Məhkəmə qərarları › İş №2(102)-6082/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6082/2019

23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6082/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin vəkili X3, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili X2 iştirakları ilə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(004)1331/2017 saylı qətnaməsi ilə (hakim A.Ş.Mirzəliyeva ) iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya krediti müqaviləsi üzrə borc tələbi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “İddiaçı (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında bağlanmış *************** saylı, 31 iyul 2013-cü il tarixli “Baş Kredit Razılaşması”, ***************saylı, 12.06.2014-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi", *************** saylı, 12.06.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi", *************** saylı, 14.08.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" və *************** saylı, 30.01.2015-ci il tarixli "Kommersiya Krediti Müqaviləsi" ləğv edilmiş,***************saylı, 12.06.2014-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi" üzrə 289.061,61 ABŞ dolları əsas borc, 35.843,64 ABŞ dolları faiz borcu və 3889 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 328.794,25 ABŞ dolları borc;*************** saylı, 12.06.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə 260.000 ABŞ dolları əsas borc, 29.589,45 ABŞ dolları faiz borcu və 3278,80 ABŞ dolları cərimə borcu, cəmi 292.868,25 ABŞ dolları borc;*************** saylı, 14.08.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə 28.000 manat əsas borc, 3965.75 manat faiz borcu və 574.50 manat cərimə borcu, cəmi 32.540,25 manat borc;*************** saylı, 30.01.2015-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi" üzrə 243.155,37 ABŞ dolları əsas borc, 27.253,68 ABŞ dolları faiz b orcu və 10.478ABŞ dolları cərimə borcu, cəmi 280.887,05 ABŞ dolları borc;dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 150 manat məhkəmə xərci cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı (Azərbaycan) ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanınBakı şəhəri,*************** nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (əmlakın ilkin satış qiyməti 240.000 manat məbləğində müəyyən edilməklə),Bakı şəhəri, *************** nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 67.800 manat məbləğində müəyyən edilməklə),Bakı şəhəri, ***************nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 114.750 manat məbləğində müəyyən edilməklə),Bakı şəhəri, ***************nömrəli evin 18.0 kv.m ümumi,18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzilə (əmlak ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilməklə),Bakı şəhəri, *************** nömrəli evin 30.0 kv.m ümumi 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə) yönəldilərək, adları çəkilən daşınmaz əmlaklar açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 30 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər; X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev, 2(103)-7395/2019) cavabdeh Cavabdeh3n apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin apellyasiya şikayətləri təmin edilmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv eilmiş, Bakı şəhəri,*************** nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, *************** nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzilə,Bakı şəhəri, ***************nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə, Bakı şəhəri, ***************nömrəli evin 18.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzilə və Bakı şəhəri, *************** nömrəli evin 30.0 kv.m ümumi 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilə tutmanın yönəldilməsi və o satıldıqda, mənzillər məcburi qaydada boşaldılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “İddiaçı Azərbaycan” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 09.12.2016-cı il tarixə***************saylı, 12.06.2014-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi" üzrə Banka borclu olduğu 289.061,61 ABŞ dolları məbləğində əsas borcun, 35.843,64 ABŞ dolları məbləğində f aizin və 3889 ABŞ dolları məbləğində cərimənin, cəmi 328.794,25 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), *************** saylı, 12.06.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə Banka borclu olduğu 260.000 ABŞ dolları məbləğində əsas borcun, 35.482,78 ABŞ dollar məbləğində faizin və 3278.80 ABŞ dolları məbləğində cərimənin, cəmi 298.761,58 ABŞ dolları məbləğin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə),*************** saylı, 14.08.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə Banka borclu olduğu 28.000 manat məbləğində əsas borcun, 3965,75 manat məbləğində faizin və 574,50 manat məbləğində cərimənin, cəmi 32.540,25 manat məbləğin,************** * saylı, 30.01.2015-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi" üzrə Banka borclu olduğu 243.155,37 ABŞ dolları məbləğində əsas borcun, 27.253,68 ABŞ dolları məbləğində faizin və 10.478 ABŞ dolları məbləğində cərimənin, cəmi 280.887,05 ABŞ dolları məbləğində borc pul məbləğinin “qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə) və həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi,tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri,*************** nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi,xüsusi mülkiyyət hüququ ilə Cavab***************5 kv.m yaşayış, 20.2 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzil,tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, ***************nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzil (bir-birinə bitişik olduğundan ipoteka predmeti olan əmlakların bazar dəyəri 545.000 manat məbləğində qiymətləndirilməklə),xüsusi mülkiyyət hüquq ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ***************nömrəli evin 18 kv.m ümumi, 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 11 nömrəli mənzil,xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, *************** nömrəli evin 30 kv.m ümumi, 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 ota qlı 10 nömrəli mənzilə (bir-birinə bitişik olduğundan ipoteka predmeti olan əmlakların bazar dəyəri 86.500 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi və birləşmiş əmlakları açıq hərracdan bütöv əmlak kimi sataraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi; ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, *************** saylı, 31 iyul 2013-cü il tarixli “Baş Kredit Razılaşması”, ***************saylı, 12.06.2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”, *************** saylı, 12.06.2014-cü il tarixli “Bərpa Olunan Kredit Xətti Müqaviləsi”, *************** saylı, 14.08.2014-cü il tarixli “Bərpa Olunan Kredit Xətti Müqaviləsi” və *************** saylı, 30.01.2015-ci il tarixli “Kommersiya Krediti Müqaviləsi” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh3 10.11.2016-cı il tarixə 126389-1-11327/1 saylı, 12.06.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə müqavilə üzrə Banka borclu olduğu 289.061,61 ABŞ dolları məbləğində əsas borcun, 35.843,64 ABŞ dolları məbləğində faizin və 3889 ABŞ dolları məbləğində cərimənin, cəmi 328.794,25 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə);*************** saylı, 12.06.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə Banka borclu olduğu 260.000 ABŞ dolları məbləğində əsas borcun, 29.859,45 ABŞ dollar məbləğində faizin və 3278.80 ABŞ dolları məbləğində cərim ənin, cəmi 292.868,25 ABŞ dolları məbləğin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə),*************** saylı, 14.08.2014-cü il tarixli "Bərpa Olunan Kredit Xətti Müqaviləsi" üzrə Banka borclu olduğu 28.000 manat məbləğində əsas borcun, 3965,75 manat məbləğində faizin və 574,50 manat məbləğində cərimənin, cəmi 32.540,25 manat məbləğin,*************** saylı, 30.01.2015-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi" üzrə Banka borclu olduğu 243.155,37 ABŞ dolları məbləğində əsas borcun, 27.253,68 ABŞ dolları məbləğində faizin və 10.478 ABŞ dolları məbləğində cərimənin, cəmi 280.887,05 ABŞ dolları məbləğində borc pul məbləğinin “qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə) və həmçinin məhkəməyə müraciət etmək üçün 30 man at dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi,tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, **************** küçəsində istifadədə olan–********nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi (ipotka predmetinin bazar dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilməklə); xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, *************** nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20.2 kv.m yardımcı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzil (ipotka predmetinin bazar dəyəri 27 00 0 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilməklə); tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, ***************nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzil (ipotka predmetinin bazar dəyəri 27 000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilməklə); xüsusi mülkiyyət hüquq ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ***************nömrəli evin 18.0 kv.m ümumi,18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzil (ipotka predmetinin bazar dəyəri 20 000 manat məbləğində qiymətləndirilməklə); xüsusi mülkiyyət hüquq ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, *************** nömrəli evin 30.0 kv.m ümumi, 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilə (ipotka predmeti 78500 manat məbləğ ində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi; ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması; *************** saylı, 31 iyul 2013-cü il tarixli “Baş Kredit Razılaşması”, ***************saylı, 12.06.2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”, *************** saylı, 12.06.2014-cü il tarixli “Bərpa Olunan Kredit Xətti Müqaviləsi”, *************** saylı, 14.08.2014-cü il tarixli “Bərpa Olunan Kredit Xətti Müqaviləsi” və *************** saylı, 30.01.2015-ci il tarixli “Kommersiya Krediti Müqaviləsi”-nin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şik ayətində Bakı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini vəişin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 97, 134-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 307.4, 405, 477 maddələrinin tələblərinin pozulmuş, işin faktiki halları araşdırılmamış, işə Cavabdeh1 məlumatı və iştirkı olmadan baxılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin vəkili X5 apellyasiya şikayətininin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlərheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun p ozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan Cavabdeh3 ilə “İddiaçı (Azərbaycan)” ASC arasında bağlanmış ***************saylı, 12.06.2014-cü il tarixli Kommersiya Krediti Müqaviləsindən görünür ki, Cavabdeh3 yenidən kreditləşmə və dövriyyə vəsaitlərin artırılması üçün 36 ay müddətinə illik 16 faiz hesablanmaqla, 380.000 ABŞ dolları məbləğində kredit verilmişdir. *************** saylı, 12.06.2014-cü il tarixli “Bərpa olunan krediti xətti Müqaviləsi” ilə Cavabdeh3 biznesin inkişafı üçün 260.000 ABŞ dolları məbləğində 24 ay müddətinə illik 17 faiz hesablanmaqla kredit verilmişdir. *** ************ saylı, 14.08.2014-cü il tarixli “Bərpa olunan krediti xətti Müqaviləsi” ilə Cavabdeh3 28.000 manat məbləğində 36 ay müddətinə illik 20 faiz hesablanmaqla kredit verilmişdir. *************** saylı, 30.01.2015-ci “kommersiya krediti müqaviləsi” ilə Cavabdeh3 Hafiq oğluna 254.930 ABŞ dolları məbləğində 60 ay müddətinə, illik 15 faiz hesablanmaqla kredit verilmişdir. Cavabdeh3Hafiz oğlnun kredit müqaviləsindən irəli gələn öhdəliyi ipoteka ilə təmin olunaraq Cavabdeh3 ilə Bank arasında bağlanmış *************** saylı, 12.06.2014-cü il tarixli “Daşınmaz Əmlakın Sonrakı İpoteka müqaviləsi”nə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, ************************************ nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, ******************************* nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzil, Bakı şəhəri, ************************************** nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzili, Cavabdeh2 məxsus olan Bakı şəhəri, ******************************* nömrəli evin 18.0 kv.m ümumi,18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzili və Bakı şəhəri, *************************** nömrəli evin 30.0 kv.m ümumi 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka ilə yüklü edilmiş əmlakların məcburi qaydada boşa ldılmasına dair hissəsini rədd edərkən, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 59.3-cü maddəsinə əsaslanmış və qeyd etmişdir ki, qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipotekasaxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərfk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. İşə apellyasiya qaydasında baxan mə hkəm kollegiyası, haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldil məsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün nəticəyə gəlmişdir ki, Cavabdeh3 məxsus Bakı şəhəri,*************** nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi,Bakı şəhəri,****************************** nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzil,Bakı şəhəri, ************************************** nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış, sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzil, Cavabdeh2 məxsus olan Bakı şəhəri, *********************************** nömrəli evin 18.0 kv.m ümumi, 18.0 kv.m y aşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzili və Bakı şəhəri, ************************************** nömrəli evin 30.0 kv.m ümumi 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqda, mənzillərdə qeydiyyatda olan cavabdehlər mübahisəli mənzillərdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1.1-cimaddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. -324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çox tərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 385.1-ci maddə sinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh 12 iyun 2014-cü il, ************** №-li Baş Kredit Razılaşmanı müqavilə kimi qiymətləndirməsə də, sonuncu həmin razılaşmanı bütün şərtləri ilə tanış olmuş, həmin şərtlərlə razılaşmış və razılaşmanı imzalamışdır. Bununla da, sonuncu öz iradə ifadə sini bildirmişdir. Belə olan halda həm iddiaçının, həm də cavabdehin iradə ifadələri qarşılıqlı olaraq əks tərəflərə çatdırılmış və əqd bağlanmış hesab edilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizasının təyin edilməməsi, qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə b ilər. - 77.1-ci maddəsinə əsasəhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin göstərdiyi əsas və faiz məbləğinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil sonuncu tərəfindən irəli sürülmə miş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində borcun düzgün hesablanmaması ilə bağlı qeyd etdiyi onun şəxsi mülahizələrinə əsaslanaraq, heç bir sübutla təsdiq olunmur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini tələb etsə də, məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasınd a müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 m ay 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə əmlakların məcburi qaydada boşaldılması hissəsində qismən ləğv edilməli və idd ia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məkhəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin g əldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya sı QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar