Məhkəmə qərarları › İş №2(102)-609/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-609/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli 2(107)-1055/2019 nömrəli qətnaməsindən İddiaçı İKB ASC-nin nümayəndəsi X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxa raq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 12295.64 ABŞ dolları əsas borc, 6249.06 ABŞ dolları faiz borcu və 913.94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19458.64 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4226/2018 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 12295.64 ABŞ dolları əsas borc, 6249.06 ABŞ dolları faiz borcu və 913.94 ABŞ dolları cərimə borcu olmaqla, 19458.64 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Vəzirxan Məlikov) xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-1055/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4226/2018 nömrəli qətnaməsi “12295.64 ABŞ dollar əsas borc və 913.94 ABŞ dolları cərimə borcu, cəmi 19458.64 ABŞ dolları” hissəsində dəyişdirilmiş, həmin hissədə əsas borc 11.999,11 ABŞ dollar, cərimə borcu 50 ABŞ dolları, cəmi borc isə 1829 8,17 (on səkkiz min iki yüz doxsan səkkiz dollar 17 sent) ABŞ dolları müəyyən edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 aid edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İKB ASC-nin nümayəndəsi X5 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. İş üzrə təkra r ekspertiza təyin edilərək, ekspert rəyi iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Dəbbə pulunun 50 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə kreditorun mənafelərini nəzərə almalı idi. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məh rumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində iddianı qismən təmin etdiyindən, iddiaçının kassasiya şikayətin dəlilləri isə qətnamənin əsas borc və dəbbə pulunun rədd edilmiş hissəsinə aid olduğundan kassasiya şikayətinə əsasən qətnamənin qanuniliyi mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi ilə 24 ay müddətinə illik 26 faizlə 19000 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Həmi n kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi müddətinin qurtarmasına baxmayaraq, cavabdehin iddiaçıya 12295.64 ABŞ dolları əsas borc, 6249.06 ABŞ dolları faiz borcu və 913.94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19458.64 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli, 14439 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 27-MK1-0-451-14 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli “Əlavənin” şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavil ə müddətinin sonuna) İddiaçı İKB ASC-nə olan borcu 21.387.74 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə 11.999.11 ABŞ dolları, faiz borcu üzrə 9.388.63 ABŞ dolları. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçının tələb etdiyi əsas borcun məbləği arasında müəyyən fərq yaranmışdır. Birinci instansiya məhkəməsi isə işə baxılarkən borcun düzgün hesablanıb-hesablanmaması barədə ətraflı araşdırma aparmadan iddia tələbini tam təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 12.295.64 ABŞ dolları əsas və 913.94 ABŞ dolları cərimə borcunun, eləcə də cəmi 19.458.64 ABŞ dolları borcun tutulması hissəsində dəyişdirilməli, həmin hissədə əsas borc ekspert rəyinə uyğun olaraq 11.999.11 ABŞ dolları, cərimə borcu 50 ABŞ dolları, cəmi borc 18.298.17 ABŞ dolları müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində b orc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan əsas borcun müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas borc müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassator kredit üzrə əsas borcun ekspert rəyi ilə düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqd arının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanıl ması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında müəyyən etmişdir ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən tələb edilən cərimə borcunun 50 ABŞ dolları müəyyən edərkən haqlı olmuş və yuxarıda qeyd edilənləri nəzərə almışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyas ı məhkəməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - yoxlanılan hissədə kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçı İKB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-1055/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar