Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6081/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh2 və cavabdeh X11 nümayəndəsi X10 və vəkili 2 iştirakı ilə, Cavabdeh2, cacavabdeh X11 və onların vəkili 2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)7897/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (Z.Ə.Sadiqov) 2(010)-1623/20 11 nömrəli, 26 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilməklə, ünvan 1-də yerləşən 1,45 ha torpaq sahəsinin daimi istifadə hüququnun satıcı cavabdeh1 tərəfindən alıcı cavabdeh3 satılmasına dair Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 fevral 2009-cu il tarixli Müqavilənin etibarsız hesab edilməsi, həmin Müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh3 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdeh3 hüquqi varisi X9 qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.A.Qasımov) 2(010)- 1623 /2011 nömrəli, 29 mart 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1623/2011 nömrəli, 26 iyul 2011-ci il tarixli qətnaməsində cavabdeh2 və cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.S.Şirnov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-7897/2019 nömrəli, 22 may 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(010)-1623/2011 saylı qərardadından cavabdeh2 və cavabdeh X11 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və cavabdeh3 qarşı torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 hüquqi varisi X9 iddiaçıya və cavabdeh1 qarşı torpaqdan daimi istifadə hüququnun alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2, cavabdeh X11 və onların vəkili 2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7897/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1623/2011 nömrəli, 26 iyul 2011-ci il tarixli qətnaməsindən cavabdeh2 və cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyətı üzrə göndərilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh2 və cavabdeh X11 nümayəndəsi X10 və vəkili 2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-7897/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2, cavabdeh X11 və onların vəkili 2 kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdeh2 və cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki; Cavabdeh2 və cavabdeh X11 2(010)- 1623/2011 saylı mülki iş üzrə tərəf olmadıqlarına və həmin mülki iş üzrə qəbul edilmiş 26 iyul 2011-ci il tarixli qətnamənin onların hüquq və vəzi fələrinə toxunması təsdiq edilmədiyinə görə və eləcə də, daha əvvəllər də dəfələrlə həmin şəxslər tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətləri məhkəmə qərardadları ilə geri qaytarılmış olduğundan və həmin qaytarma üzrə qəbul edilmiş qərardadlar yuxarı intansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanmış olduğundan, onların tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti də geri qaytarılmalıdır. 2(010)-1623/2011 saylı mülki iş üzrə çıxarılmış 26 iyul 2011-ci il tarixli qətnamədən cavabdeh2 və cavabdeh X11 tərəfindən daha əvvəl, yəni 28 oktyabr 2013-cü ildə də apellyasiya şikayəti verilmiş və həmin şikayət də yuxarıda qeyd olunan əsaslarla Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2013-cü il tarixli 2(010)-1623/2011 saylı qərardadı ilə qaytarılmış və həmin qərardad Bakı Apelly asiya Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli 2(103)-6456/2013 saylı qərardadı ilə qüvvəsində saxlanılmışdır (2-cii cild, iş vərəqi:-313-387) - 2(010)-1623/2011 saylı mülki iş üzrə çıxarılmış 26 iyul 2011-ci il tarixli qətnamədən cavabdeh2 və cavabdeh X11 tərəfindən 23 may 2016-cı ildə də ikinci dəfə apellyasiya şikayəti verilmiş və həmin şikayət də yuxarıda qeyd olunan əsaslarla Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(010)-1623/2011 saylı qərardadı ilə geri qaytarılmışdır (3-cü cild, iş vərəqi:- 88). Həmin qərardaddan şikayət verilsə də, Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli (3-cü cild, iş vərəqi:-93-94) və Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli 2(103)-7744/2016 saylı (3-cü cild, iş vərəqi:-111-114) qərardadları ilə şi kayət təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2016cı il tarixli 2(010)-1623/2011 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 2(102)-6121/2016 saylı Qərarı ilə də Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli 2(103)-7744/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (3-cü cild, iş vərəqi:126-129). - 2(010)-1623/2011 saylı mülki iş üzrə çıxarılmış 26 iyul 2011-ci il tarixli qətnamədən Cavabdeh2 və cavabdeh X11 tərəfindən 12 iyun 2018-ci ildə də üçüncü dəfə eyni məzmunlu apellyasiya şikayətinin verilməsinə baxmayaraq, həmin apellyasiya şikayəti də '‘Cavabdeh2 və cavabdeh X11 mülki iş üzrə tərəf kimi cəlb olunmamaları və eləcə də, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2011-ci il tarixli 2(010)-1623/2011 saylı qətnaməsinin həmin şəxslərin hüquq və vəzifələrinə toxunmasının iş materialları ilə müəyyən edilməməsi” səbəbindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1-ci maddələrinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(010)1623/2011 saylı qərardadı ilə geri qaytarılmışdır (3-cü cild, iş vərəqi:- 136-137). Həmin qərardaddan şikayət verilsə də, Suraxanı rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli (3-cü cild, iş vərəqi:-152-153) və Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2( 103)-9916/2018 saylı (3-cü cild, iş vərəqi:170-173) qərardadları ilə şikayət təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-cı il tarixli 2(010)-1623/2011 saylı qərardadı dəyişdirilmədən q üvvəsində saxlanılmışdır. - 2(010)-1623/2011 saylı mülki iş üzrə çıxarılmış 26 iyul 2011-ci il tarixli qətnamədən cavabdeh2 və cavabdeh X11 tərəfindən 25 oktyabr 2018-ci ildə verilmiş eyni məzmunlu apellyasiya şikayəti '‘cavabdeh2 və cavabeh X11 mülki iş üzrə tərəf kimi cəlb olunmamaları və eləcə də, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2011-ci il tarixli 2(010)-1623/2011 saylı qətnaməsinin həmin şəxslərin hüquq və vəzifələrinə toxunmasının iş materialları ilə müəyyən edilməməsi” əsası ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1-ci maddələrinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(010)-1623/2011 saylı qərardadı ilə geri qaytarılmışdır (3-cü cild, iş vərəqi:- 180-181). Həmin qəradaddan şikayət verilsə də, Bakı Ap ellyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2( 103)-13797/2018 saylı (3-cü cild, iş vərəqi:-235-238) qərardadı ilə şikayət təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2018-cı il tarixli 2(010)-1623/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ap ellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7897/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2, cavabdeh X11 və onların vəkili 2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7897/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6081/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6081/2019
03.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver