Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6066/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3799/2019 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 2(011)-2708/2018 saylı 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 17534,18 manat məbləğində əsas borc, 3925,77 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə olmaqla, cəmi 21959,95 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun, 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun, 20 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh1nun mülkiyyətində olan ünvan 1 evin, 140 saylı mənzilinə yönəldilməsi, ünvan 1 evin, 140 saylı mənzilinin ilkin satış qiymətinin 70000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, ünvan 1 evin, 140 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh1 qarşı əsas və faiz borcunun tutulması ilə bağlı iddianın təmin olunan, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilən, cavabdehlər olan zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı isə iddianın təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 17547,24 manat məbləğində kredit borcu, 4004,66 manat məbləğində faiz borcu və 5047,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26599,11 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 15, mənzil 140-a yönəldilməsinə, həmin əm lakın açıq hərracdan satılması və onun satışından əldə olunan vəsaitin iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 15, mənzil 140-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.09.2009-cu il tarixli 03L000003490 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ v ə müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.01.2017-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18094 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 28.03.2017-ci il tarixdən banka qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin qismən-iddianın zaminlər Cavabdeh3 və Cavabdeh2 aid təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə zaminlik müqaviləsində bu qərarda göstərilənlərə uyğun olaraq zaminliyin 15.09.2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği) açıq-aydın qeyd edilmişdir. 15.09.2009-cu il tarixli 03L000003490 saylı kredi t xətti müqaviləsi bağlanarkən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.01.2017-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18094 manat məbləğində kredit götürmüşdür. Bank tərəfindən borclu Cavabdeh1 26.01.2017-ci il tarixli 003R********** saylı kredit razılaşması ilə aylıq 2,1667% olmaqla, 18 ay müddətinə, 18097 manat məbləğində kredit verilmiş və bu kreditə 5379,15 manat məbləğində faiz hesablanmaqla, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış 15.09.2009-cu il tarixli kredit müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiya sının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Tərəflərin izahatları: İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barəd ə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 03L000003490 saylı 15.09.2009-cu il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 03L000003490 saylı 15.09.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 26.01.2017-ci il tarixdə 003R********** saylı kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 18094 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə 16.09.2009-cu il tarixdə və Cavabdeh2 ilə bank arasında verilmiş kreditin təminatı kimi 13.03.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İpoteka saxlayan İddiaçı QSC ilə ipoteka verən Cavabdeh1 arasında 15.09.2009-cu il tarixli kredit razılaşmasının təminatı kimi 15.09.2009-cu il tarixdə ünvan 1 ünvanda yerləşən 140 saylı mənzilə dair 03M000000670 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İşd ə olan MH seriyalı, 0222018saylı çıxarışa əsasən Cavabdeh1nun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 15, mənzil 140 İddiaçı QSC-nin Sumqayıt filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC tərəfindən 11.10.2017-ci il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh1 19.12.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İpoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 27.12.2017-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh1 26.01.2017-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 10.01.2018-ci il tarixə 17547,24 manat əsas borcu, 4004,66 manat faiz borcu, 5047,21 manat cərimə, cəmi 26599,11 manat məbləğində kredit borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 15, 140 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 122/AB/18 saylı, 31.05.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 70000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 28606 saylı, 29.11.2018-ci il tarixli rəyindən görünür ki,İddiaçıQSC ilə Cavabdeh2 adından bağlanmış olan 03S000017414 nömrəli 13.03.2013-cü il tarixli zaminlik müqaviləsinin arxa tərfində “5.2 Zamin: ” hissəsində “İmza” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Cavabdeh1 həmin kredit borcunu ödəmədiyi üçün bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Hazırki işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 10941 saylı 27.06.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 26.01.2017-ci il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixə (iddia olunan tarixə) əsas borcu 17534,18 manat və faiz borcu 3925,77 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən - borcludan əsas və faiz borcunu n tutulması hissəsi üzrə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyə nləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk d airəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi cavadehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə tərəfindən Bankın xeyrinə tutulmuş əsas və faiz borcu məbləğlərinin şişirdilməsi və ipoteka predmetinin qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Lakin apellyasiya baxışı zamanı Cavabdeh1 Bankla bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmiş, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi üçün əsas ola biləcək hər hansı səbəb (cavabd ehlər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipotekanın qiymətinin düzgün olmaması barədə sübutu da (başqa qiymətləndirmə rəyini) təqdim etməmişlər) göstərə bilmədiyindən onun apellyasiya şikayətində göstərdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi «devalvasiyanın baş verməsi və birinci instansiya məhkəməsinin bu real vəziyyəti nəzərə almadan qərar qəbul etməsi» barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsinə əsas vermir. Belə ki, Mülki Məcəllənin 4 48.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin sadalanan normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəl iyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu ondan tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi əsas və faiz borc məbləği azaldılaraq, ekspert rəyində qeyd olunan həcmdə, yəni, əsas borc məbləği 17534,18 manat, faiz borcu məbləği isə 3925,77 manat məbləğində, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müvafiq rəyə uyğun olaraq 70000 manat müəyyən edilməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhd əliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 31 may 2018-ci il tarixli Plenumunun qərarında göstərilir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsini n bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Göstərilən qanunvericilik aktı normalarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit xətti müqaviləsində mühüm şərtlərdən biri olan kredit vəsaitinin qaytarılması üçün nəzərdə tutulan illik və ya aylıq faiz dərəcəsi göstərilmədiyindən, həmçinin həmin kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmasında verilmiş 18094 manat məbləğində kredit vəsaitinin qaytarılması üçün müəyyən edilmiş aylıq 2,1667% dərəcəsi barədə zaminlərin heç birinin razılıqları olmadığından, hazırkı iddia tələbinin əsas, faiz və cərimə borcunun Cavabdeh1 ilə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsdə rədd edilməlidir. Belə k i, baxılan iş üzrə Bank ilə borcalan arasında kredit müqaviləsi bağlandıqdan sonra 15.09.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 26.01.2017-il tarixli 003R********** saylı kredit razılaşması ilə müqaviləyə dəyişiklik edilmiş və kreditin qaytarılması üçün faiz dərəcəsi müəyyən edilmişdir. Lakin 15.09.2009-cu il tarixli müqaviləyə (o cümlədən müqavilə üzrə öhdəliklərə) 26.01.2017-ci il tarixdə edilmiş dəyişiklik zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə razılaşdırılmamış, bu barədə saziş sonuncular tərəfindən imzalanmamışdır. Belə olan halda ilkin olaraq tərəflər arasında kredit xətti müqaviləsi bağlanarkən kreditin müddəti 120 ay müəyyənləşdirilsə də, həmin kreditin verilmə faizi müqavilədə əksini tapmamış, sonradan bağlanmış 26.01.2017-ci il tarixli kredit razılaşması imzalanarkən isə kr editin faizi bəlli olmuş, bu faiz dərəcəsinin müəyyənləşdirilməsi isə öhdəliyin dəyişdirilməsini ehtiva edir ki, bu dəyişdirmə də öz növbəsində zaminlər Cavabdeh3 və Cavabdeh2 oğlunun məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, yeni şərtlərə əsasən müqavilə üzrə xətt müqaviləsində müəyyən edilmiş 120 ay (müddətin sonu 07.08.2019) müddətdən daha qısa müddətdə 24 ay (müddətin sonu 26.01.2019) müddətində nəinki əsas borc, həm də faiz dərəcəsi müəyyənləşdirildiyindən ödənilməli öhdəliyin yekun həcmi xeyli dərəcədə artmış olur. Baxılan iş üzrə 26.01.2017-ci il tarixdə zaminlər Cavabdeh3 və Cavabdeh2 oğlunun razılığı olmadan əsas müqavilə üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə həmin zaminlərin məsuliyyətinin artmasına və onlar üçün digər əlver işsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh3 və Cavabdeh2 zaminliyə xitam verilməsi qənaətinə gəlməkdə haqlı olmuş, iddiaçının hər iki zaminə qarşı iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və əlavə olaraq həmin dəlillərə yenidən qiymət verərək göstərilənləri təkrarlanmasına zərurət görmür. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənl ərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı” Qapalı Səhmdar Cəmiyyətivə Cavabdeh1 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3799/2019 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6066/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6066/2019
29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver