Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6095/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)4984/2019 nömrəli qətnaməsindən İddiaçı İKB ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(007)-83/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı İKB ASC-nin xeyrinə müştərək qaydada 7.512,30 ABŞ dolları əsas borc, 4.329,41 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 11.941,71 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 26,40 manat məbləğində pul vəsaiti tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 254,90 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 35,10 manat isə İddiaçı İddiaçı İKB ASC-dən alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2018-ci il tarixli, 2(103)-4984/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhə ri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İKB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8385,54 ABŞ dolları əsas borcun, 4329,41 ABŞ dolları faiz borcu və 871,26 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 13586,21 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 26 faizlə 18 ay müddətinə 12.740 ABŞ dolları kredit götürmüşdür. 13 noyabr 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 13 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 05 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 01 noyabr 2017-ci il tarixədək Cavabdeh1 Banka 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8385,54 ABŞ dolları əsas borcu, 4329,41 ABŞ dolları faiz borcu və 871,26 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 13586,21 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı İKB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin həmin rəylə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Məhkəmə təkrar ekspertiza təyin etmədən səhv hüquqi nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxıl masının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.11.2014-ci il tarixli 6-MZ-1-0-2188-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 28 faizlə 18 ay müddətinə 12.740 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 isəkredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür və öhdəliyin icrası üçün onlar bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış 08.04.2015-ci tarixli Əlavə ilə müqavilənin müddəti 08.12.2016-cı il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 26 faiz müəyyən edilmişdir. Tərə flər arasında bağlanmış 13.11.2015-ci tarixli Əlavəyə görə isə müqavilənin müddəti 13.11.2017-ci il tarixinədək uzadılmışdır. 01 noyabr 2017-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 05 noyabr 2014-cü il tarixli müqavilə üzrə, İddiaçı İKB ASC-yə 8.385,54 ABŞ dolları əsas, 4.329,41 ABŞ dolları faiz və 871,26 ABŞ dolları cərimə olmaqla, cəmi 13.586,21 ABŞ dolları borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, iş üzrə 21 may 2018-ci il tarixli 8643 nömrəli ekspert rəyi alınmışdır. Alınmış ilkin məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə iddiaçı tərəf razılaşmamış və iddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin 12 iyul 2018-ci il tarixli qərardadı ilə iş üzrə ekspertizanın aparılması başqa ekspertə tapşırma qla təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertizalar üzrə alınmış 21 may 2018-ci il tarixli 8643 nömrəli ilkin ekspert rəyinə və 03 dekabr 2018-ci il tarixli 20034 nömrəli təkrar ekspert rəyinə əsasən, 01 noyabr 2017-ci il tarixə Cavabdeh1 İddiaçı İKB ASC-yə olan kredit borcu 7.512,30 ABŞ dolları əsas və 4.592,78 ABŞ dolları faiz olmaqla, ümumilikdə 12.105,08 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun p redmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Əsas və cərimə borcunun düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətində irəli sürülənlərlə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim etməmişdir. İlkin ekspert rəyi ilə razılaşmayan iddiaçının nümayəndəsinin vəsatəti əsasında təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir ki, həmin ekspert də ilkin ekspertlə eyni nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, ekspert rəyini digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, kassator borcun ekspertiza rəyinə uyğun olaraq tutulmasını əsassız hesab etsə də, işə aşağı instansiya məhkəməsində baxılarkən buna dair hər hansı əsaslandırma təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə vəsatətdə qeyd edilən məsələlər aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən təkrar ekspertiza da təyin etmişdir. Kassator təkrar ekspertiza rəyinin nəticəsi ilə də buna dair hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə razılaşmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-4984/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6095/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6095/2019
25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver