Məhkəmə qərarları › İş №2(102)-609/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-609/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-609/2019 23 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli 2(103)6531/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Axundova, iş № 2(003)-243/2017) iddiaçı “xxxx ” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək bankla Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada cəmi 95.010,80 ABŞ dollarının bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Mərdəkan qəsəbəsində yerləşən 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, evin ilkin satış qiymətinin 99.000 manat müəyyən edilməsi, ev satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəl iyev, X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)10044/2017) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)2936/18) cavabdehlərin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayət i qismən təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 19 fevral 2015-ci il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən 60 ay müddətinə illik istifadə dərəcəsi 25 faiz olmaqla 72.557 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin digər təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 19.02.2015-ci il tarixli z aminlik müqaviləsi bağlanmışdır. 2016-cı ilin iyul ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyin lazımınca icra etməməsi səbəbindən banka cəmi 95.070.28 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borc məbləğinin borclu və zaminlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin açıq hərracdan satılıb əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, satıldıqdan 1 ay müddətində evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək kredit borcu üzrə faizlərin və evin ilkin satış qiy mətinin düzgün müəyyən olunmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan son ra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 bankla kredit müqaviləsi bağlamaqla kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsin in icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunduğu kimi borclu Cavabdeh1 kredit müqaviləsində müəyyən olunmuş müddətdə və qaydada kreditin qaytarılmasını təmin etməmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 kredit müqavil əsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 472-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsaslanmaqla kreditin eyni zamanda zaminlərdən tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin zamin lik münasibətlərini tənzimləyən 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “xxxx” MMC tərəfindən verilmiş 27 iyun 2018-ci il tarixli rəydə ipoteka predmetinin hazırkı qiymətinin 110.000 manat olması müəyyən edilmişdir. İş üzrə müəyyən olunmuş yuxarıda göstərilən hallar və maddi hüquq normaları mübahisənin göstərilən qaydada həlli üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrin i rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Xələfov hakimi İlqar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar