Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6057/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6057/21 (Açar sözlər: ziyanın ödənilməsi, delikt öhədliyi) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi),Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh1 ASC-nin vəkili Bağırzadə Nofəl İsax oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələb inə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3868/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-dən vurulmuş ziyana görə 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, 2016-cı ildə inşa olunmuş, 46 kv.mdən ibarət evinə iddiaçının 37000 manat xərci çıxmışdır.
3. Həmin evdə iddiaçı uşaqları ilə rahat yaşamışdır. Lakin evinin qarşısında və böyründə qazıntı işləri a parılan zaman iddiaçının evi yararsız hala düşmüşdür. Cavabdeh1 ASC-nin işçiləri və "xxxx" MMC evin böyründə kanalizasiya xətti çəkildiyi zaman 3 dəfə eyni yeri qazmış, quyu su ilə dolmuş və oradan evin altına, oradan isə evin içinə dolaraq, evi yararsız hala salmışdır.
4. Eyni zamanda qazıntı zamanı ev silkələnmiş, divarlar tavana kimi çatlamışdır.
5. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi "xxxx" MMC-ni cavabdedh qismində işə cəlb etmişdir.
6. Cavabdeh1 ASC-nin vəsatəti əsasında Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qərardadı ilə iş ərazi aidiyytaı üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən müştərək qaydada sahəsi 46 kv.m olan mənzilin hər kvadrat metri üçü n 2000 manat olmaqla, cəmi 92000 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsini müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb etmiş və 17 mart 2020-ci il tarixli qərardadla ziyanının səbəbləri və miqdarının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2020-ci il tarixli, 10/969 saylı ekspert rəyinə əsasən Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evi ilə yeni çəkilmiş kanalizasiya xətti arasındakı məsafə 3.50 metr olduğundan, sözügedən ev "Su. təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 70- ci maddəsinə və Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 9.23 bəndinə (cədvəl 14) əsasən həmin kanalizasiya xəttinin mühafizə zonasına düşür. Tədqiq olunan fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün əsaslı təmir-tikinti işləri aparılmalıdır. Belə ki, evin özülündə möhkəmləndirmə işləri aparılmalı, çat əmələ gəlmiş divar sökülüb yenidən inşa edilməli, izolyasiya işləri görülməli, tökülmüş suvaq qatı yenidən bərpa edilməlidir. Lakin qeyd edilməlidir ki, zəruri təmir işlərinin, sözügedən yaşayış evinin faktiki vəziyyətdə kanalizasiya xəttinin mühafizə zonasına düşməsi ilə əlaqədar aparılması mümkün deyil. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin r əsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsinə yol verilmir. Buna görə də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır.
10. Birinci instansiya məhkəməsi 01.09.2020-ci il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, ekspertizanın aparılmasını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintiyə Nəzarət Agentliyinin mütəxəssisinin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/2409 saylı ekspert rəyinə əsasən Xırdalan şəhəri, N.ünvan 2in ümumi sahəsi 38.52 kv.metr təşkil edir. Fərdi yaşayış evinin arxa fasad divarının arakəsmə divarları ilə olan hörgü birləşmələrində hündürlük boyunca qalınlığı 1-1.5 mm olan çatlar mövcuddur. Fərdi yaşayış evinin divarlarında və döşəməsində yaranmış qüsurlar, yəni nəmişlik, rütubət, su sızma nəticəsində yaranmış izlərə xarakterikdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi Anar Vahidin tərtib etdiyi mütəxəssis rəyində yaranmış qüsurların, yəni çat və zədələnmələrin evin tikinti-norma və qaydalarına uyğun inşa edilmədiy indən kanalizasiya xəndəyinin qazıntısı zamanı yaxud tikinti qüsurundan yaranmasını müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla belə, divarlarda mövcud olan çatların yaranması, inşa edilən birmərtəbəli evin kiçik qabaritli olması, dam örtüyünün yüngül konstruksiyalı olması, divarların tək qat olması nəzərə alındıqda torpaq çökməsi, sürüşməsi, evin özülünün çökməsi və kənar təsirlərdən yaranması üçün xarakterikdir. Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən 15 saylı evin zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 14076 manat məbləğindədir.
12. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, qazıntı işlərini verilən layihəyə əsasən aparmışlar. Tikili standa rtlara uyğun deyil. Evə dəymiş ziyanın aparılan qazıntı işləri ilə heç bir əlaqəsi yoxdur.
13. Cavabdeh “Azərsu ASC-nin nümayəndəsi iddiaya etirazını belə əsaslandırıb ki, Cavabdeh1 ASC sifarişçi təşkilatdır. Podratçı təşkilat "xxxx" MMC-dir. Ekspertin göstərdiyi mühafizə zonası ilə bağlı hazırda mübahisə var. Ev mühafizə zonasında yerləşmir.
14. Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(004)-106/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Fərid Əyyubov)
15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara o cümlədən ekspert rəylərinə əsasən qeyd etmişdir ki, İddiaçı yaşadığı Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evinə Cavabdeh1 ASC-nin sifarişi ilə cavabdeh "xxxx" MMC tərəfindən ap arılmış qazıntı işlərinin nəticəsində ziyan dəyməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 92.000 manat məbləğində ziyan dəydiyini iddia etsə də, heç bir mötbər sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunanlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, iddiaçı ona məxsus evə cavabdehlər tərəfindən ziyan vurulmasına dair müvafiq sübutları təqdim edə bilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir
17. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsin i xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3868/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-106/2021 saylı, 18 fevral 2021-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 14.076,0 (on dörd min yetmiş altı) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməsi, 100 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutulması qət edilmişdir. (hakimlər Şərafət Məmmədova(sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev)
21. Apellyasiya məhkəməsi işə əlavə edil miş Abşeron İcra Hakimiyyətinin 932 saylı, 07 may 2021-ci il tarixli məktubuna əsasən müəyyən edib ki, iddiaçıya məxsus Xırdalan şəhəri, N.ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 46 kv.metr olan fərdi yaşayış evinin tikintisinə 11 oktyabr 2016-cı ildə razılıq məktubu və layihə təsdiqlənib verilmişdir.
22. Apellyasiya məhkəməsi verdiyi sorğuya Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş 18 may 2021-ci il tarixli 07/07-1/2/7078 saylı məktubuna əsasən onu da müəyyən edib ki, 2015-ci ildən "xxxx" ASC tərəfindən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi işlərinin həyata keçirilməsi işlərinə başlanmışdır. Şəhərin su təchizatı və kanalizasiya sistemlərinin layihəsmeta sənədləri hazırlanmış və 2017-ci ildə "xxxx" ASC ilə podrat mü qaviləsinə əsasən tikinti-quraşdırma işlərinin icrasına başlanmışdır. Həmçinin 2019-cu ilin əvvəlindən Xırdalan şəhərinin N.Gəncəvi küçəsində qazıntı işlərinə başlanmış, iyun-iyul aylarında burada su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası tamamlanmış, küçənin qazılmış asfalt örtüyü də bərpa olunmuşdur. AzərsuASC-nin müvafiq müraciətinə əsasən İddiaçı məxsus evə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintiyə Nəzarət Agentliyinin “Azərinşaatlyihə” Dövlət Baş Layihə -Konstruktor və Texnoloji İnstitunun mütəxəssisləri tərəfindən evə baxış keçirilmiş və 28 fevral 2020-ci il tarixli Akt tərtib olunmuşdur. 2019-cu ilin sonunda işlər başa çatdırılmışdır. Həmçinin, şəhər daxilindəki su təchizatı və kanalizasiya şəbəkə xəttlərinin ətrafında mühafizə zolağı nəzərdə tutulmur.
23. Apellyasiya baxışı zamanı Cavabdeh1 ASC-nin nümayəndəsi verilən suallara cavab olaraq bildirmişdir ki, su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası zamanı iddiaçının evinin yaxınlığında olan texniki göstəricilərə görə 200-lük borular dəyişdirilərək texniki göstəricilərə görə 800-lük borular ilə əvəz olunmuşdur.
24. Apellyasiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını, o cümlədən iddiaçıya məxsus Xırdalan şəhəri, N.ünvan 2 ünvanda yerləşən torpaq sahəsində 46 kv.metr olan fərdi yaşayış evinin tikintisinə 11 oktyabr 2016-cı ildə razılıq məktubu və layihənin təsdiqlənib verildiyini, iddiaçının evinin yaxınlığında olan texniki göstəricilərə görə 200-lük boruların dəyişdirilərək texniki göstəricilərə görə 800-lük b orular ilə əvəz olunduğunu, beləliklə kiçik həcmli boruların daha iri həcmli borularla əvəz olunması zamanı aparılan genişlənmə-qazıntı işlərinin iddiaçının evində çatlar və dağıntılara səbəb olmasının mümkün olduğunu, ekspertin rəyini nəzərə alaraq hesab edib ki, iddia qismən, 14076 manat məbləğində ziyanın cavabdeh "xxxx" MMC-dən tutulması hissəsində əsaslıdır.
25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, Mülki Məcəllənin 21, 752, 762.1, 1096, 1108.1, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh "xxxx" MMC (vəkil X1 ) kassasiya şikayəti verib, qətnamə nin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri: - MM-in 1096-cı maddəsinin tətbiq edilməsi üçün təqsir və hüquq zidd əməl olmalıdır: - cavabdeh iddiaçıya məxsus özbaşına tiklinin yanında kanalizasiya xəttinin yenilənməsini podrat müqaviləsinə əsasən icra etmişdir. Deməli, kanalizasiya xəttini yenilənməsi işinin icrası hüquqa zidd əməl deyildir; - cavabdehin delikt öhdəliyinin yaranması təsdiq edən sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin vəkili Bağırzadə Nofəl İsax oğlu kassasiya şikayəti üzrə qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahi zəsinə buraxdığını bildirdi.
30. Məhkəmə kollegiyasının iclasında iddiçı İddiaçı vəkilsiz iştirak etdiyi üçün MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının z ədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisin dən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahiəsləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apellyasiya instans iyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi iddiaçının əmlakına cavabdehin fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədədir.
37. Qanunvericiliyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində zərərin ödənilməsi ilə bağlı iddialarda mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
38. Başqa sözlə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsi r edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməkdən o halda azad edilirlər ki, onlar zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirmiş olsunlar.
39. Hazırki işdə isə cavabdeh "xxxx" MMC iddiaçıya dəymiş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya iddiaçının qəsdi nəticəsində əmələ gəldiyini işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsində sübuta yetirə bilməyib.
40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğundur və iddianın qismən tə min etməklə apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.
41. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
42. Kassasiya şikayətlərinin dəlilləri yuxarıda göstərilənlərə əsasən qəbul edilən deyil.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3868/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa