Məhkəmə qərarları › İş №2(102)-6106/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6106/2021

23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6106/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Hacıyev Sənan Firudin oğlu, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1636/2019 saylı, 07 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunma barədə cavabdehin ərizəsi təmin edilməmişdir və bununla yanaşı verdiyi kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığına və şikayətə vəkilin orderi əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının kassasiya şikayətinin geri qaytarılmasına dair 07.07.2021-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır; 408.1.3.-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Odur ki, hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və ona vəkilin orderi əlavə edilmədiyindən onun icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci mad dəsini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar