Məhkəmə qərarları › İş №2(102)-609/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-609/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: debitor borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5284/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsi (PQ-4), Samovar və qızdırıcı radiator peçi göstərilmişdir. İddiaçı 10 aprel 2017-ci il tarixdə cavabdehin qaz xəttinə özbaşına qoşulmasının və təbii qazdan qeyriqanuni istifadə etdiyinin aşkar edildiyini, bununla bağlı foto və video çəkiliş aparıldığını və eyni tarixli müvafiq aktın tərtib edildiyini bildirir. Həmin akta və onun əsasında 13 aprel 2018-ci il tarixdə qəbul edilmiş qərara əsasən qeyd edilən ünvanda qaz plitəsindən (PQ4), su qızdırıcıdan (QSSQ) və qızdırıcı radiator peçindən istifadə edilmişdir. Cihazlar ın qanunsuz istifadə müddəti qismində 90 gün əsas götürülmüş və bu cihazların orta günlük iş rejimi müəyyən edilməklə və bir m3 qazın dəyərini 0,20 manatdan hesablamaqla itirilmiş qazın bərpası üçün Cavabdeh qızından ümumilikdə (3942 m3x 0,20 =788,40) 788,40 manat pulun tutulması qərara alınmışdır. Bundan sonra müxtəlif vaxtlarda həmin evə 12 dəfə baxış keçirilmiş və hər dəfə də qaz xəttinə özbaşına qoşulma və təbii qazdan qeyri-qanuni istifadə etmə əsası ilə aktlar tərtib edilmiş və bir m3 qazın dəyəri 0,10 və ya 0,20 manatdan hesablamaqla itirilmiş qazın bərpası üçün Cavabdeh müxtəlif məbləğlərdə pulun tutulması qərara alınmışdır. Belə ki, 10.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 788,40 manat, 23.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 927 manat, 27.04.2018-ci il ta rixli, ******* saylı akt əsasında 638,40 manat, 30.07.2018-cı ıl tarixli, 01733829 saylı akt əsasında 399,60 manat, 20.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 504 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, 02.30174 saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 3.790,20 manat cərimə hesablanmışdır. Eyni zamanda, iddia ərizəsində 30.08.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat məbləğində cərimənin hesablandığı göstərilsə də, bu barədə hər hansı akt iddiaçı tərəfindən təqdim edilməmişdir. 30.08.2019cu il tarixli, ******* saylı aktın təqdim edilmədiyi nəzərə alındığı təqdirdə aktlara əsasən cərimə məbləği 3.757,80 manat təşkil edir. İddiaçı hazırda 3.735,20 manat tələb edir. 25.11.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilmiş və həmin fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, bu fərdi yaşayış evinin arxa hissəsində qaz xəttinə qanunsuz olaraq müdaxilə edildiyi və nəticədə qaz xəttində açılmış dəliyə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə fərdi yaşayış evinə təbii qazın ötürüldüyü aşkar edi lmişdir. Qaz xəttinə qanunsuz qoşulma yeri biri birinə məftillə bağlanmış taxtalarla hasara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3735,20 manat məbləğində dəymiş ziyan məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 3765,20 manat pulun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 26 noyabr 2019cu il tarixli 2(001)-7512/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə 649,86 məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İstehsalat Birliyinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Yerində müayinə zamanı cavabdehə məxsus fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Fərdi yaşayış evinin arxa hissəsində qaz xəttinə qanunsuz olaraq müdaxilə edildiyi və nəticədə qaz xəttində açılmış dəliyə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə evə təbii qazın ötürüldüyü aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5 və 6.7-cibəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh istifadə və sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edildiyindən, lakin, cavabdehin təbii qazdan iddia ərizəsində göstərilən bütün müddət ərzində qanunsuz istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud olmadığından, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 27.04.2018-ci il tarixli, 30.07.2018-ci il tarixli və 2012 2018-ci il tarixli aktların hər biri üzrə zərər məbləği 30 gün əvvəlki müddət daxil olmaqla hesablanmalıdır. Başqa sözlə, 23.01.2018-ci il tarixdən 20.12.2018-ci il tarixədək ümumilikdə 90 gün (onlardan 30 gün isti, 60 gün isə soyuq ay) üzrə zərər məbləği hesablanmalıdır. Eyni zamanda, məhkəmə 20.12.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək hər ay aktların tərtib edildiyini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdeh 20.12.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək, yəni 221 gün (20.12.2018-ci il tarixdən 01.05.2019-cu il tarixədək 131 gün soyuq dövr, 01.05.2019-cu il tarixdən 31.07.2019-cu il tarixədək, yəni 90 gün isti dövr) ərzində fasiləsiz şəkildə təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bununla belə, təbii qazdan qanunsuz istifadənin ümumi müddəti kimi (221 + 90 = 311) 311 gün (120 gün isti dövr, 191 gün soyuq dövr) götürülməlidir. İddiaçı tərəfindən tərtib edilmiş aktlarda qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi aydan asılı olaraq 4 və 6 saat, su qızdırıcısının (QSQ) maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi aydan asılı olaraq 4 və 8 saat, qızdırıcı radiator peçinin maksimal saatlıq qaz s ərfi 0,8 m3 /saat orta günlük iş rejimi 18 saat müəyyən edilmişdir. Məhkəmə bu göstəriciləri qismən məqbul hesab edərək və belə qənaətə gəlmişdir ki, zərər məbləği hesablanan zaman qaz plitəsinin (PQ-4) orta günlük iş rejimi 5 saat, su qızdırıcısının (QSQ) orta günlük iş rejimi 6 saat, qızdırıcı radiator peçinin orta günlük iş rejimi 12 saat kimi hesablanmalıdır. Yay aylarında, yəni 120 gün üzrə yalnız qaz plitəsinin (PQ-4) və su qızdırıcısının (QSQ) işlədilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehdən təbii qazdan qanunsuz olaraq qaz plitəsinin (PQ-4) işlədilməsi uçun istifadə etməsi ilə bağlı (1,2 x 5 x 311 = 1866 m3 x 0,10 = 186,60) 186,60 manat, su qızdırıcısının (QSQ) işlədilməsi üçün istifadə etməsi ilə bağlı (1,5 x 6 x 311 = 2799 m3 x 0,10 “ -79,90) 279,90 manat, q ızdırıcı radiator peçinin işlədilməsi üçün istifadə etməsi ilə bağlı (0,8 x 12 x 191 = 1833,60 m3 x 0,10 = 183,36) 183,36 manat, cəmi (186,60 + 279,90 + 183,36 - 649,86) 649,86 manat zərər məbləği müəyyən edilməli və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı İB apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, məhkəmə işi obyektiv və tam, eləcə də ədalətli araşdırsa da düzgün qiymət verməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmış və dəym iş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini və təbii qazdan cəmi 1-2 gün oğlunun toy mərasimi ilə bağlı istifadə etdiyini bildirir. Tərəflərə bu barədə məlumat verilməklə 25.11 2019-cu il tarixdə cavabdehin X ünvanında hakim tərəfindən yerində müayinə keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Yerində müayinə zamanı həmin fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Fərdi yaşayış evinin arxa hissəsində qaz xəttinə qanunsuz olaraq müdaxilə edildiyi və nəticədə qaz xəttində açılmış dəliyə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə evə təbii qazın ötürüldüyü aşkar edilmişdir. Cavabde h hal hazırda da təbii qazdan qanunsuz qoşulmaqla istifadə edir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Emin Mehdiyev sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) 11 avqust 2020-ci il tarixli, 2(103)-5284/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7512/2019 nömrəli mülki iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədə r əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5284/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamış hissəsində - mübahisələndirilən hissəsində də (3085,34 manat) təmin edilməsini və kassasiya şikayətinin verilməsi üçün İddiaçı İB-nın ödədiyi dövlət rüsumunun cavabdehə aid edilərək 15 (on beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Azərbaycan R espublikasının MM-in 14.2.6, 386.1, 442, 443.1, 448.2; MPM-in 14.2, 77.1, 77.2, 88, 202.3, 217.3, 217.4cü maddələri, habelə Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 6.2, 20 və 22-ci maddələri üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normaları apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qətnamədə həmin hüquq normaları tətbiq edilməmişdir. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə halı kifayət qədər sübutlarla (aktlar, fotoşəkillər, təbii qazdan istifadə üzrə ödəniş cədvəlləri (saldolar), cavabdehin qismən etirafı, yerində müayinə protokolu və s.)) təsdiq olunduğu halda birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apelyasiya instansiya məhkəməsi isə toplanmış sübutları düzgün tədqiq etməmiş, birinci instansiya məhkəməsinin qətnaməs ini dəyişdirmədən qüvvədə saxlamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5284/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının - 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfind ən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissədə mübahisələndirmiş, məhkəmə qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini də təşkil etmir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mü lki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5284/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar