Məhkəmə qərarları › İş №2(102)-6064/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6064/2019

24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6064/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, İbayev Vəfaddin Ələm oğlu, Mirzəlyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xxxxnin ləğvi və xxxx üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindənverilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xxxxnin ləğvi və xxxx üzrə yaranmış borcun qaytarılması tələbi barədə iddiası qismən təmin edilmiş, qismən təmin etmiş, QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2018-ci il tarixli “xxxxnin” ləğv edilməsi, “xxxx” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 1.577,09 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 599,88 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada QSC-nin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 03 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş et mişdir. Hüquqi məsələlər: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xxxxnin ləğvi və xxxx üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia verərək, iddiaçı ilə borclu Cavabdeh1 arasında 08.01.2016-cı il tarixdə bağlanmış “xxxxnin” ləğv edilməsi, həmin müqavilə əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 1.577,09 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 599,88 manat və borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədilə 2.113,23 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 və onun QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 QSC-nin xeyrinə tutulması bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borclu Cavabdeh2na aid hissədə ləğv edilməsli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, QSC ilə Cavabdeh1 arasında 13.03.2014-cü il tarixdə bağlanmış xxxxnə əsasən QSC tərəfindən Cavabdeh1, kreditdən istifadəyə görə illik 34% dərəcəsi ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. QSC ilə cavabdehlər arasında 13.04.2014-cü il tarixdə bağlanmış “Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 13.04.2014-cü il tarixli “xxxx” üzrə QSC qarşısında götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İş materiallarından görünür ki, 13 mart 2014-cü il tarixli xxxxnin şərtləri dəyişdirilərək müddəti üzadılmışdır və yeni 08 yanvar 2016-cı il tarixli razılaşma imzalanmışdır. 08.01.2016-cı il tarixli “Razılaşmaya əsasən Cavabdeh1 QSC qarşısındakı öhdəlikləri kapitallaşdırılaraq 1.789,82 manat məbləğində müəyyən edilmişdir. 08.01.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 08.01.2016-cı il tarixli kredit razılaşması üzrə QSC qarşısında götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsini zamin Cavabdeh2 aid hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir və bu hissədə kassasiya şikayətinin dəlillərini əsaslı sayır. Bələ ki, zamin Cavabdeh2 08 yanvar 2016-cı il tarixli zaminlik müqaviləsini imzalamadığını, həmin müqavilədə olan imzanın ona məxsus olmadığını, ona görə də 08 yanvar 2016-cı il tarixli kredit razılaşması üzrə məsuliyyətinin olmadığını bildirir. Göründüyü kimi 08 yanvar 2016-cı il tarixli zaminlik müqaviləsində Cavabdeh2 adının qarşısındakı imzanın sonuncu tərəfindən icra edilib edilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olduğundan bu məsələ müvafiq ekspertiza keçirilməklə müəyyən edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, bu hal müəyyən edilmədən zamin Cavabdeh2 08 yanvar 2016-cı il tarixli kredit razılaşması üzrə za min qismində məsuliyyət daşıması barədə qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyildir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunu və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, xxxx adlandırılır. İş materiallarından görünür ki, iddiaçı xxxxndə nəzərdə tutulmuş borcu Cavabdeh1 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuş dur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 Xaliq oğluna aid hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar