Məhkəmə qərarları › İş №2(102)-6103/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6103/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6103/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) və Cavabdeh1 hüquqi varisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında 21.08.2014-cü il tarixli 4-M-1-0910-14 saylı İpoteka müqaviləsinə əsasən DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Ç ıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka yüklü edilmişdir. Kredit müqaviləsinin təmini üsulu kimi İddiaçı İKB ilə zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı zaminlik mqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı İKB tərəfindən dəfələrlə Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmiş, lakin, Cavabdeh1 iddiaçının xəbərdarlığına baxmayaraq İddiaçı İKB-yə olan borclarını ödəməmişdir. İş üzrə Cavabdeh1 vəfat etdiyindən cavabdeh kimi onun hüquqi varisi X3 tanın mışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2017-ci il tarixli 23640 və 02 mart 2018-ci il tarixli 20376 nömrəli ekspert rəylərindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 21.08.2014-cü il arixli, 4-M-1-0-910-14 №-li kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 30 iyul 2015-ci il tarixədək (iddia ərizəsində göstərilən tarixə) banka olan borcu 37222.36 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən:30 iyul 2015-cı il tarixə əsas borc üzrə 32772.58 ABŞ dolları,faiz borcu üzrə4449.79ABŞ dolları. "xxxx" MMC-nin təqdim etdiyi rəydən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin bazar dəyəri 144.000 manat mü əyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 30.07.2015-ci il tarixədək hesablanmış müvafiq olaraq 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 9831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50485 ABŞ dolları, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsa sən ipoteka predmeti: Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evdə qeydiyyatda olan Cavabdeh1 istifadə hüququ itirilmiş hesab edilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İd diaçı İKB-nin Sumqayıt Filialı ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən AR DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka yüklü edilmişdir. Kredit müqaviləsinin təmini üsulu kimi zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli 4M-1-0-910-14 saylı zaminlik mqaviləsi bağlanmış və bu m üqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. Hal-hazırda Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və müqavilə şərtlərini pozmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 30.07.2015-ci il tarixədək hesablanmış müvafiq olaraq 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 9831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50485 ABŞ dolları, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 man at dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən ipoteka predmeti: Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evdə qeydiyyatda olan Cavabdeh1 istifadə hüququ itirilmiş hesab edilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov, iş № 2(060)-8962/2015) İddiaçı İKB-nin müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair iddiası qismən təmin edimiş, Cavabdeh1 ilə bağlanmış 21.08.2014cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə 30.07.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları mə bləğində borc, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiacı İddiaçı İKB-nın xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evə dair Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kreditorun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M1-0-910-14 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğ İddiaçı İKB-nin xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ipoteka predmetinə yönəldilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə, T.Quliyev, iş № 2(105)-1/2021) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilə rək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 hüquqi varisi X3 və Cavabdeh2 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı məbləğində pul alınaraq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "xxxx" ASC) ödən ilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiyməti 144 min manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci cavabdeh İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, iş üzrə qiymətləndirmə tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq "xxxx" MMC-nin VÖEN **********, Benefisiar bank: "xxxx" ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75NABZ******************** SWİFT BİK AZEGEAZ22 hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz borcunun məbləğinin hesablanmasında və ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qərar qəbul edilərkən borcun məbləği 07.06.2017-ci il tarixli 23640 və 02 mart 2018-ci il tarixli 20376 nömrəli ekspert rəyləri əsas götürülməklə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyasının sorğusu əsasında"xxxx" MMC-nin təqdim etdiyi rəydən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin bazar dəyəri 144 min manat müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul ediməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, mənzilin ilkin satış q iyməti 144000 manat müəyyən edilərkən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi nəzərə alınmamışdır. Həmin məbləğ ağlabatan deyildir. Məhkəmə işi mahiyyəti üzrə tam və düzgün araşdırmamış və əsassız olaraq yanlış qiymətə istinad etməklə səhv nəticəyə gəlmişdir. Ekspert rəyinə əsaslanan məhkəmə ödənişlərinin silinmə ardıcıllığı, ödənişlərin ilk əvvəl cərimə borcuna silinməli olması nəzərə alınmamış, sadəcə faiz borcunu hesablamaqla və əsas borcdan silinmiş ödənişləri faiz borcuna ödəniş kimi hesablamaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə bank tərəfindən təqdim olunmuş maliyyə arayışı nəzərə almamışdır. Cavabdeh1 hüquqi varisi X3 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsini qismən “Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı, 0.12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 144 min manat müəyyən edilməsi və Cavabdeh1 hüquqi varis kimi mənim fərdi yaşayış evindən çıxarılmağına” dair hissədə ləğv edilərək, “Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı, 0.12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Cavabdeh1 hüquqi varisi kimi X1 istifadə hüququnun itirilmiş hesab edilməsi və X1 həmin fərdi yaşayış evindən çıxarılmağıma” dair hissədə iddia tələbinin təmin edil məməsi barədə qərar qəbul ediməsini xahiş edir. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və cavabdehin kassasiya şikayətinin təmin olunaraq həmin hissədə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışın ın hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən id diaçı və cavabdeh ayrı ayrılıqda kassasiya şikayəti vermişlər, qətnamənin mübahisələndirilən hissələr üzrə ləğv olunmasını xahiş etmişlər. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətlərinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilm iş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilə r. 739.1-ci maddəsinə görə, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi re yestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qər ar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sah əsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar y azılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda gö stərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildır. Mübahisələndirilən digər hissələr üzrə qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin gəlmiş olduğu nəticəsi maddi və prosessual hüquq normalarının tələbinə uyğundur. İddiaçının kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd edilməlidir ki, ödənilmiş məbləğ üzrə borcun silinməsi həyata keçirilərkən Mülki Məcəlləninin 432.4-cü maddəsinin tələbi əsas götürülməlidir ki, ekspert rəyi də müvafiq olaraq silinmən həmin qaydalara uyğun h əyata keçirmişdir. Cavabdeh tərəfin kassasiya şikayətində göstərilənlər isə müvafiq olaraq apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında göstərilən bazar qiymətini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun unun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məh dudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağl ı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi «əmlakın ilkin satış qiyməti 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxı lması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh1 hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar