Məhkəmə qərarları › İş №2(102)-6070/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6070/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6070/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli 2(103)-3635/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və X2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 282000 manat əldən çıxmış fayda, 57900 ABŞ doları məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublika Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 17370 ABŞ dolları faizlərin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1(bir) manat məbləğində bank xidmət haqqının, cəmi 282031 manat, 75270 ABŞ dolları pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)-700/18 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçıların xeyrinə 57900 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 1 (bir) manat məbləğində bank xidmət haqqı tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 04 iyul 2018-ci il tarixli, 2(103)-6286/18 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 25 dekabr 2018-ci il tarixli, 2(102)8498/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üç ün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 18 aprel 2019-ci il tarixli 2(103)-3635/2019 saylı qətnaməsi ilə Cavabdeh Əmirostan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-700/18 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- cavabdehdən 57900 ABŞ dollarının tutulması hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi həmin hissədə də təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və X2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli 2(103)-3635/2019 nömrəli qətnaməsinin ləğv e dilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Apelyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(103)-3635/2019 saylı qətnaməsi qəbul edilərkən məhkəmə maddi hüquq normaları kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1092, 1095-ci maddələrinə istinad etməklə maddi hüquq normalarını işin faktiki halları ilə əlaqəli şəkildə araşdırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, həmçinin tətbiq olunmalı olan hüquq normalarından yayınaraq yanlış nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etmiş, sübutları düzgün qiymətl əndirməmişdir. İlk növbədə iddia müddətinin keçməsini əsas gətirmişdir, lakin cavabdeh tərəfindən əsas borcdan 100 ABŞ dolları məbləğində pul iddiaçılara 2015-ci ildə qaytarılmışdır. İddiaçılar cavabdehə məhkəməyə müraciət edəcəklərini dedikləri üçün o, həmin borcdan 100 ABŞ dolları ödəmiş və borcun qalan hissəsini də qaytaracağına söz vermişdir. Həmçinin, 2006-cı ildə cavabdeh obyektə dair rəsmi sənədləşmə işlərini həll etməyi yazılı şəkildə öz üzərinə götürsə də indiyə kimi heç bir tədbir görməmişdir. Həmçinin cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəliyin icrası üçün müddət müəyyən etməmişdir. Bu baxımdan belə iddiaçı tərəf istənilən zaman cavabdeh tərəfin öz üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı tərəf müqavilə üzrə cavabdeh tərəfin öz üzərinə götürdüyü öhdəliklə bağlı hadisənin baş verməsinin mümkünsüzlüyünü borclu tərəfindən geri ödəmə (100 ABŞ dolları) həyata keçirildikdən sonra bilmişdir. Apellyasiya instansiyası məhkəmələri həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, heç bir ağlabatan müddəa irəli sürmədən iddiaçıların irəli sürdüyü bütün dəlilləri rədd etmişlər. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Prosessual məsələlər: Cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazı mi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 111 ünvanında yerləşən Cavabdeh məxsus olmuş “İnşaat materiallarının satışı üçün nəzərdə tutulan dükan” qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən tərəflərin qarşılıqlı razılığı əsasında həmin tarixdə cavabdehə 58000 ABŞ dolla rı verilməklə iddiaçıların faktiki sahibliyinə və istifadəsinə verilmişdir. Bununla əlaqədar 02 mart 2006-cı il tarixdə Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı1 müvafiq olaraq 46 saylı Bakı şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 111saylı və 111 saylı etibarnamələr verilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən- cavabdehdən 57900 ABŞ dolarının tutulması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Apellyasiya inst ansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçılar obyektin 2008-ci ildə söküldüyünü qeyd edir. Onlar hazırkı iddia tələbi ilə məhkəməyə 22.12.2017-ci il tarixdə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulmuş həmin iki illik müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin özü tərəfindən tətbiq olunur. Bundan başqa, iddiaçılar cavabdehin onlara 2015-ci ilin dekabr ayında 10 0 ABŞ dolları ödədiyini qeyd etsə də, cavabdeh bununla razılaşmamış, iddiaçı tərəf buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçıların hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsinin təşkil etdiyini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsasız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçılar obyektin 2008-ci ildə söküldüyünü qeyd etsələr də, hazırkı iddia tələbi ilə məhkəməyə 22.12.2017-ci il tarixdə, yəni Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin tərəfindən tətbiq olunur. Bundan başqa, iddiaçılar cavabdehin onlara 2015-ci ilin dekabr ayında 100 ABŞ dolları ödədiyini qeyd etsə də, cavabdeh bununla razılaşmamış, iddiaçı tərəf buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və m addi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən 100 ABŞ dollarının onlara ödənilməsini sübut etsələr belə, bunun hazırkı halda əhəmiyyəti yoxdur, çünki onların hazırkı iddia tələbi üzrə müddət 2010-cu ildə bitmiş, tələb etmə hüququ qüvvədən düşmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirər ək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli 2(103)3635/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar