə iddiaçı LPO «X2» ASC tərəfindən verilmiş vəsatət təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışd ır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ölkə ərazisində yayılmış yeni növ koronavirus infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 01/411 saylı qərarına əsasən Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə k assasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə təhvil almış və həmin qətnamədən verdiyi kassasiya şikayəti və kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olaraq ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə sərtləşdirilmiş tədbirlər tətbiq olunsa da, xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduqları yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək imkanı yaradılmışdır. Habelə, həmin dövrdə poçt rabitəsi xidmət göstərmişdir. Həmin imkanlarla icazə verilən vaxt çərçivəsində iddiaçı qətnamədən k assasiya şikayəti verilməsi üçün lazımi prosessual hərəkətləri yerinə yetirməsi mümkün idi. İddiaçı prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizə əsassız olduğundan və ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxılması barədə sübutlar əlavə edilmədiyindən ərizə təmin edilməməli və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. İddiaçının apellyasiya instansiya məhkəməsinin qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə alması və həmin qətnamədən şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin son gününün xx xxxx 2020-ci i l olması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə karantin elan edilməsi və nəticədə bəzi hüquq və azadlıqların məhdud laşdırılması hamıya bəlli olan haldır və sübut edilməsinə ehtiyac yoxdur. Apellyasiya məhkəməsi qeyd edilən halın müddətin buraxılması üçün özü-özlüyündə üzürlü səbəb hesab edilməsinə düzgün hüquqi qiymət verməməklə, prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxılması barədə sübutlar əlavə edilmədiyindən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar