Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6090/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2-nin vəkili Kazımov Ziya Məhərrəm oğlunun, X2 iştirakları ilə, Cavabdeh2-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh1, X3, X10 və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş 2(005)2495/2017) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyab r 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-9216/2017) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-2039/2018) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən- ipoteka predmeti olan mənzilə dair bağlanmış 22 dekabr 2011-ci il tarixli ipotek a müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və mənzilə dair aparılmış yüklülüyün ləğv edilməsi” tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-6131/2018) İddiaçı apelyasiya şikayəti apelyasiya baxışının predmetinə aid hissədə təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2018 -ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-8142/2018) İddiaçı və vəkili İbrahimov Rəfail Rza oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov, iş № 2(103)-3162/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)-2495/2017 saylı qətnaməsi İddiaçı Müştəba oğlunun iddiasının Bakı şəhəri, ünvan 1 ünvanınd a 29 nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X13 və X6 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüyün ləğv olunmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında 29 nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X13 və X6 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsi və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestr ində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüyün ləğv edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2-nin vəkili Kazımov Ziya Məhərrəm oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı Müştəba oğlunun və X2 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya inst ansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazım dır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mülki iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur ki, İddiaçı aldadılmaqla Səxavət Hüseynovun adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verimişdir. Həmin etibarnamə ilə ipoteka müqaviləsini İddiaçı adından onun təmsilçisi Səxavət Hüseynov tərəfindən imzalanmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin bağlanması üçün verilmiş etibarnamə aldadılma nəticəsində verilmiş və verildiyi andan etibarsız olmuşdur. Bu isə ona dəlalət edir ki, həmin etibarnamə əsasında edilm iş bütün hərəkətlər özü-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticələrə səbəb ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 354.1-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “2011-ci ilin axırlarında qızım Arzu Kərimovanın toyu ilə əlaqədar olaraq 10.000 (on min) manat pul lazım olduğuna görə borc almaq üçün bir neçə tanıdığım adamlara müraciət etmiş və nəticə etibarilə Könül adlı şəxsin vasitəsilə özünü “xxxx” MMC-nin əməkdaşı kimi təqdim edən X7 ilə tanış olmuşam. Cahangirlə söhbət zamanı o, istədiyim pulu mənzilimi onların t əşkilatına girov qoymaq şərti ilə 5 il müddətinə cüzi faizlərlə kredit şəklində verə biləcəyinə söz verdiyinə görə mən razılaşmış və 2011-ci ilin dekabr ayının ortalarında onun tapşırığı ilə bacısı oğlu kimi təqdim etdiyi X4 etibarnamə vermişəm. 2012-ci il yanvar ayının əvvəllərində Cahangirə zəng edərək işin nə yerdə olduğu ilə maraqlandıqda, 0, 10-15 günə kredit verəcəyini vəd etmişdir. Lakin deyilən müddət keçdikdən sonra mənə heç nə vermədiyinə görə şübhələnmiş, odur ki, Cahangirə zəng edib kredit istəmədiyimi bildirərək mənzilin sənədlərini qaytarmasım tələb etmişəm. Cahangir isə evin sənədlərinin artıq girov qoyulduğunu dediyinə görə onların ofisinə getmiş, orada isə Cahangir şirkətin direktoru qismində Cavabdeh1 mənə təqdim etmiş, sonuncu isə məni inandıraraq mənzilimin sənədlərini tezliklə girovdan çıxarıb qaytaracaqlarını bildirmişdir. Lakin heç bir xəbər çıxmadığına görə mən dəfələrlə həmin ofisə getmiş, lakin hər dəfə qapı bağlı olmuş, zəng etdikdə isə telefonları bağlı olduğundan heç kimlə danışa bilməmişəm. Sonradan isə mənə məlum olmuşdur ki, həmin şəxslər məni aldadıb pis niyyətlə sövdələşərək yuxanda gösrtərilən X6 və əlbir olduqları X13 vasitəsilə mənzilimi 22 dekabr 2011-ci il tarixdə tanımadığım ‘‘Cavabdeh2” ASC-yə girov qoymuş, əvəzində isə həmin bankdan 35.000 (otuz beş min) manat kredit götürərək mənimsəmişlər (ipoteka müqaviləsində mənzilin likvid dəyəri 54.000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir). Habelə mənə məlum olmuşdur ki, həmin şəxslər dələduzluq edərək məndən başqa bir neçə şəxsi də aldatmışlar. Cavabdehlərdən olan Cavabdeh2 mə nim mülkiyyətimdə olan mənzil barəsində həm ipoteka, həm də ki, kredit müqaviləsinin hansı səbəbdən təmsilçi vasitəsilə bağlanmasına qətiyyən əhəmiyyət verməmiş, gələcəkdə üçüncü şəxslərin hər hansı iddiasının mümkün olmayacağına əminlik üçün heç bir araşdırma aparmamışdır ki, bu hal həmin cavabdehin də sözügedən müqavilələrin bağlanması üçün xüsusi maraq güddüyünə və müqavilələri pis niyyətlə bağladığına dəlalət edir.” Qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 29 saylı evin 52 saylı mənzilinə dair cavabdehlər Cavabdeh2, X13 və X6 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 saylı ipoteka müqaviləsinin və onun hüquqi nəticələrinin, habelə cavabdehlər Cavabdeh2” ASC ilə X13 arasında bağlanmış ikitərəli 22 dekabr 2011-ci il tarixli 10820-0 30/11 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2nin xeyrinə aparılmış yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş 22 dekabr 2011-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə müəyyən edilir ki, X10 35.000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında 29 saylı evin 52 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsini İddiaçı etibarnamə əsasında səlahiyyət verdiyi X6 imzalamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə Cavabdeh1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirləndirildiyi cin ayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, həmin hökmlə hər iki təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında ev 29, mənzil 52 üzərində Cavabdeh2-nin xeyrinə ipoteka yüklülüyü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır.(iş vər-53, İ cild) Mülki işə əlavə olunmuş notariat işinin surətləri ilə müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1 ünvanında 29 saylı evin 52 saylı mənzilin ipotekaya qoyulmasına İddiaçı ailə üzvləri X12, X16, X17, X18 razılıqlarını vermişlər. İddiaçı verdiyi etibarnamayə əsasən X6 həmin mənzili ipotekaya qoymağa səlahiyyətli olmuşdur. Beləliklə mülki işin materialları ilə İddiaçı özünə məxsus mənzili ipotekaya qoymaqla 10.000 manat pul əldə etmək niyyəti olmuş, onun evi iradəsinə uyğun olaraq ipotekaya qoyulmuş və Cavabdeh2-dən 35.000 manat kredit götürülmüşdür. Bankdan götürülmüş kreditdən İddiaçı pul verilməməsi, onun aldadılması mənzilin ipoteka ilə yüklü edilməsindən sonra baş vermiş hərəkətlərdir və həmin hərəkətlər mənzilin ipoteka ilə yüklü edilməsinin etibarsızlığı üçün əsas yaratmır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakılara istinad etmişdir. “İş materiallarından və iddia ərizəsindən göründüyü kimi İddiaçı iddia tələbinin qanuni əsasını bilavasitə Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri təşkil edir. Mülki iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur ki, İddiaçı aldadılmaqla Səxavət Hüseynovun adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verimişdir. Həmin etibarnamə ilə ipoteka müq aviləsini İddiaçı adından onun təmsilçisi Səxavət Hüseynov tərəfindən imzalanmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin bağlanması üçün verilmiş etibarnamə aldadılma nəticəsində verilmiş və verildiyi andan etibarsız olmuşdur. Bu isə ona dəlalət edir ki, həmin etibarnamə əsasında edilmiş bütün hərəkətlər özü-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticələrə səbəb ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.” Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etsə də, əqd bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş hansı şərtin pozulmasını göstərə bilməmişdir. Apel yasiya instansiyası məhkəməsi daha sonra qeyd edir ki, “qanunvericilik yalnız barəsində mübahisə edilən etibarsız əqdlər üzrə müddətlər, o cümlədən kəsici müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin məzmununa görə əhəmiyyətsiz əqdin deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinəcəyi müəyyən edilmişdir. Hazırkı halda isə, Cavabdeh2 ilə X13 və X6 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsini məhkəmə kollegiyası əhəmiyyətsiz əqd hesab etməklə qeyd edir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nətic ə ilə razılaşmır. Belə ki, mübahisələndirilən əqd 22 dekabr 2011-ci ildə bağlanmış, həmin əqd üzrə X8 tutulmalı olan cəmi 52.949,99 manat məbləğində pulun İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında 29 saylı evin 52 saylı mənzilə yönəldilməsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi 20 mart 2013-cü il tarixdə qəbul edilməklə əqdin nəticələrinin tətbiqi başlanmışdır. Bu baxımdan da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddətləri ötürmüşdür. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqi və şərhində səhvə yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qə tnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6090/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6090/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver