Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6067/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)22/2016 saylı qətnaməsi ilə (hakim A.Tağıyev) iddi a təmin edilərək, X6 ilə Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış ünvan 1 ünvanda yerləşənmənzilinə dair 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşənmənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh adına verilmiş, qeydiyyat tarixi 23 oktyabr 2013-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-05101-093005 olan, Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)- 6644/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)22/2016 saylı qətnaməsi dəyişdirilərək İddiaçı 120000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(102)-178/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)-6644/2018 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayəti əsassız olduğundan təmin edi lməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-3656/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-22/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh arasınd a ünvan 1 ünvanda yerləşənmənzilinə dair Bakı şəhər 38 saylı notariat kontorunda 11 oktyabr 2013-cü il tarixli 4Ə/399 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində Cavabdeh adına qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün tətbiq etməmiş, sübutları hərtərəfli araşdırmamış və şikayət tam araşdırılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 apre l 2019-cu il tarixli qətnaməsini ləğv etməklə işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib apelyasiya baxışına qaytarılmasını, Cavabdeh vəkili Vəkil isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 146, 178, 324.1, 324.2, 342.4, 324.5, 356cı,“Notariat haqqında” Azərbaycan Respubl ikasının 27, 46, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarının 17, 38, 46, 49-cu bəndlərinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, X6 alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş, onun həyat yoldaşı olan iddaçı İddiaçı notariat qaydasında ərizə verərək evin satılmasına etiraz etməmiş, X6 və Cavabdeh müqavilə azadlığı şəraitində (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi digər nəticələrə əsasən isə razılıq ərizəsinin alqı-satqıdan 3 ay əvvəl verilməsi, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının mənzilin satılmasına görə verdiyi razılıq ərizəsi ləğv olunmamış, bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Həmçinin də iddiaçının alqı-satqı müqaviləsindən xəbəri olmaması ilə bağlı dəlilləri və həmin müqavilənin kredit müqaviləsinin təminatı kimi bağlanması ilə dəlilləri əsassız olmaqla araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi ilə əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş kəsici müddəti də keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı ilə X6 20.12.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş, mübahisəli ünvan 1 ünvanda yerləşənmənzilini birgə nikahda olduqları müddət ərizəndə əldə etmişlər. Mənzil xüsusi mülkiyyət hüququ üzrə 16.05.2008-ci ildə X4 adına qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri, 46 saylı Notariat Kontorunda notarial qaydada təsdiq edilmiş 15.07.2013-cü il tarixli ərizəsinə əsasən X5 məxsus olan ünvan 1 ünvanda yerləşənmənzilin satılmasına razılıq verdiyini bildirmiş, ərizənin verilməsindən 3 aya yaxın müddət keçdikdən sonra X6 ilə Cavabdeh arasında AN-İ ******* saylı 11.10.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus mübahisəli mənzil 120000 manata Cavabdeh satılmışdır. 11.10.2013cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən mənzili tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona 23.10.2013-cü il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Səbail rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(009)391/2014 saylı qətnaməsinə əsasən cavabdeh X4 ünvan 1 ünvanda yerləşənmənzildən çıxarılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. X6 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. X6 10 mart 2015-ci ildə vəfat etmişdir. İddia tələbinə əsasən X5 məxsus olan ünvan 1 ünvanda yerləşənmənzilin satılmasına dair Bakı şəhəri, 46 saylı Notariat Kontorunda notarial qaydada təsdiq edilmiş 15.07.2013-cü il tarixli razılıq ərizəsi iddiaçının iradə ifadəsini əks etdirmir. Cavabdeh isə iddia ilə razılaşmayaraq mənzilin alqı-satqı müqaviləsinin tərəflərin həqiqi niyyətini əks etdirməsini, müqavilənin heç bir borcun təminatı olmamasını, iddiaçının mənzilin satılmasına yazılı razılıq verməklə bu alqı-satqıdan tam məlumatlı olmasını, həmçinin də, iddiaçının bu müqavilənin rəsmiləşdirilməsindən 3 il müddət keçdikdən sonra mübahisələndirilməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin razılıq ərizəsinin alqısatqıdan 3 ay əvvəl verilməsinin alq ı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas hesab edilə bilməməsinə dair iddianın dəlillərinin əsassız olmasına dair nəticəsini əsaslı sayır. Belə ki, Mülki Məcəllənin 356-cı maddəsinə görə əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. İşin materiallarından görünür ki, iddiaçının mənzilin satılmasına görə verdiyi razılıq ərizəsi ləğv olunmamış, bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə müqavilənin kredit müqaviləsinin təminatı kimi bağlanması ilə dəlillərinin də əsassız olmasına dair nətic əsi ilə də razılaşır. Belə ki, işin materiallarında olan 11.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən X5 11.01.2014-cü il tarixədək qaytarmaq şərti ilə 150000 manat məbləğində borc vermiş, daha sonra tərəflər 11.12.2013-cü ildə notariusa ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üçün kredit müqaviləsinin ləğv olunmasını xahiş etmiş, kredit müqaviləsi ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı hüquqi mövqeyini də əsaslı və qanuni sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı -satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müq avilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir və qanunvericili yə əsasən əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. M ülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyə əsasən əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri də nəzərə almaqla düzgün olaraq bu nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh X2 ilə X6 arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, müqavilənin bağlanması barədə iddiaçın ın yazılı razılığı olmuş, iddia ərizəsində iddiaçının qeyd etməsinə əsasən iddiaçının göstərilən alqı- satqı müqaviləsi barədə məlumatı olmuş, həmin zamandan müqavilə mübahisələndirilməmişdir. Bununla da mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi ilə əqdlərin etibarsızığı üçün nəzərdə tutulmuş kəsici müddətin hazırki mübahisəyə tətbiq edilməsinə dair nəticəsini də qanuni və əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçı alqısatqı müqaviləsinin bağlanmasına yazılı razılığından əlavə, iddia ərizəsində o nun qeyd etməsinə əsasən alqı-satqı müqaviləsindən məlumatı olmuş, həmin zamandan müqavilə mübahisələndirilməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət olmadığından apellyasiya instansiyası məhkəməsi həmin normannı hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə iddia tələblərinin əsassız olmasına dair nəticəyə gələrkən cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməklə, apelyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmış, həmçinin mübahisəyə haqlı olaraq mülkiyyət hüquqları ilə bağlı normaları düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Res publikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, hə min iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixl i 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçü n sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl edilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respub likası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməməsinə dair düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 10 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6067/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6067/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver