Məhkəmə qərarları › İş №2(102)-6042/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6042/2019

06.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6042/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Cavabdeh2 və Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 və Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərard adın ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdilər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 01 noyabr 2018-cı il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)-3822/2018) iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət оl unmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Quliyevvə M.Əsədli, iş № 2(107)-380/2019) iş üzrə Şəki rayon məhkəməsinin 01 noyabr 2018-cı il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən, onların apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Quliyev və M.Əsədli, iş № 2(107)-380/2019) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3, onların və killəri X3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 izah atı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 01 noyabr 2018-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət оlunmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Şəki rayon məhkəməsinin 01 noyabr 2018-cı il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən, onların apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 ya nvar 2019-cu il tarixli qətnaməsinin surəti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 11 fevral 2019-cu ildə çatdırılmışdır. Onun qətnamədən kassasiya şikayəti verə biləcəyi son tarix 11 aprel 2019-cu il olmuş, lakin şikayət həmin müddət ötürüldükdən sonra, məhkəməyə daxil olmuşdur. Belə ki, “Azərpoçt" Yevlax Mərkəzi Xidmət Şöbəsinə salınmış zərfin surətinə görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətini digər sənədlərlə birlikdə 17 aprel2019-cu ildə həmin poçt xidmətinə təqdim etmiş və 23 aprel 2019-cu il tarixdə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Beləliklə o, kassasiya şikayətini aldığı müddətdən qanunla müəyyən edilmiş iki aylıq müddətdən 6 gün keçdikdən sonra vermişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “kassasiya şikayəti verilməsi üçün müddətin bitməsinə son günlər qalmış ailəmizin üzvü X1 ağır xəstələnmişdir. Və əlavə e tdiyimiz 258 saylı arayışdan göründüyü kimi, ailə üzvümüz, yəni nəvə və övlad olan X1 15.03.2019- cu il tarixdən 06.04.2019-cu il tarixədək ağır xəstə olmuş, daha sonra isə cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin bütün bu hallar nəzərə alınmamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətə riayət etməmişlər. Vəsatətə əlavə edilmiş X2 Konsultatıv Roliklinikasından verilmiş 258 saylı, 06.04.2019-cu il tarixli arayışdan görünür ki, X1 15.03.2019-cu ildən 06.04.2019-cu ilə kimi kəs kin bronxit allergiv rinit xəstəliyindən ambulator şəraitdə müalicə olunmuşdur. Ancaq iş materiallarından görünür ki, cavabdeh tərəf 11.02.2019-cu il tarixdən qətnamənin surətini almışdır və uşaq xəstələnə kimi onları şikayət yazmaq üçün bir aydanda artıq vaxtları olmuşdur. Bundan əlavə uşaq ambulator şəraitdə müalicə olunduğundan cavabdehlərin yenə də kassasiya şikayəti yazmaq üçün imkanları olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxı lmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar