Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-61/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə baxılacaqdır. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3194/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 28 yanvar 2025-ci il tarix də Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh yaşadığı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 43,20 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 853,60 manat, 2018-ci il yanvar tarixli ******* nömrəli akt əsasında 713,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 266,80 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 138,20 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 53,20 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt ə sasında 1468,80 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 691,20 manat zərər hesablanmışdır.
2. İddiaçı (bundan sonra – iddiaçı və ya İddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04618xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Payla yıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 13081,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 937,08 manat və 132,06 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14,150,94 manat pulun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçıın işçiləri tərəfindən cavabdehə məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmı şdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçıın əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır.
5. İş materiallarında olan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus nömrəli evə baxış keçirilərkən qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. xx.xx.2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən qaz sayğacının daxilində yad cisim aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar qeyri -qanuni 0,15 mm diametrli rezin borudan istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n e-2(008)-523/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 734,40 manat dəymiş zərər, 937,08 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 1671,48 manat məbləğində borc və 36,71 manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Qədirova Şəbnur).
7. Məhkəmənin mövqeyinə görə xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdehin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1,2, 3, 2 və 1,5 kub metr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə aparılmış və cəmi 73440 kub metr qaz sərfinə görə 8812,80 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 360 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 60 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1,2x12x60=864 kub metr, 3x12x60=2160 kub metr, 2x1,4x12x60=2016 kub metr, 1,5x12x60=1080 kub metr olmaqla, cəmi 6120 kub metr hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 (on iki qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 734,40 manat təşkil edir. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış məbləğin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən – xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasın da 734,40 manat dəymiş zərər, 937,08 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 1671,48 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6 6.7-ci bəndləri, Mülki Məcəllənin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Həmçinin, işdə isə mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizəsi yoxdur. Belə olan halda isə məhkəmənin Mülki Məcəllənin qeyd olunan maddələrinə istinad edərək tələbetmə müddətinin ötməsi əsası ilə iddia tələbinin bir hissəsini təmin etməməsi göstərilən maddi hüquq normalarının pozulmasıdır. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan q eyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
11. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusu əsasında Energetika Nazirliyi Enerji X1 Bakı Filialı tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 3-15-2-1/2-1214/2024 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, 2018-ci il ərzində tərtib edilmiş 5 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 3780 kub metr, 2023-cü il ərzində tərtib edilmiş 4 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 7398 kub metr, 2024-cü il ərzində tərtib edilmiş 1 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 2592 kub metr təşkil edə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, Azərbaycan Respublikası Tarif (qiymət) Şuras ının halhazırda qüvvədə “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik həcminin 1200 kub metr (1200 kub metr daxil olmaqla) olan hissəsi üçün hər 1 kub metr-i 0,12 manat, illik istehlak həcminin 2500 kub metr-dən çox olan hissəsi üçün hər bir 1 kub metr-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2018-ci il ərzində 724 manat (1200 kub metr x 0,12 manat = 144 manat, 1300 kub metr x 0,20 manat = 260 manat, 1280 kub metr x 0,25 manat = 320 manat, ümumilikdə 144 + 260 + 320 = 724 manat), müəyyən edilə bilər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3194/2024 nömrəli, 29 iyul 2024-cü il qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edi lmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-523/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə cəmi 724 (yeddi yüz iyirmi dörd) manat məbləğində dəymiş ziyanın məbləği Cavabdeh İddiaçı xeyrinə tutulmasını qət etmişdir (hakimlər Axundova Günay -sədrlik edən və məruzəçi, Musayeva Cəmilə və Babayev Fuad ).
13. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, işin h allarına əsasən iddia müddətinin tətbiq edilməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı ərizə verilməsi müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
15. Belə olan halda İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 43,20 manat və xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 863,60 borcun tutulması barədə iddia tələbi təmin edilməməlidir.
16. Digər tərəfdən mə hkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş 15 yanvar 2018-ci il tarixli ******* nömrəli akt əsasında 713,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 266,80 manat, 27 mart 2018-ci il tarixli ******* nömrəli akt əsasında 138,20 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 40,40 manat, 31 may 2018-ci il tarixli ******* nömrəli akt əsasında 53,20 manat dəymiş zərər hesablanmışdır.
17. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş aktlar İddiaçı əməkdaşları tərəfindən tərtib edilərək imza edilmiş, Cavabdeh aktları imza etməkdən imtina etmişdir. Aktlara foto şəkillər əlavə edilmiş dir.
18. Belə olan halda İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə cəmi 724 manat pul tutulmalıdır.
19. İşin halları ilə həmçinin o da müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur və 1468,80 manat dəymiş zərər hesablanmış, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış k eçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur və 937,08 manat məbləğind dəymiş zərər müəyyən edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1,21.2,1096.1, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin, 8-1. hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və MPM-nin 14.2,77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi və ya işi yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarında cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini və hesablanmış dəymiş ziyan məbləğini ödəməyə razı olmasını təsdiq edən 05 oktyabr 2022-ci il tarixli ərizəsi mövcuddur. Lakin iş materiallarına əlavə edilmiş abonent saldosunda sərfiyy at borcu (debitor borc) tam şəkildə əksini tapdığı halda, eyni zamanda tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasını etiraf etməsinə dair cavabdehin İddiaçı İB-yə ünvanlanmış ərizəsinin olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir.
24. Kassasiya şikayəti öz mövqeyini Mülki Prossesual Məcəllənin 77.1 və 88-ci maddələri ilə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mi qdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfu zuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində n əzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il ta rixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini da yandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya mə hkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3194/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.