Məhkəmə qərarları › İş №2(102)-6094/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6094/2019

23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6094/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh və vəkili X3 oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(005)9433/2016 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev) idd ia tələbi qismən təmin edilərək, Cavabdeh 46.000 (qırx altı min) manat pxxxxn İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və T.M.Əliyev; 2(103)-4144/2017 saylı ) cavabdeh apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2017ci iİ tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov; 2(102)-6795/2017 saylı ) İddiaçı və Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2017-ci il qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), A.X.Mərdanova və E.M.Həsənov; 2(103)- 697/2018) cavabdeh Sadıqov Yunis Əli oğlunun apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi və iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019cu il tarixli qərarı ilə (hakimlər Q.A.Əsgərov (səd rlik edən və məruzəçi), E.R.Vəliyeva və S.F.Hacıyev;) iddiaçı İddiaçı Səfərəli oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseyn və A.N.İmanov, 2(103)-3700/2019) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncud an 46.000 manat ödədiyi pxxxxn və mənəvi zərərin əvəzi kimi 4.000 manatın, cəmi 50.000 manat məbləğində pxxxxn tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Podratçı şirkət “xxxx” MMC-nin ondan əvvəl direktoru olmuş cavabdeh sifarişçi təşkilat “Azəriqaz” İB-İ ilə işlərini düzgün apara bilmədiyi, eləcə də bütün subpodratçılar ondan narazı olduqları üçün cavabdeh notarial qaydada bağlanmış 05 noyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-də olan 100 faiz payını ona satmışdır. “xxxx” MMC-nin təsisçi və direktor olduğu dövrdə cavabdeh podrat müqaviləsinə əsasən “Azəriqaz” İB-dən aldığı işlərin bir hissəsini subpodratçı “xxxx” MMC-i icra etmiş və cavabdehin rəhbərlik etdiyi dövrdə “xxxx” MMC-nin “xxxx” MMC-ə gördüyü işlərə görə 46.000 manat borcu yaranmışdır. Hətta “xxxx” MMC-də olan 100 faiz payını 05 noyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə ona satdıqdan sonra cavabdeh “borcun etirafı barədə” 19 dekabr 2010-cu il tarixli akt tərtib edib, imzalamaqla “xxxx” MMC-nə 46.000 manat borcunun qalmasını etiraf etmişdir. Bundan sonra artıq o, “xxxx” MMC-nin direktoru olduğu dövrdə “xxxx” MMC-i məhkəmədə iddia qaldıraraq 46.000 manat pxxx “xxxx” MMC-dən tələb etmiş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəmənin 14 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə qanun qüvvəsini alaraq icraya yönəldilmiş və hazırda 46.000 manat pul ondan tələb olunur. Halbuki, “xxxx” MMC-nin tələb etdiyi 46.000 manat pul da daxil olmaqla, onun tərəfindən cavabdehə 14 yanvar 2011-ci il tarixdə 150.500 manat pul ödən ilmişdir. Bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmü ilə də təsdiq olunmuşdur. Ona görə də iddia ə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 14, 88, 189, 385.1.2, 387.1-ci maddələrinin tələblərini pozulmuş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmişnəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili X3 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin fak tiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəngörünür ki, 15 yanvar 2008-ci il tarixdə “xxxx” MMC-nin nizamnaməsi dövlət qeydiyyatına alınmaqla, Cəmiyyətin nizamnamə kapitalındakı 10 paydan ibarət 100 faiz payın mülkiyyətçisi cavabdeh olmuşdur. Qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-i ilə “xxxx” MMC arasında podrat müqaviləsi bağlanmış və sonuncu “Azəriqaz” İB-dən aldığı işlərin bir hissəsini icra etmək üçün 12 may 2010-cu il tarixdə “xxxx” MMC ilə subpodrat müqaviləsi bağlamışdır. 19 oktyabr 2010-cu il tarixdə tərtib edilmiş akta (iş materiallarında həmçinin həmin aktın 19 dekabr 2010-cu il tarixdə tərtib olunduğu qeyd olunsa da, tərəflərin izahatından və həmin aktın mübahisələndirmədikləri işdəki surətindən aktın məhz 19 oktyabr 2010-cu il tarixdə tərtib olunduğu müəyyən olunur) əsasən “xxxx” MMC görülmüş işlərin müqabilində “xxxx” MMC-yə ödənilməmiş 46.000 manat borcunun olmasını etiraf etmiş və həmin akt müvafiq surətdə direktoru Cavabdeh və “xxxx” MMC-nin direktoru Ə.Məmmədov tərəfindən imzalanmaqla, hər iki cəmiyyətin dairəvi möhürləri ilə təsdiq edilmişdir. 05 noyabr 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş “payın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh “xxxx” MMC-nin ona məxsus olan 10 paydan ibarət 100 faiz payını 10 manata iddiaçıya satmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 14 dekabr 2011-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC “xxxx” MMC-yə qarşı pul tələbinə dair ilk iddiası qismən təmin, “xxxx” MMCnin “xxxx” MMC-yə qarşı “podrat müqaviləsinin və aktın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, “xxxx” MMC-dən 46.000 manat pxxxxn tutxxxxb “xxxx" MMC-yə ödənilməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Sonradan qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və hazırda həmin pul İddiaçı tələb olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il terixli hökmü ilə 14 yanvar 2011-ci il tarixdə İddiaçı tərəfindən “xxxx” ASC-dən götürülmüş və subpodratçıların pxxxx olan 150.500 -anat pul vəsaiti, o cümlədən “xxxx” MMC-yə ödənilməli olan 46.000 mana t pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh verilmiş və bu səbəbdən də sonuncu ilə bağlı epizod İddiaçı verilmiş ittihamdan xaric edilərək, həmin hissə üzrə sonuncunun barəsində cinayət təqibinə xitam verilmişdir. Həmçinin Cavabdeh zərərçəkmiş şəxs kimi cinayət işi üzrə iştirakına xitam verilmiş, onun İham Bədəlova qarşı 144.332,35 manat pul tələbinə dair iddiası isə təmin edilməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən Cavabdeh şikayətləri təmin edilməmiş, cinayət işinə apellyasiya və kassasiya qaydasında baxılaraq hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırki işdə iddiaçı hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2011-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulmuş 1 manat məbləğində pxxxx o, 150.500 manatın tərkibində cavabdehə ödədiyindən, lakin adıçəkilən qətnamə ilə 46.000 manat “xxxx” MMC-nin təsisçisi kimi ondan tələb olunduğundan, cavabdeh artıq ödənilmiş vəsait kimi həmin pxxxx ona geri qaytarmalıdır. Cavabdeh isə hesab edir ki, cinayət işinə məhkəmələr tərəfindən düzgün baxılmamış və əsassız olaraq iddiaçının ona 150.500 manat məbləğində pul verməsi barədə nəticəyə gəlmişlər. Əslində iddiaçı ona görülmüş işlərə hər hansı məbləğdə, o cümlədən “xxxx” MMC-nin gördüyü işlərə görə 46.000 manat məbləğində pul ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə hökmü ilə iddiaçı tərəfindən cavabdehə, “xxxx” MMC tərəfindən görülmüş işlərin dəyəri olan 46.000 manat pul da olmaqla, nağd şəkildə 150.500 manat pul ödənildiyi və iddiaçının cavabdehə heç bir borcu qalmad ığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin zərəri kimi hesablanmış işlərin cəmi dəyəri 144.000 manat olmuş, “xxxx” MMC tərəfindən görülmüş işlərin dəyəri olan 46.000 manat pul da cavabdeh tərəfindən özünün gördüyü iş kimi istintaq orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olubolmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hükmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Cavabdehin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş faktları iddia ərizəsinə etiraz etməklə yenidən mübahisələndirməsi yolverilməzdir. Hökmlə ayrı-ayrı podrat müqavilələri üzrə iddiaçının cavabdehə çatası hər hansı pul vəsaitini ələ keçirməsi sübuta yetirilmədiyindən ona verilmiş ittihamdan cavabdehə məxsus əmlakın mənimsənilməsinə dair hissə ittihamdan xaric edilib, həmin hissə üzrə iddiaçının barəsində cinayət təqibinə xitam verilmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı 144.332,35 m anat pul tələbinə dair iddiasının isə təmin edilməmişdir. Belə vəziyyətdə apellyasiya qaydasında içə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı artıq ödədiyi 46.000 manat pul vəsaitini cavabdehdən geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sübutları tədqiq edib onlara onlara qiymət verərək apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməs i mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdehin irəli sürdüyü dəlillər formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olun ması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu i ş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar