Məhkəmə qərarları › İş №2(102)-6036/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-6036/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6036/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6128/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı (sonuncu dəqiqləşmə ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2016-cı il tarixli “Borcun etirafı müqaviləsi”nin ləğv olunması və həmin müqavilə üzrə 76.600 ABŞ dolları məbləğində borcun, 47.236,60 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, pulun qaytarıldığı gün üçün 5 faiz dərəcəs i ilə hesablanmaqla faiz borcunun, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və cavabdehdən tutulacaq pulun onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 5 a nömrəli evin, 56 nömrəli mənzilinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin 2(103)-6128/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-6128/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2020-ci il tarixdə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2020-ci il tarixdə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından narazı qalan Cavabdeh 3-cü dəfə xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməmiş və həmçinin müddətin bərpasına dair ərizə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin - 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfi ndən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, həmç inin xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadını Cavabdeh xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş (iş v. 308) kassasiya şikayətini xx.xx.2020-ci il tarixdə qanunla müəyyən edilmiş müddətdə ötürülməklə və kassasiya şikayətinə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə əlavə edilməyərək rabitə orqanına vermişdir. Azərbaycan Respublikası MPM-nin: - 408.1.1-cü maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılmalıdır. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayəti nin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. - 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1 və 408.1.4-cü maddələrinin tələbləri pozu lmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6128/2019 saylı, xx xxxx 2020ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar