Məhkəmə qərarları › İş №2(102)-61/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-61/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-61/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-61/21 (Açar sözlər: ekspertiza xərclərinin tutulmasından imtina ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili İmanov Məzhər Rəsul oğlunun iştirakları ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 qarşı “kredit üzrə faizlərin və cərimənin ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)775/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019 -cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/1518/000282 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə xx.xx.2016-cı il tarixə qədər illik 29 % dərəcəsini tətbiq etməklə 1635 (min altı yüz otuz beş) ABŞ dolları və xx.xx.2015-ci il tarixli LD/1518/000281 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə 05.01 2016-cı il tarixə qədər illik borcun 27% dərəcəsi tətbiq etməklə 955 (doqquz yüz əlli beş) ABŞ dolları məbləğində borc pul vermişdir. Borcalan müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün kredit tə şkilatı borcun məhkəmə qaydasında tutulması barədə mübahisə açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” BOKT MMC Cavabdeh1 qarşı “kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi” tələbinə dai iddia qaldıraraq, Cavabdeh1 əsas borc məbləği üzrə 2585 (iki min beş yüz səksən beş) ABŞ dolları, kredit faizləri üzrə 402 (dörd yüz ki) ABŞ dolları, cərimə faizləri üzrə 258 (iki yüz əlli səkkiz) ABŞ dolları olmaqla, cəmi 3245 (üç min iki yüz qırx beş) ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, BOKT “xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx. 2015-ci il tarixli, LD/1518/000282 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə xx.xx.2016-cı il tarixə qədər illik 29 % dərəcəsi tətbiq etməklə 1635 (min altı yüz otuz beş) ABŞ dolları və xx.xx.2015-ci il tarixli LD/1518/000281 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə 05.01 2016-cı il tarixə qədər illik borcun 27% dərəcəsi tətbiq etməklə 955 (doqquz yüz əlli beş) ABŞ dolları məbləğində borc pul verilmişdir. Kredit müqaviləsinin 4.2ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirəmişdir və yetirməkdən də imtina etməkdədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(043)3986/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən A.Hüseynzadə) iddia qismən təmin edilmiş və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən 953 ABŞ dolları əsas borc, 79 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə məbləği, xx.xx.2015-ci il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən isə 1.632 ABŞ dolları əsas borc, 323 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 2.997 (iki min doqquz yüz doxsan yeddi) ABŞ dolları ödəniş anına manatın məzənnəsilə və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq,"xxxx" BOKT MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddianı qi smən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 467, 739-cu maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- R.Mamedov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və Ş.Rzaquliyev) xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-775/2019 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(043)-3986/2018 nömrəli qətnaməsi dəyişdirilərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Gəncə filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/1518/000281 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas məbləğ üzrə 504.46 ABŞ dollarının, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Gəncə filialı i lə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/1518/000282 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas məbləğ üzrə 863.88 ABŞ dollarının, hər iki müqavilə üzrə ümumilikdə 1368.34 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 15 manat pulun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçı BOKT "xxxx" MMC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 739-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəl illəri İddiaçı “xxxx BOKT” MMC kassasiya şikayəti verərək qətnamənin dəyişdirilərək”məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 200 manat vəsaitin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsinin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertizanın təyin edilməsinə heç bir lüzum olmamışdır. İddiaçı tərəfindən mübahisəli kredit üzrə bütün sənədlər məhkəməyə təqdim olunmasaydı, nə birinci nədə apelyasiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 və vək ili İmanov Məzhər Rəsul oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materi allarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Maddə 101.4. Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır. Maddə 101.5. Ekspertin həmin vəsatəti bu Məcəllənin 101.4-cü maddəsində nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhk əmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsin in vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərcləri olan 200 manatın ona aid edilməsi ilə razılaşmır və qətnaməni həmin hissədə mübahisələndirir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə kassatorun mövqeyi ilə razılaşır. Ekspertizanın keçirilməsi əsasları prosessual qanunvericilikdə müəyyən edilmişdir. Həmin normaya görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (Maddə 97.1.). Deməli, ekspert xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin olunur. Hazırkı işdə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilmişdir. Ekspert rəyinə əsasən (mülki işin 59-61-ci səhifələri) kredit müqavilələri üzrə cavabdehin borcunu müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyini onunla əsaslandırmışdır ki, məhkəmə borcun məbləğini hesablamaq üçün zəruri olan sənədləri ekspertə təqdim etməmişdir. Deməli, əslində ekspert xüsui biliyə aid olan sahə ilə bağlı rəy verməmişdir. Ona görə təqdim edilən sənəd ekspert rəyi hesab oluna bilməz. Sadəcə rəy verməkdən imtina barədə məlumatdır. Sənədin adının rəy adlandırılması, hələ həmin sənədin rəy olması demək deyil. Prosessual qanunvericiliyin 101-ci maddəsində deyilir ki, ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göst ərilir. Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır. Ekspertin həmin vəsatəti bu Məcəllənin 101.4-cü maddəsində nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir. Ekspert rəy vermək üçün sənədlərin yetərli olmamasını aşkar etmişdirsə, yuxarıda qeyd olunan qaydalara uyğun olaraq məhkəmənin qərardadını icra olunmadan geri qaytara bilərdi. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticəl ər və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Hazırkı iş üzrə rəydə məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməmiş, zəruri sənədlərin təqdim edilməməsi əsası ilə rəy verilməsindən imtina edilmişdir. Ona görə həmin rəylə (adı belə gedir) bağlı hesablanmış xərclər iş üzrə tərəflərə aid edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx BOKT” MMC-nin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-775/2019 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi 200 (iki yüz) manat ekspertiza xərclərinin iddiaçıya aid edilməsi hissəsində ləğv edilsin. Qətnamə kassatora aid qalan hissədə dəyişdirilmə dən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar