Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6093/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili X4, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Ca vabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)5447/2021 nömrəli qətnaməsindən hər iki tərəfin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 19 may 2016-cı il tarixli Müddətli əmanət hesabı müqaviləsi ilə Cavabdeh illik 18% dərəcəsi ilə 19 may 2016-cı il tarixdən 19 aprel 2018-ci il tarixədək 23 ay müddətinə avtomatik bərpa prolonqasiya seçimi əsasında İddiaçı QSC-yə 30000 manat əmanət qoymuşdur. 20 may 2016-cı il tarixli Kredit kartı üzrə kredit müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrıl mışdır. 20 may 2016-cı il tarixli girov müqaviləsi ilə Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-də depozit hesabında saxladığı 30000 manatı girov saxlayan qarşısında girov qoymuşdur. Problemli kreditlərin kompensasiyası haqqında 22 aprel 2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-dən aldığı 10000 ABŞ dolları məbləğində kreditə görə 6000 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğ Cavabdeh 01 mart 2019-cu il tarixinə İddiaçı QSC-yə olan 19996,20 manat məbləğində kredit borcunun 6000 manat həcmində azaldılmasına yönəldilmiş, nəticədə İddiaçı QSCyə 13996,20 manat borcu qalmışdır. İddiaçı QSC-nin maliyyə arayışlarına əsasən Cavabdeh 20 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 25 sentyabr 2019-cu il tarixə əsas borca görə 3996,20 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla, cəmi 17720,07 manat, 05 noyabr 2020-ci il tarixə faiz borcuna görə 16865 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla, cəmi 30588,87 manat borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadı ilə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər
1. Cavabdeh № 001KK**********01,
2. X15 № 001KK**********01,
3. X6 № 001KK**********01,
4. X13 № 001KK**********01,
5. X7 № 001KK**********01,
6. X20 № 001KK**********01, 7. xxxqızı № 001KK**********01 kredit xətti müqavilələri üzrə güzəşt müddəti (40 gün) keçdikdən sonra yaranmış faizlərin və cərimələrin hesablanmasının dayandırılması, İddiaçı QSC ilə Cavabdeh, X6, X13, X7, X20, xxxqızı arasında bağlanmış müd dətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X6 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, xxxqızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadı İddiaçı QSC ilə Cavabdeh, X6, X13, X7, X20, xxxqızı arasında bağlanmış müddətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X6 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, xxxqızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsi, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qə rardadı il İddiaçı QSC ilə Cavabdeh, X6, X13, X7, X20, xxxqızı arasında bağlanmış müddətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X6 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, xxxqızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərardadı ilə cavabdeh İddiaçı QSC-nin şik ayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X9, X1, X8, X2, xxxqızının, X16 cavabdeh İddiaçı QSC-yə qarşı “kartdan karta köçürülmənin 0,2%-də saxlanması və bağlanmış müqavilələrdə göstərilmiş 18%-lə depozit faiz pulunun ödənilməsi” tələbinə dair iddia tələbləri qismən təmin edilərək, cavabdeh İddiaçı QSC ilə bağlanmış mövcud müddətli əmanət hesabı müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülmənin müqavilə bağlanan vaxt mövcud olmuş 0,2%-lə tutulmasını təmin edilməklə 20 iyun 2016-cı ildən iddiaçılardan artıq tutulmuş məbləğlərinin Cavabdeh, X12, X3, X10, X5, xxxqızına, X18 g eri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilmiş, iddiaçılar Cavabdeh və X16 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarına əsasən iddiaçılar Cavabdeh, X2 və xxxqızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməs ində icraat İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 16865 manat faiz borcu və 13723,87 manat cərimə borcu olmaqla, cəmi 30588,87 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, tutmanın cavabdehin 20 may 2016-cı il tarixdə bağladığı girov müqaviləsi əsasında İddiaçı QSC-nin depozit hesabında saxladığı 30000 manat pul məbləğinə yönəldilməsi, həmin vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır k i, cavabdeh 20 may 2016-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 19 fevral 2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınmışdır. Cavabdeh götürdüyü kreditdən 20000 manat əsas borcu qaytarmış və cavabdehin əsas kredit borcu qalmamışdır. Cavabdehin 05 noyabr 2020-ci il tarixə 899 gün üçün 16865 manat faiz borcu və 13723,87 manat cərimə borcu yaranmışdır. İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20971 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, bank müqavilələrdən sui-istifadə etmiş, əsası z olaraq faiz və cərimələr hesablamış, onun hesabında olan pul vəsaiti, habelə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hesablanmış kompensasiya mənimsənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)133/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) ilk iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 20 may 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 576,61 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 611,61 manatın İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh olunun İddiaçı QSC-də olan AZ87ACAB******************** N°-li depozit hesabında saxladığı gi rov predmetinə yönəldilərək həmin hesabda olan pul vəsaitindən 611,61 manat İddiaçı QSC-nin xeyrinə tutulması, İddiaçı QSC-dən ekspertiza tədqiqatının dəyərinə görə 295 manat dövlət nəfinə tutulması, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 20 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən olunmuş vaxtda icra etmədiyindən onun müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə banka 576,61 manat borcu qalmışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə tə tbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul edilən yekun məhkəmə aktına əsasən iddia tələbləri təmin edilmədiyindən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildiyi halda kredit üçün faiz tutulmaması halı müəyyən edildiyindən ilk iddia ərizəsi faiz borcuna görə 576,61 manat tələbinə, tələbin girov predmetinə yönəldilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin tələb olunan borca görə tənas übsüz surətdə yüksək hesablanması qənaətinə gələrək, iddiaçının xeyrinə cəriməyə görə borcalandan 5 manat tutulmasını əsaslı hesab etmişdir. Qarşılıqlı iddia tələbləri ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən əmanətçi banka hesabında olan pul vəsaitinə tutma yönəlmək səlahiyyəti verdiyindən, araşdırma zamanı bağlanmış müddətli əmanət hesabı müqavilələri üzrə bank tərəfindən faizlərin düzgün hesablanması müəyyən olduğundan, Cavabdeh "xxxx" SKB-dən aldığı 10000 ABŞ dolları məbləğində kreditə görə hesablanan 6000 manat məbləğində kompensasiya onun borcunun ödənilməsinə yönəldildiyindən, G.Ə.Əliyevaya hesablanan kompensasiyanı Cavabdeh tələb etmək hüququ olmadığından, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə müvəqqəti seçilən prosessual tədbir olduğundan qarşılıqlı iddia tələbləri əsassızdır ona görə də təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)-133/2021 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın tam rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-5447/ 2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)133/2021 nömrəli qətnaməsi qismən - ilk iddianın təmin edilən hissəsində - Cavabdeh 20 may 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 576,61 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 611,61 manatın və tutmanın Cavabdeh olunun İddiaçı QSC-də olan AZ87ACAB******************** N°-li depozit hesabında saxladığı girov predmetinə yönəldilərək həmin hesabda olan pul vəsaitindən 611,61 m anatın İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilərək yeni qətnamə qəbul edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə tələblərin təmin edilən hissəsi üzrə sübutlar mənzərəsində, şübhə edilməsinə əsaslar müəyyən edilməyən ekspert rəyi ilə qətnamə qəbul edilənə kimi ilk iddia üzrə cavabdehin borcunun olmadığı müəyyən edilsə də, birinci instansiya məhkəməsi müəyyən məbləğdə faiz və cərimə məbləğlərinin tutulmasına və borcun girova yönəldilməsi barədə qənaətə gəlmişdir. Qətnamə qəbul edilən zaman borcun olmaması mülki prosessual qanunvericiliyin zamana görə geriyə şamil olunması mümkünsüzlüyü ilə keçmiş zamana münasibətdə (ilk iddia üzrə tələb in təmin edilən hissəsində) borcun tutulmasına əsas ola bilməz. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qarşılıqlı iddia dair hissədə tələb sübuta yetirilmədiyindən və tələbin məğzi qanuni qüvvəsini almış məhkəmə aktları ilə artıq müzakirə edildiyindən dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətlərinin dəlilləri İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-5447/2021 nömrəli qətnaməsinin cəmi 611,61 manat məb ləğində tutulmanın təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən maddi hüquq normasına istinad etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, kredit razılaşması üzrə yalnız əsas borc məbləğindən ödənişlərin edilməsini nəzərə almamışdır. 09 fevral 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, cavabdehin 20102,19 manat əsas, 576,21 manat faiz borcu müəyyən olunmuşdur. Həmin tarixdən sonra isə cavabdeh tərəfindən faiz borcundan heç bir ödəniş edilməmiş, ödənilən məbləğlər əsas borcdan silinmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-5447/2021 nömrəli qətnaməsinin ləğv olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, işin faktiki hallarına və işdə olan ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili X11 iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı olan tərəflərlə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və proses sual hüquq normalarına riayət etməsini yoxlayır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisə tərəflər arasında bağlanmış kredit və əmanət müqavilələrinə əsaslanmışdır. Bank kredit müqaviləsi üzrə faiz borcunun tam ödənilməməsini, kredit alan isə bankın həmin müqavilə üzrə depozit hesabında olan vəsaitin, habelə “A zərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hesablanmış kompensasiyanın əsassız silinməsini iddia edirlər. Birinci instansiya məhkəməsində keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 09 fevral 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 20 may 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 20102,19 manat, faiz borcu 576,61 manat olmaqla, ümumilikdə borcu 20678,80 manat müəyyən olunur. Tədqiqat zamanı məhkəmənin 29 yanvar 2021-ci il tarixdə mərkəzə əlavə sənədlər təqdim olunmuşdur. Həmin əlavə sənədlərlə tanışlıq zamanı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərardadı mövcuddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iş mahiyyəti üzrə baxılıb qurtarana kimi İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 20 may 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmasına dair məhkəmə tərəfindən qərardadın qəbul edilməsi göstərilmişd ir. Digər qərardadlarda isə yuxarıda göstərilən xüsusatla bağlı heç bir dəyişiklik olmamışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildikdə kredit üçün faiz tutulmur. Kredit müqaviləsinin 2.4-cü bəndinə görə güzəştli müddət borc yarandığı gündən növbəti təqvim ayının 10-cu gününə qədər olan müddətdir. Ona görə də, hazırki tədqiqatla İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20 may 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə güzəşt müddəti keçdikdən sonra (40 gün) Cavabdeh hesablanmış faizlərin və cərimələrin dayandırılması müddəti 20 iyul 2016-cı il tarixdən sonrakı dövrü əhatə edir. Belə olan halda hazırki tədqiqatla ekspert tərəfindən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20 may 2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmaqla hesablanması məhkəmə tərəfindən nəzərə alındıqda hesablamalar aşağıdakı kimidir: 05 noyabr 2020-ci il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat. Birinci instansiya məhkəməsi qeyd olunan rəyi əsas götürərək, müqavilənin müddəti bitdiyi tarixə müəyyən edilən faiz məbləğini cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. İddiaçı həmin qətnaməni mübahisələndirməməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadının qüvvədə olduğu dövrdə kredit müqaviləsi üzrə faizlərin hesablanmalı olmaması ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi isə cavabdeh in depozit hesabından aparılan sonrakı silinmələri də nəzərə alaraq ilk iddianı tam təmin etməmişdir. Lakin apellyasiya instansiyası məhkəmə ekspert rəyini qarşılıqlı iddiaya münasibətdə tam araşdırmamışdır. Belə ki, həmin rəyin təsviri hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, cavabdehin 20 may 2018-ci il tarixə, yəni kredit müqaviləsinin müddəti bitdiyi tarixə banka olan əsas və faiz borcunun cəmi məbləği 20678,80 manat təşkil edir. Həmçinin rəydə olan cədvəldən müəyyən olunur ki, kredit müqaviləsi üzrə 22 aprel 2019-cu il tarixdə 11234,35 manat, 15 iyul 2019-cu il tarixdə 10000 manat və 23 fevral 2020-ci il tarixdə 3996,20 manat, cəmi 25230,55 manat ödəniş edilmişdir. Yəni ekspert rəyi ilə edilən ödənişin mövcud borcdan artıq olması müəyyən edildiyi halda, apellyasiya instansiy ası məhkəməsinin qarşılıqlı iddianın sübuta yetirilməməsinə dair mövqeyi anlaşılan deyildir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhk əməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan ekspert rəyində göstərilən məbləğlərin hansı kredit müqaviləsi üzrə borclardan silinməsi, cavabdehin depozit hesabında qalıb-qalmaması araşdırılmalı, zərurət oluğu halda təkrar ekspertizanın keçirilməsi məsələsi müzakirə olunmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunmasını təmin etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının kassasiya şikayətini əsassız hesab edir və həmin şikayətlə bağlı prosessual qənaət prinsipinə uyğun olaraq əlavə dəyərləndirmə aparılmasını zəruri bilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-5447/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilm əsi hissəsinin ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-5447/2021 nömrəli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.