Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-606/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-606/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, İddiaçı vəkili X8, Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 vəkili X3nun, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1nun vəkili X3, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2nun vəkili X4, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X12 vəkili X4nun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9531/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən X1 və vəkili X9, X2 və vəkili X6, X10, Cavabdeh və onların vəkili X3, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (Bakı şəhəri 21 saylı notariat kontorunu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərməklə), Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin; ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 14 avqust 2017-ci il tarixdə həmin notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsinin; ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 14 avqust 2017-ci il tarixdə eyni notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında üçüncü şəxslərə verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2017-ci ilin may ayında övladının müalicəsinə külli miqdarda pul lazım olduğu üçün özünə məxsus olan daşın maz əmlakları – ünvan 1 ünvanında yerləşən mənzilini; ünvan 3vanında yerləşən mənzilini; ünvan 4 və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini satmaq qərarına gəlmiş, bununla əlaqədar ev alqı-satqısı ilə məşğul olan şəxslərə, həmçinin də mənzillərin yerləşdiyi ərazi üzrə mənzil-istismar sahəsinin əməkdaşlarına müraciət etmişdir. Bir müddət keçdikdən sonra Mənzil İstismar Sahəsinin rəisi X9 adlı şəxs onunla əlaqə saxlayaraq əmlaklarını potensial almaq qabiliyyətində olan bir şəxsi tanıdığını bildirmiş və Bakı şəhərində anadan olmuş və hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh ilə onu tanış etmişdir. X7 onunla söhbətdə mənzilini və bağ evini almaqda maraqlı olduğunu, həmçinin bu əmlakları almaq imkanı məhdud olarsa,ona kömək məqsədi ilə hər iki mənzilini dəyəri 340 000 manat, bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini isə dəyəri 1 000 000 manat olmaqla satmaqda kömək edəcəyini bildirmişdir. Ona təcili pul lazım olduğundan bununla razılaşmış, bu səbəbdən də həm mənzillərin və həm də bağ evinin satılmasının təşkil edilməsi üçün X7a Bakı şəhəri 28 saylı notariat kontorunda etibarnamələr vermişdir. Satışa qoyduğu əmlaklara görə X7 ona 1 340 000 manat ödəməli olmuş, lakin mənzillərin və bağ evinin satılmasına baxmayaraq pul ödəməmiş və hər dəfə müxtəlif bəhanələrlə ödənişi gecikdirmişdir. Onda olan məlumata əsasən X7 bağ evini əvvəlcədən borclu olduğu X8 adlı şəxsə satmış, ünvan 5 ünvanında yerləşən mənzilləri isə anasının adına özgəninkiləşdirmişdir. Hazırda cavabdeh və onun anası həmin mənzillərdə yaşayırlar. Aralarında hüquq münasibətlərinin ya randığı ilk gündən Cavabdeh qanunvericiliyin tələblərini pozmuş və bununla da onun hüquqlarına zidd hərəkətlər etmişdir. Aldığı məlumata görə X7 bağ evini X8 adlı şəxsə 68 000 manata satmışdır, halbuki, evin qiyməti 1 000 000 manat dəyərindədir. Bu hərəkəti ilə X7 X8ə olan borcunu bağlamış, onu isə aldatmışdır. Onun bu hərəkətlərinin qeyri-qanuni olduğunu evi ucuz qiymətə əldə etmiş X8 də başa düşməli idi. Mənzillərin və bağ evinin satılması üçün cavabdehə etibarnamələr verməsinə, mənzillərin və bağ evinin satılmasına, lakin satışdan əldə edilən vəsaitlərin ona ödənilməməsinə, həmçinin mənzillərin və bağ evinin həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına və göstərilən hallar nəticəsində hüququnun pozulmasına görə iddiasının əsaslı olduğunu hesab edir. Bakı şəhər Səbail Rayon Məhk əməsinin (hakim N.Bağırov) 29 mart 2018-ci il tarixli, 2(009)-598/2018 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elnur Həsənov, Xumar Mərdanova, İsmayıl Vəliyev) 13 sentyabr 2018-ci il tarixli 2(103)-9531/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-598/2018 saylı iş üzrə 29 mart 2018-cı il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X2nun adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Cavabdeh alınaraq X2na qaytarılması, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Rey estrindən çıxarışın etibarsız hesab edilməsi, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 25,80 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli 2(103)-9531/2018 nömrəli qətnaməs indən ayrı ayrılıqda kassasiya şikayəti vermiş X1 və vəkili X9 qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini, X2 və vəkili X6 qətnamənin təmin edilmiş hissələrində ləğv edilərək həmin hissələrdə iddia tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini, X10, Cavabdeh və onların vəkili X3 qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4 qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: X1nun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamələrdə verilmiş səlahiyyətlər geniş formada olmuş və o nun iradə ifadəsi ilə bağlı hər hansı səlahiyyət məhdudlaşdırılmamışdır. Bu da öz növbəsində onu göstərir ki, İddiaçı qeyd olunan mənzillərin satılmasında israrlı olmuşdur. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çı xması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. X9 tam qanuni əsaslarla mənzilləri əldə etmiş və mənzillərə görə ödədiyi vəsaitin İddiaçı verilməməsinin ona heç bir aidiyyəti yoxdur. Məhkəmə formal mülahizələrə əsaslanaraq ona münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış qətnamə qəbul etmişdir. X2nun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, i şə baxan məhkəmə qətnamədə bağ evinin dəyərinin 1.000.000 manat olması təəssüratını formalaşdırmaq istəmişdir. Lakin iş materiallarından qiymətləndiricinin həmin bağ evinin likvid dəyərin 221 800 manat müəyyən etməsi görünür. Alıcı X8in qiymətin dəfələrlə aşağı olmasını bilməsi halı onun həmin bağ evini vicdanla əldə etmiş şəxs hesab edilməməsi üçün əsas ola bilməz. X8in təşəbbüsü ilə bilavasitə onun nümayəndəsi X7dan alınmış telefon nömrəsi vasitə ilə mülkiyyətçi İddiaçıla müqavilə imzalanmadan əvvəl əlaqə saxlanılmış və müqavilənin şərtləri haqda məlumat verilməklə el adət ənənəsinə görə halallıq istənilmiş, sonuncu tərəfindən isə halallıq verilməklə Cavabdeh mənzilə dair sərəncam verməsində tam səlahiyyətli olması və alqı-satqı barədə özünün də məlumatlı olması təsdiq edilmişdir. Eyni z amanda alqı-satqıdan da sonra bağ evinin təhlükəsizlik sisteminin kodları ilə bağlı və digər məsələlərlə bağlı bilavasitə iddiaçı ilə X8 arasında telefon danışıqları olmuşdur. Yəni iddiaçının iddia etdiyi kimi alqı-satqıdan məlumatsız olması həqiqətə uyğun deyil. Bu faktı təsdiq etmək üçün onun tərəfindən təqdim edilmiş vəsatətlər məhkəmə tərəfindən təmin edilmədiyi halda, məhkəmə bu barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyini qeyd etmişdir. Digər tərəfdən iddiaçı uşağının xəstə olması əsası ilə əmlakları təcili satmaq istədiyini qeyd etsə də, bu barədə işdə hər hansı sübut mövcud deyildir. Eyni zamanda, əqd etibarsız hesab edilən zaman əqd üzrə ödənilən məbləğin hansı əsaslarla alqı-satqı zamanı səlahiyyətli nümayəndə olmuş Cavabdeh tutulmasını əsaslandırmamış, onla r arasında mövcud olmuş iş əlaqələrinə dair sübutları araşdırmamışdır. X10, Cavabdeh və onların vəkili X3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisələndirilən bağ evinin alqı-satqısı zamanı 28 saylı notariat kontorunda X8 İddiaçı zəng vuraraq bağ evini aldığını və halallıq istədiyini bildirmiş, İddiaçı hamının eşidəcəyi formada “bağı Minəvvərxanıma satmışam və halallığını da vermişəm” demişdir. Bundan sonra bağ evinin alqı-satqısı sənədləşdirilmişdir. İddiaçı Türkiyədə bankdan 600.000 ABŞ dolları alaraq pul vermiş və İddiaçı öz xətti ilə yazmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768E saylı bağ evi İddiaçı Münavvarxanıma keçmişdir. İddiaçı yazdıqları hər ikisi tərəfindən imzalanmış və bankın müdiri tərəfindən təsdiq etmişdir. Bundan başqa o, İddiaçı 50.000 A BŞ dolları bir və 12.000 ABŞ dolları da bir vermiş və bunu təsdiq edən sənədlər kassasiya şikayətinə əlavə edilmişdir. Apellyasiya məhkəməsi təqdim edilmiş sənədlərə və sübutlara düzgün qiymət verməmişdir. Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hər üç alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Müqavilələr rəsmiləşdirilərkən İddiaçı Cavabdeh vermiş olduğu etibarnamədə, etibar edilmiş səlahiyyətlər nəzərdən keçirilmiş, sonuncunun İddiaçı adından əqdlərin rəsmiləşdirilməsinə dair tam səlahiyyətli olduğu müəyyən edilmişdir. Hətta, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768E saylı bağ evinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsi bağlanarkən alıcı X2 mülkiyyət sahibi kimi yerli adət-ənənələrə uyğun olaraq notariat kontorunda İddiaçı zəng edərək ondan həmin əmlakın satılmasına razı olub-olmamasını soruşmuş, o isə öz növbəsində razılığını və “halallıq verdiyini” bildirmişdir. Lakin qətnamədən görünür ki, İddiaçı ümumiyyətlə X2 ilə telefonla danışmamışdır. Qeyd olunan faktlar tərəflərin istifadəsində olan mobil telefon nömrələrinin aid olduğu operatorlara müvafiq sorğular verilməklə aydınlaşdırıla biləcəyi halda, məhkəmə nədənsə bu sorğuları göndərməmiş, tam hüquqlu məhkəmə kimi qeyd olunan faktların araşdırılmasına çalışmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiya məhkəməsi faktiki olaraq alqı-satqı predmetləri olan bağ evinin və mənzillərin qiymətlərinin real bazar qiymətindən aşağı olmasına, mənzillərin cavabdeh tərəfindən anasına, daha sonra isə anasının adından etibarnamə əsasında X9a satılmasının həqiqi niyyətlə baş vermədiyi qənaətinə gəlmişdir ki, məhkəmənin gəldiyi bu qənaəti əsassızdır. Belə ki, qətnamədən göründüyü kimi, iddiaçı bağ evinin dəyərini 1.000.000 manat qiymətləndirdiyi halda, elə özünün təqdim etdiyi digər sübutla evin dəyəri haqda fikrilərini təkzib etmişdir. Tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək satılan əmlaklara dair sərbəst şəkildə razılığa gəlmiş, əmlakların dəyərini müəyyən etmişlər. Həmin müqavilələrin bağlanmasından imtina edilməsi üçün qanunvericiliklə hər-hansı əsas mövcud olmamışdır. Digər tərəfdən məhkəmə alıcı qismində iştirak edən şəxslərin vicdanlı alıc ı olduqlarına düzgün qiymət verməyərək əmlakların qiymətlərinin aşağı olmasını əsassız olaraq onların vicdanlı olmamaları ilə əlaqələndirməyə çalışmışdır. Prosessual məsələlər: X1 və vəkili X9 tərəflərindən verilmiş kassasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin İddiaçı aid hissədə ləğv edilməsi və iddia tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. X2 və vəkili X6 kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X2nun adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat Cavabdeh alınaraq X2na qaytarılması, hissələrində ləğv edilərək həmin hissələrdə iddia tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. X10, Cavabdeh və onların vəkili X3 tərəfindən verilmiş kasasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv e dilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4 kassasiya şikayətini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüq uqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 və 35 saylı mənzillər və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evi (həmçinin onun yerləşdiyi 0,12 ha torpaq sahəsi) iddiaçıya məxsus olmuş, iddiaçı 28 saylı notariat kontorunda təsdiq edilmiş 06 may 2017-ci il tarixli etibarnamələrə əsasən Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 və 35 saylı mənzillər üzərində, eyni notariat kontorunda təsdiqlənmiş 17 may 2017-ci il tarixli etibarnaməyə əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768E saylı bağ evi və 0.12 ha torpaq sahəsi üzərində bütün səlahiyyətləri həyata keçirməyi (sərəncam vermək hüququ da daxil olmaqla) Cavabdeh 1 il müddətinə etibar etmiş, 30 may 2017-ci il tarixdə yenə eyni notariat kontorunda həmin əmlaklar üzərində bütün səlahiyyətləri 1 il müddətində həyata keçirməyi nəzərdə tutan üç ayrı etibarnaməni Cavabdeh vermiş, iddiaçının adından 30 may 2017-ci il tarixli etibarnamələr əsasında hərəkət edən Cavabdeh Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 15 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evini və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini 68 000 manata X8 ə (40 000 manata ev, 28 000 manata isə torpaq sahəsi qiymətləndirilmişdir), eyni notariat kontorunda 14 avqust 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 və 35 saylı mənzilləri müvafiq olaraq 60 000 və 40 000 manata anası X10ya satmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 768 E saylı bağ evi (həmçinin onun yerləşdiyi 0,12 ha torpaq sahəsi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 in adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, ona 10.08.2017-ci il tarixli çıxarış (seriya RX; № 1123346) verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 və 35 saylı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10nın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, ona 17.08.2017-ci il tarixli çıxarışlar (seriya RX; № ******* və seriya RX; №1123827) verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış 19.08.2017-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən anası X10nın adından Bakı şəhəri 21 saylı notariat kontorunda verilmiş 18.08.2017-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanda yerləşən 34 saylı mənzili işə üçüncü şəxs qismində cəlb edilmiş X17 satmış, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29.08.2017-ci il tarixdə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmiş, bundan sonra Bakı şəhəri 9 saylı notariat kontorunda Edik və iş üzrə digər üçüncü şəxs X9 arasında 27.11.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sözügedən 34 saylı mənzil 120.000 manata X9a satılmış, 01.12.2017-ci il tarixdə isə X10, X9 ilə eyni notariat kontorunda bağlamış olduğu alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanda yerləşən 35 saylı mənzili 80 000 manata ona satmışdır (40 000 manat müqavilə bağlanan anda ödənilmiş, qalan 40 000 manatın isə 03.12.2017ci ildə ödəniləcəyi razılaşdırılmışdır). Sözügedən mənzillərin üzərinə birinci instansiya məhkəməsinin 07.12.2017-ci il tarixli qərardadı ilə həbs qoyulduğun dan (həmin qərardad Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13.12.2017-ci il tarixdə icra olunmuşdur), X9un mənzillər üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillər barədə 14 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələribağlanarkən iddiaçının adından ayrıayrılıqda verilmiş etibarnamələr əsasında hərəkət edən Cavabdeh alıcı qismində çıxış edən X10nın doğma qızı olduğundan Cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamələrlə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mübahisəli mənzilləri doğma anasının adına rəsmiləşdirmiş, ardınca yenidən anasının adından almış olduğu etibarnamələr əsasında həmin mənzilləri üçüncü şəxslərə satmış, bununla belə mənzillərin satışından əldə olunan vəsaiti iddiaçıya (təmsil olunana) verməmişdir. Bu isə o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. 15 iyul 2017-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının bağ evi dəfələrlə ucuz qiymətə satıldığından bu əqd onun iradə ifadəsinə uyğun olmamış, X8 bağ evinin real dəyərindən dəfələrlə ucuza satıldığını bilmiş, evin real dəyərindən daha ucuza satılmasını isə iddiaçıya təcili pul lazım olması ilə əlaqələndirmişdir. Bu baxımdan onun həmin bağ evini vicdanla əldə etmiş şəxs hesab etmək də mümkün deyildir. X8 in nümayəndəsi (vəkili) bağ evinin həmin qiymətə satılmasından iddiaçının məlumatlı olmasını irəli sürsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 339-cu maddəsinə istinad edərək göstərmişdir ki, mülki qanunvericilik nümayəndənin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdləri etibarsız hesab edir. Əqd etibarsız hesab edildiyindən və sözügedən müqavilənin əsasında ödənilmiş pul vəsaiti məhz cavabdeh tərəfindən qəbul edildiyindən həmin pulun onun tərəfindən iddiaçıya qaytarılması sübuta yetirilmədiyindən müqavilə üzrə ödənilmiş 68 000 manat məbləğində pul Cavabdeh alınaraq üçüncü şəxs X8 ə qaytarılmalı olduğu, həmin müqavilələr əsasın da verilmiş hüquqi sənədlərin (çıxarışların) etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələblərinə ziddir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, məhkəmə maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət (Bakı şəhəri 21 saylı notariat kontorunu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərməklə) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı nota riat kontorunda tərtib edilmiş alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 14 avqust 2017-ci il tarixdə həmin notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 14 avqust 2017-ci il tarixdə eyni notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında üçüncü şəxslərə verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisələnidirilən alq-satqı müqavilələrindən görünür ki, 15 iyul 2017-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evi mülkiyyətçi – iddiaçı X11 adından etibarnamə ilə çıxış edərək Cavabdeh tərəfindən X8 ə, 14 avqust 2017-ci il tarixli AN-İ ******* saylı və AN-İ ******* saylı müqavilələr ilə müvafiq olaraq ünvan 1 və ünvan 2 ünvanında yerləşən mənzillər X10ya satılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilənin tərəfləri olmuş X8 i və X10nı işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməkdə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, tələb həmin şəxslər arasında bağlanmış alqısatqının və alqı-satqı nəticəsində verilmiş sənədlərin etibarsızlığı olmuşdur. İddiaçının tələbi birbaşa həmin şəxslərin hüquq və maraqlarına toxunan hallarla bağlıdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbini n yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin işə cavabdeh kimi cəlb olunması barədə iddiaçının fikrini öyrənməmişlər. İddia tələbindən görünür ki, iddiaçı həmçinin belə bir tələb irəli sürülmüşdür ki, üçüncü şəxslərin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər etibarsız hesab edilsin. Tələbin həmin hissəsi aydın olmamaqla konkret olaraq hansı sənədlərin etibarsızlığı göstərilməmiş, məhkəmə bu hala qiymət verməmiş, iddiaçı isə iddia tələbində dəqiqləşdirmə aparmamışdır. B elə ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman üçüncü şəxs kimi yalnız Bakı şəhər 21 saylı Notariat Kontorunu göstərmişdir. İddia tələbinin mübahisəli bağ sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının bağ evi dəfələrlə ucuz qiymətə satıldığından bu əqd onun iradə ifadəsinə uyğun olmamış, X8 bağ evinin real dəyərindən dəfələrlə ucuza satıldığını bilmiş, evin real dəyərindən daha ucuza satılmasını isə iddiaçıya təcili pul lazım olması ilə əlaqələndirmişdir. Bu baxımdan onun həmin bağ evini vicdanla əldə etmiş şəxs hesab etmək də mümkün deyildir. X8 in nümayəndəsi (vəkili) bağ evinin həmin qiymətə satılmasından iddiaçının məlumatlı olmasını irəli sürsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsin ə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. İşdən görünür ki, hər üç alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Müqavilələr rəsmiləşdirilərkən İddiaçı X1 vermiş olduğu etibarnamədə etibar edilmiş səlahiyyətlər notarius tərəfindən yoxlanılmış, sonuncunun İddiaçı adından əqdlərin rəsmiləşdirilməsinə dair tam səlahiyyətli olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamələrdə verilmiş səlahiyyətlər geniş formada olmuş və onun iradə ifadəsi ilə bağlı hər hansı səlah iyyət məhdudlaşdırılmamışdır. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunan ın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İddia tələbindən göründüyü kimi, iddiaçı mülkiyyətində olan mənzillərin və bağ sahəsinin satmaq niyyətinin olmasını və bu səbəblə də, cavabdehə etibarnamələr verdiyini inkar etmir. İddiaçı müqavilənin bağlanması anında ona mane olan hər hansı halların mövcud olmasına deyil, müqavilənin bağlanmasından sonrakı hallarla bağlı, yəni əmlakların aşağı qiymətə satılması və satılmasından əldə olunmuş pul vəsaitinin ona verilməməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Bu əsasa istinad edərək iddiaçı həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin mənzillə rin və bağın satılması zamanı iddiaçının məlumatının olmaması barədə gəldiyi nəticə düzgün olmamışdır. Bağ evinin qiymətinin 1.000.000 manat olmasını göstərən iddiaçı bu hala dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iş materilallarına əlavə edilmiş, iddiaçının sifarişinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş və 18.04.2017-ci il tarixə olan vəziyyətinə görə bağ evinin bazar dəyəri 246 450 manat, likvid dəyəri isə 221800 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli bağ sahəs i ilkin olaraq X11 mülkiyyətində olmuş, 29.03.2013-cü il tarixli dəyişmə müqaviləsinə əsasə iddiaçıya məxsus ünvan 8 ünvanında yerləşən mənzillə dəyişdirilmişdir. Həmin müqavilənin 4-cü bəndindən müəyyən edilir ki, tərəflər dəyişdirilməli olan bağ evini və mənzili 100 000 manat qiymətləndirmişlər. Kollegiya 4 il ərzində bağ sahəsinin dəyərinin 10 qat bahalaşmasını inandırıcı hesab etmir. Göründüyü kimi, bağ evinin qiyməti heç də iddiaçının göstərdiyi qiymətdə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bağ sahəsinin alıcısı X8 in vicdanlı alıcı olmaması barədə qənaətini belə əsaslandırmışdır ki, X8 bağ evinin həmin qiymətə satılmasından iddiaçının məlumatlı olmasını irəli sürsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. İşdən göründüyü kimi, X8in məhkəmə iclaslarında təmsil edən nümayəndəsi bildirmişdir ki, bağ sahəsi alınarkən təmsil etdiyi şəxs iddiaçı ilə telefonla əlaqə saxlayaraq bağ sahəsinin satılması ilə əlaqədar onunla danışdığı, alqı-satqının şərləri barədə mülkiyyətçiyə məlumat verdiyini və adət ənənəyə uyğun olaraq halallıq aldığını bildirmişdir. 21 saylı Notariat Kontorunun notariusu da izahatında bu halı təsdiqləmişdir. Bundan başqa X8 izahatında bağ evinin alqı-satqısından sonra bağ evinin təhlükəsizlik kodları ilə bağlı bir neçə dəfə iddiaçı ilə telefonla danışdığını bildirmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən X8 in nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək iddiaçı və X8 arasında aparılmış danışıqların məhkəməyə təqdim edilməsi üçün müvafiq quruma sorğu göndərilməsini xahiş etmiş, məhkəmə heç bir əsaslandırma apar madan vəsatəti rədd etmişdir. Kollegiya hesab edir ki, iddiaçının mənzilin satılmasından və ya hansı qiymətə satılmasından məlumatının olub-olmamasının qiymətləndirilməsi baxımından həmin halın araşdırılmasını, həmçinin alqı-satqı müqaviləsi əsasında bağ evinin alıcıya təhvil verilibverilmədiyinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalama qla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Süb utların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa iddiaçı cavabdehi mənzillərinin və bağ evinin satılması ilə əlaqədar X9 adlı şəxsin vasitəsi ilə tanıdığını və bu məqsədlə sonuncuya etibarnamə verdiyini bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə Cavabdeh arasında olan həqiqi münasibətləri araşdırmamış, bu barədə iş materiallarına əlavə edilmiş iddiaçı ilə Cavabdeh arasında iş birliyinə dair sübutlara, o cümlədən Səbail RPİ-nin istintaq şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd ed ilməsi haqqında” 11 noyabr 2017-ci il tarixli qərarda əks olunmuş izahatlarına düzgün qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Hazırkı işdə isə X8 əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, müqavilə bağlanan zaman reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əqd üzrə üzərinə düşən öhdəliyi icra edərək bağ sahəsi əldə etmiş və həmin evə dair hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Mübahisəli Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ünvanında yerləşən mənzillərlə bağlı apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələribağlanarkən iddiaçının adından ayrı-ayrılıqda verilmiş etibarnamələr əsasında hərəkət edən Cavabdeh alıcı qismində çıxış edən X10nın doğma qızı olduğundan Cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamələrlə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mübahisəli mənzilləri doğma anasının adına rəsmiləşdirmiş, ardınca yenidən anasının adından almış olduğu etibarnamələr əsasında həmin mənzilləri üçüncü şəxslərə satmış, bununla belə mənzillərin satışından əldə olunan vəsaiti iddiaçıya (təmsil olunana) verməmişdir. Bu isə o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad et mişdir. Həmin maddəyə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kollegiya bu barədə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə hazırki mübahisə üzrə tərəflər arasında olan münasibətə həmin normanı tədbiq etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən göründüyü kimi, iddiaçı cavabdehə həmin mənzillərin satılması və bununla bağlı bütün hərəkətləri həyata keçirmək məqsədi ilə etibarnamə vermişdir. Cavabdeh həmin mənzilləri anasının adına keçirməsinə baxmayaraq sonradan hər iki mənzil başqa şəxslərə satılmışdır. Belə olan halda təmsilçi, yəni cavabdeh Cavabdeh həmin mənzilləri anasının adına özgəninkiləşdirməsi onun təmsil edilənin adından şəxsən özü üçün bağlanmış əqd kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı mə nzillərin satılması üçün cavabdehə etibarnamə vermiş, cavabdehdə həmin etibarnamədən çıxış edərək mənzilləri satmışdır. Mənzillərin ilk növbədə cavabdehin anasına, sonradan digər şəxslərə satılması təmsil edənin şəxsən öz mənafeyi üçün bağlanmış əqdi kimi qəbul edilməməlidir. Son nəticədə cavabdeh iddiaçının verdiyi vəkalət əsasında hərəkət edərək mənzilləri özgəninkiləşdirmişdir. Cavabdehin mənzillər satıldıqdan sonra mənzillərin pulunun iddiaçıya verməməsi isə hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün əsas deyildir. Həmin halla bağlı iddiaçı cavabdehə qarşı müstəqil iddia tələbi ilə vurulmuş ziyanı tələb edə bilər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, hazırkı işdə iddiaçı cavabdehin onun adında n çıxış edərək mübahisəli bağ evi (həmçinin onun yerləşdiyi torpaq sahəsi) barədə bağladığı 15 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmçinin eyni notariat kontorunda mübahisəli mənzillər barədə bağladığı 14 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələrini mübahisələndirsə də, yuxarıda da göstərildiyi kimi apellyasiya baxışı zamanı, mübahisəli mənzillərə dair cavabdehin anası X10nın mülkiyyət hüququ barədə müvafiq çıxarışlar alınmasının növbəti günü (18.08.2017-ci ildə) anası tərəfindən cavabdehə mənzillərə dair etibarnamə verildiyi, bundan bir sonrakı gün isə cavabdehin həmin etibarnamədən istifadə etməklə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzili Edik ə, sonuncunun isə 27.11.2017-ci il tarixdə həmin mənzili X9a satdığı, habelə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 35 saylı digər mənzilin də cavabdehin anası X10 tərəfindən 01.12.2017-ci ildə yenə X9a satıldığı, bununla belə birinci instansiya məhkəməsinin 07.12.2017-ci il tarixli qərardadına əsasən mübahisəli əmlaklar üzərinə həbs qoyulduğundan X9un həmin mənzillər üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınmadığı müəyyən edilmişdir. Sözügedən həmin müqavilələrin etibarlılığı hazırkı məhkəmə baxışının predmeti olmasa da, kollegiya hüquqi müəyyənliyi təmin etmək və gələcəkdə əsassız məhkəmə mübahisələrinin qarşısını almaq məqsədilə qeyd edir ki, Bakı şəhəri 21 saylı notariat kontorunda mübahisəli mənzillər barədə bağlanmış 14 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bil məz və bu mənada həmin alqı-satqı müqavilələrinin etibarsızlığı onların əsasında bağlanmış sonrakı əqdlərin və həmin əqdlərin əsasında verilmiş hüquq müəyyənedici sənədlərin (çıxarışların) etibarsızlığını da ehtiva edir. Nəzərə alınmalıdır ki, həmin mənzillər barədə sonuncu əqdlər hazırkı iş üzrə üçüncü şəxs X9la bağlanmış olsa da, onun həmin mənzillər üzərindəki mülkiyyət hüquqları mənzillərin üzərində həbs olması səbəbindən dövlət qeydiyyatına alınmamış, o həmin mənzillər üzərində mülkiyyət hüququ qazanmamışdır. Kollegiya qeyd edir ki, mənzillərə dair digər 3-cü şəxslərlə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə hər hansı bir tələb olmadığı halda apellyasiya instansiyası məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsində həmin əqdlərə hüquqi qiymət verməsi Mül ki Prosessual Məcəllənin tələblərin uyğun olmamışdır. Belə ki, məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işdə iddia tələbindən kənara çıxmanı zəruri edəcək müstəsna hallar mövcud olmamışdır. Əks halda bu məhkəmənin bu qiymətləndirməsi mənzili vicdanlı əldə etdiyi halda üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda bu faktlar və hallar mübahisənin predmeti olmadığı halda apellyasiya instansiyası məhkəməsinin həmin hallara qiymət verməsi, hazırki mübahisə üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minəcəyi təqdirdə qətnamənin preyudisiallağı mövcud olacaqdır. Mənzili sonradan alqı-satqı müqavilə lərinə əsasən əldə etmiş, Edik in və X9un hazırki işə məhz müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmələri, onlara dair məsələnin bu məhdud prosessual hüquqlar çərçivəsində qiymətləndirilməsini kollegiya əsaslı hesab etmir və bu halı sonuncuların hüquqlarının pozulması ilə nəticələnə biləcəyini xüsusilə vurğulayır. Eyni zamanda məhkəmə həmin şəxslərə münasibətdə də məsələni həll edərkən onların mənzilləri əldə edən zaman vicdanlı əldə edən olub-olmamalarına hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilinm işsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələr inin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Kassasiya kollegiyası, verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilmə si üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi q iymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə ko llegiyası eyni zamanda hesab edir ki, X1 və vəkili X3, X2 və vəkili X6nun, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4nun kassasiya şikayətləri qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 və vəkili X3, X2 və vəkili X6nun, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X15 və vəkili X4nun kassasiya şikayətləri qismən, X10, Cavabdeh və onların vəkili X3nun kassasiya şikayəti tam təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9531/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-606/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-606/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver