Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6078/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-736/2022 nömrəli, 27 iyul 2022-ci il tar ixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin bələdiyyənin möhürü ilə təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə Cavabdeh icarəsinə verilmişdir.
2. Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 03 saylı məktubla müqavilənin 6-cı bəndinə uyğun olaraq müqavilənin torpaqdan mvəqqəti istifadə hüququna dair şəhadətnamə alındıqdan son ra qüvvəyə minməsi, eləcə də son zamanlar kənd əhalisinin örüş sahələrinin boşaldılması ilə əlaqədar bələdiyyə və yuxarı orqanlar qarşısında tələblər irəli sürmələrini nəzərə alaraq Cavabdeh icarəyə götürülmüş torpaq sahəsinə şəhadətnamə və ya çıxarış alınması üçün10 gün vaxt verildiyi, əks təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəmə qarşısnda iddia qaldırılacağı bildirilmişdir.
3. Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 08 saylı məktubda Cavabdeh icarəyə götürdüyü torpaq sahəsini boşaldılması üçün 10 gün vaxt verildiyi, əks təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəmə qarşısnda iddia qaldırılacağı bildirilmişdir.
4. Hazırkı işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə Şəki İnzibati Məhkəməsinin icraatında Cava bdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Zərdab rayon Çallı Bələdiyyəsi) **********96 qeydiyyat nömrəli ərizənin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilərək, Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Zərdab rayon Çallı Bələdiyyəsi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 avq ust 2000-ci il tarixli, 08 saylı qərarla icarəyə verilmiş 50.0 ha torpaq sahəsi üzrə icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən cavabdehin istifadə hüququna məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Çallı kəndi ərazisində iddiaçının mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. xx.xx.2000-ci il tarixli, 08 saylı qərara əsasən həmin torpaq sahəsindən 50.0 hektarının 50 il müddətinə cavabdehin istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə cavabdehin icarəsinə verilmişdir. 20 ilə yaxın müddətdir ki, cavabdeh öz adına nə şəhadətnamə, nə də çıxarış almadan istifadə edir. Bununla əlaqədar cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək şəhadətnamə və ya çıxarış alması tələb edilmişdir. Lakin, cavabdeh bu günə kimi şəhadətnamə və ya çıxarışı almamışdır.
7. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 13 il müddətində torpaq sahəsindən heç bir etiraz olmadan təyinatı üzrə istifadə etmişdir. 2020-ci ilin əvvəllərindən başlayaraq bir qrup kənd sakini onun icarə torpaqlarına qanunsuz müdaxilələr edərək heyvanlarını otarmış və ona maddi ziyan vurmuşlar. Bununla bağlı məhkəməyə iddia vermişdir. Bir qrup kənd sakinlərinin qanunsuz tələbləri qarşısında iddiaçı tərəfindən ona xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 10 gün müddətində şəhadətnamə və ya çıxarış alması tələb edilmişdir. Halbuki, ö tən 13 il müddətində ondan həmin sənədlər tələb edilməmişdir. Cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur. Hər hansı bir qanun pozuntusuna yol verməmişdir.
8. Həmçinin, iddiaçının gətirdiyi dəlillər, yəni şəhadətnamənin və ya çıxarışın alınmaması icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Bekə ki, aralarında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri müqavilə öhdəliklərini pozarsa, bu barədə digər tərəfə rəsmi olaraq məlumat verir, pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəlməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Halbuki, şəhadətnamə və ya çıxarış alnması üçün müvafiq orqana, hətta inzibati məhkəməyə müraciət etmişdir.
9. Zərdab Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin icarəçi olaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə (və ya çıxarış) almalı olması müqavilənin əsas yox, əlavə şərtidir. Həmçinin, sözügedən qayda düzəlməsi mümkün olan qayda pozuntusudur. Cavabdeh həmin pozuntunun aradan qaldırılması üçün əvvəlcə aidiyyəti üzrə müvafiq inzibati orqana, ardınca aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia əsassızdır.
11. Əlavə olaraq, cavabdehin icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüququ cavabdehin mülkiyyət hüququnu təşkil edir. Həmin hüququn dövlət reyestrində qeydi yyata alınmaması cavabdehi bu hüquqdan məhrum etmir.
12. Qətnamə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6 və 11-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51 və 84-cü maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə istinad edərək əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız cavabdehin doğru olmayan məlumatlarını əks etdirən ifadələrə istinad etməklə qanunsuz və əsassız qətnamə çıxarm ışdır. Belə ki, cavabdehin ödənilməmiş icarə haqqı borcu vardır. 25 iyun 2020-ci il tarixli, 31 nömrəli bildirişdə cavabdehə 2400 manat icarə haqqı borc olduğu bildirilmişdir. Xəbərdarlıqda vurğulanmışdır ki, borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. 15. 09 mart 2022-ci il tarixə isə cavabdehin 1592 manat icarə haqqı borcu qalmışdır. Bu barədə iddiaçının 09 mart 2022-ci il tarixli, 07 saylı məktubu ilə birinci instansiya məhkəməsinə rəsmi müraciət edilmişdir. İddiaçı öz səlahiyyətləri daxilində cavabdehə dəfələrlə icarə haqqını ödəmək və torpağa mülkiyyət hüququnu təsdiq edici sənədlərin alınmasını məlumat versə də cavabdeh buna əməl etməmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi), 27 iyul 2022-ci il tarixl i, 2(107)-736/2022 saylı qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr yoxdur.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin müqavilə üzrə borcunun qaldığını göstərsə də, mülki işin materiallarında iddianın əsasının və ya predmetinin dəyişdirilməsi, həmçinin iddi anın həcminin artırılması və ya azaldılması barədə ərizəyə rast gəlinmir. Müqavilənin ləğv edilməsi əsası olaraq borcun qalmasının hesab edilməsi və işə həmin əsas üzrə baxılması apellyasiya baxışı hədlərindən kənara çıxmaq olardı.
19. Apellyasiya baxışı zamanı o da müəyyən edilmişdir ki, tərəflər arasında 06 saylı qərar əsasında hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2000-ci il tarixli, 08 saylı qərar deyil, həmin tarixli 06 saylı qərar mövcuddur. İddiaçının möhürü ilə təsdiq edilməklə surəti iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsi isə xx.xx.2000ci il tarixli, 08 saylı qərar əsasında bağlanmışdır ki, onun da əslini iddiaçı məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Kostitusiyası 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 11.3, 11.9, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 84, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
23. Kassator şikayətini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.9-cu maddələrinə i stinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
26. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
27. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlan ılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
29. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə
22. İcarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. İşə baxan məhkəmələr tərəfindən mübahisələndirilən icraı müqaviləsinin ləğv olunması üçün qanuni əsasların olmadığı müəyyən edilmişdir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-736/2022 nömrəli mülki iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.