Məhkəmə qərarları › İş №2(102)-610/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-610/2019

18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-610/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş № 2(102)-610/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “Nikoyl” İKB-nın vəkil 1 iştirakı ilə, Cavabdeh1 və vəkil 2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.B.Axundov) 2(004)-397/2018 saylı 09 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xxx1 saylı 03 aprel 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi və 03.04.2015-ci il tarixli xxx1 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 13.12.2016-cı il tarixli əlavə saziş üzrə 4689 manat 84 qəpik əsas borc, 385 manat 64 qəpik faiz borcu, 9 manat 88 qəpik qəpik cərimə borcu, cəmi 4969 manat 90 qəpik məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-yə ödənilməsi, iş üzrə ödınilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov) 2( 103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)397/2018 saylı 09 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilməsi, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 4654,91 manat, faiz məbləği 310 manat müəyyən edilməsi, qətnamə cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh1 150 manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “Nikoyl” İKB Cavabdeh1 və Cavabdeh2 qarş ı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,xxx1 saylı 03 aprel 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi və 03.04.2015-ci il tarixlixxx1 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 13.12.2016-cı il tarixli əlavə saziş üzrə 4689 manat 84 qəpik əsas borc, 385 manat 64 qəpik faiz borcu, 9 manat 88 qəpik qəpik cərimə borcu, cəmi 4969 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-yə ödənilməsi, iş üzrə ödınilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-yə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.08.2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 ərizə ilə müraciət edib, məhkəmə əmrini ləğv edib, işi iddia icraatına keçirilməsini xahiş etmiş, məhkəmənin 08.09.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilib, mülki iş üzrə iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 və vəkili Niftəliyev Zaur Gülaməddin oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətində göstərilən xüsusatların yenidən araşdırılması üçün işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh1 vəvəkil 2 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı “Nikoyl” İKB-nın vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin dəlillərini əsasız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə k ollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, işdə olan kredit və zaminlik müqaviləsindən görünür ki, “Nikoyl” İKB tərəf indən Cavabdeh1 24 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin zaminlik hissəsindən görünür ki, zamin Cavabdeh2 bu müqaviləyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. 03 aprel 2015-ci il tarixli məxaric kassa orderinə əsasən “Nikoyl” İKB tərəfindən Cavabdeh1 5000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Bundan başqa, iş materiallarında olan Zaminlik müqaviləsinin 13.12.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsinin 1.3-cü bəndində əsasən 24 ay sözləri, 58 ay sözləri ilə əvəz edilərək, kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən 03.04.2017 sözləri 13.12.2019 sözləri i lə əvəz edilərək, 1.5-ci bəndinə əsasən USD sözləri AZN sözləri ilə əvəz edilərək, kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən 2793.94 ABŞ dolları Mərkəzi Bankın 13.12.2015-ci il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 4869.84 manat məbləğində kapitallaşdırılmışdır. Bundan əlavə, iş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1nın 01.08.2017-ci il tarixədək “Nikoyl” İKB-yə olan əsas borc üzrə 4574.38 manat, faiz borcu üzrə 385.64 manat, cərimə borcu üzrə 9.8 manat, cəmi 4969.90 manat borcu vardır. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 5 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansi ya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Adıçəkilən Məcəllənin 448.1-ci maddəsinin tələ binə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 27509 nömrəli, 24 yanvar 2018-ci il tarixli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən hesabdan çıxarışlar Cavabdeh1 adına deyildir. Həmin hesabdan çıxarışlar X1 adına olduğundan Cavabdeh1 “Nikoyl” İKB-nə olan borcunu hesablamaq mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə iddiaçının verdiyi məlumatlar əsasında kredit borcu üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması qənaətinə gəlmişdir. Bu baxımdan apellyasiya instansiya məhkəməsi düzgün olaraq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab etmiş və keçirilmiş ekspertizanın nəticəsi ola raq verilmiş rəydən müəyyən olunmuşdu ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 03.04.2015-ci il tarixlixxx1 saylı kredit müqaviləsinin, eləcə də 13.12.2016-cı il tarixli əlavə sazişin şərtləri əsas götürülməklə (Cavabdeh1 tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmaqla) Cavabdeh1 01.08.2017-ci il tarixə banka olan borcu 4654,91 manat əsas borc, 310,07 manat məbləğində faiz borcu təşkil edir. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən- iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilərək, qətnamə ilə tutulmalı olan əsas və faiz borcunun məbləği ekspert rəyində qeyd olunan həcmdə müəyyən edilməsi, cərimə məbləği isə birinci instansiya məhkəməsi tərə findən azaldıldığı üçün qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəll ənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxıla n zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 vəvəkil 2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5223/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar