Məhkəmə qərarları › İş №2(102)-6065/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6065/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6065/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Nəcəfov Elnur Rafiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)4752/2018 nömrəli qərardadından Cavabdeh və vəkili Nəcəfov Elnur Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, o nunla cavabdeh arasında 19.06.2017-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 15.500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Aygün Cılqamlı) 30 yanvar 2018-ci il tarixli 2(008)-1305/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 27 aprel 2018-ci il tarixli 2(103)-4752/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 16 may 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehvə vəkili Nəcəfov Elnur Rafiq oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)-4752/2018 nömrəli qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinə dair ərizəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 27.04.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Həmin müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi isə iş materialları ilə təsdiq olunmur. Cavabdeh özü də bununla bağlı Məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(103)-4752/2018 saylı qətnaməsi 02.06.2018-ci il tarixdə Cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin cavabdeh kassasiya şikayətini 14.11.2018-ci il tarixdə (şikayət vermə müddəti bitdikdən 3 ay 12 gün sonra) vermiş, müddətin üzürlü səbəbdən buraxılması barədə isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli 2(103)4752/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar