Məhkəmə qərarları › İş №2(102)-6095/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6095/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6095/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1167/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC illik 19% ödəmək şərti ilə 12 ay müddətinə 100000 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. 06.12.2011-ci il tarixli bildirişlə cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi barə də xəbərdar olunmuşdur. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 18100 manat əsas kredit borcunun, 15723 manat faiz borcunun, 22500 manat dəbbə pulunun, cəmi 54378 manat məbləğində borcun tutulmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evindən çıxarılmalarını, ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi, 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 iddiaçıya olan cəmi 54378 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsini və 30,2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin tələblərinin vaxtında və düzgün icra edilməsi haqqında bank tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdeh1 bildirmişdir ki, ödənişləri vaxtında icra etsə də, sonradan maddi vəziyyəti pisləşdiyindən ödəniş edə bilməmişdir. İddiaçı bank isə kredit borcunu şişirtmiş, ona əlavə faizlər hesabl amışdır. Cərimə borcu isə ölçüyəgəlməz dərəcədə yuxarı həddə yazılmışdır. Həmçinin, onun borc öhdəliyi müvafiq Fərmanın təsiri dairəsinə düşür. Cavabdeh2 isə bildirmişdir ki, bank tərəfindən kredit borcu şişirdilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2015-ci il tarixli, 6142 saylı rəyinə əsasən Cavabdeh1 04.11.2013-cü il tarixə əsas və faiz borcunun bank tərəfindən düzgün hesablanması, əsas borcun 18100,00 manat, faiz borcunun 15723,00 manat, cəmi 33823,00 manat məbləğində olması müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2008-ci il tarixli,635/01 saylı kredit müqaviləsi üzrə 1810 0 manat əsas borc, 15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kvadrat metr yaşayış, 85.5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evindən çıxarılması, ödəmənin ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən cəmi 54378 manat məbləğində pul vəsaitinin Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaiti nin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini qətnamədə göstərməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.01.2018-ci il tarixli, S-FK-1094 saylı aktla 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsi üzrə tələb hüququ iddiaçı bank tərəfindən "xxxx" QSC BOKT-a güzəşt edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli, 28524 saylı rəyinə əsasən Cavabdeh1 20.06.2009-cu ilədək iddiaçı banka 45000 manat ödəniş etmiş, 20.06.2009-cu il tarixə əsas borcu 66101,49 manat, faiz borcu 2803,11 manat, cəmi 68904,71 manat olduğu müəyyən olunmuş, 20.06.2009-cu ildən sonra isə, 54908,78 manat əsas, 280 3,28 manat fazi borcuna olmaqla, cəmi 57712 manat ödəniş etmişdir. Qalıq borcu 11192,71 manatdır, faiz borcu yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair hissədə dəyişdirilməsi, Cavabdeh1 əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq "xxxx" QSC BOKT-a ödənilməsi, “İpotekaya qoyulmuş yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsi cümləsində torpaq sahəsinin həcminin 10 ha yox, 0,10 ha kimi oxunması, qətnamənin faiz borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianın rədd olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 166000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməsi, ödəmənin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən borcun tutulması, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikay ətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatının cavabdehin özünə aid edilməsi, 5 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun iddiaçı "xxxx" QSC BOKTdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılaşdırılmış qiymətə istinad edərək ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətini 166000 manat müəyyən etmişdir. Qətnamədən iddiaçı "xxxx" QSC BOKT tərəfindən kassasiya şikayəti verilmişdir. c) Kassasiya i nstansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmənin mübahisələndirilən hissədə mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi ipot eka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha torpaq sahəsinin likv id dəyər 100000 manat müəyyən edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması qənaətinə gəlsə də, ipotreka predmetinin satış qiymətini müəyyən etməmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 166 000 manat qiymətləndirmişlər. Apellyasiya instansiyası məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən 166000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsini n Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Apellyasiya instansiyası məhkəməs inin 16.03.2021-ci il tarixli, 2(105)1167/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmış, “B+Ş AUDİT” Konsaltinq MMC-nin 26.04.2021-ci il tarixli, A-01/32 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, ipoteka predmetinin orta bazar dəyəri 115000 manat, likvid dəyər 100000 manat təşkil edir. Buna görə də məhkəmə ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdirir ki, birinci instansiya məhkəməsini qətnaməsində dəyişiklik edilərək ipoteka predmetinin ilkin satış qiyməti rəyinə uyğun 100000 manat müəyyən edilməlidir. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməmiş, likvid dəyər müəyyən olunmaqla ilkin satış qiyməti likvid dəyər kimi müəyyən olunmuşdur. Halbuki likvid dəyər bazar qiymətlərinə aid anlayış olub, hərrac münasibətlərinə aid deyildir. İpoteka predmeti hərraca likvid dəyər ilə deyil, bazar qiyməti əsasında çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə kassasiya məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə mülki iş yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissədə yeni apellyasiya baxışına qaytarılmış, apellyasiya instansiyası məhkəməsi də qətnaməni yalnız qeyd edilən hissədə yoxlamışdır. Ona görə də, hazırkı kassasiya baxışının həddlərini qətnamənin qeyd edilən hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasını n Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarDadı: “...“İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9 -cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaş ı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən suiistifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərardada istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməkdə düzgün nəticəyə gəlmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1167/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar