Məhkəmə qərarları › İş №2(102)-6078/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-6078/2019

05.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6078/2019 05.08.2019 ALİ MƏHKƏMƏ İş № 2(102)-6078/2019 QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında « 26» iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov “xxxx” TASC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12929/2018 saylı 19 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” TASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Hazırki işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə 19 dekabr 2018-ci il tarixdə qəbul edilmişdir. İş materiallarının 63-cü vərəqindəki poçt qəbzinə əsasən müəyyən olunur ki, qətnamənin surəti cavabdeh “xxxx” TASC-yə imza etdirilməklə 24 yanvar 2019-cu il tarixdə təqdim olunmuşdur. Cavabdeh “xxxx” TASC isə işdən göründüyü kimi kassasiya şikayətini 28 mart 2019-cu il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müddətin qurtarma günü hesab olunan son tarixi 3 gün ötürməklə kassasiya şikayətini rabitə orqanlarına təqdim etmiş və bu zaman buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatə t təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə şikayətin qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12929/2018 saylı 19 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” TASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar