Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6108/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, əqdin etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 400.000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin məbləği 15.07.2017-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində əsas borcun, 52.000 (əlli iki min) manat məbləğində bank faizinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 15.07.2016-cı il tarixli, 3M274 re yestrli kredit müqaviləsi bağlanmış və sonuncuya 400.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh 15.07.2017-ci il tarixədək 400.000 manat məbləğində almış olduğu pulu geri qaytarmalı olmasına baxmayaraq borcu könüllü olaraq qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş qalmaqdadır.
4. İddiaçı nümayəndəsi və vəkili Rəcəb Nurəliyev birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə ərizə təqdim edərək iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış 15.07.2016-cı il tarixli, 3M-274 reyestrli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir.
6. Cavabdeh tələbini belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Prezidentinin 21.12.2015-ci il tarixli Fərmanı ilə tütün məlumatlarının və alkoqollu içkilərin idxalına və istehsalına icazə verən xüsusi razılıqlar (lisenziyalar) ləğv edildikdən sonra tütün məhsullarının ölkəyə idxalını təşkil edərək yüksək mənfəət əldə edəcəyini düşünmüşdür. Bununla əlaqəli olaraq tanışı X4 ona Rusiya Federasiyasının vətəndaşı olan və orada yaşayan İddiaçı bəhs etmiş və sonuncunun Belarus Respublikasındakı tütün məhsulları istehsal edən şirkətlər ilə müqavilə bağlayaraq həmin məhsulların öz ölkəmizə idxalını təşkil edə biləcəyini bildirmişdir. Ona görə də təsisçisi və direktoru olduğu "xxxx" MMC adından İddiaçı etibarnamə vermiş və həmin etibarnaməni tanışı Ə.Süleymanov Rusiya Federasiyasına gedərək İddiaçı təqdim etmişdir. Bundan sonra Belarusiya Respublikasından Azərbaycan Respublikasına tütün məhsullarının idxal edilməsinə dair "xxxx" MMC adından etibarnamə əsasında İddiaçı və Belarusiya Respublikasının "xxxx" X7 ASC arasında 13 aprel 2016-cı il tarixli, 1065 saylı müqavilə bağlanmış və İddiaçı bu müqavilə əsasında kifayət qədər yüksək mənfəət əldə edəcəyinə onu inandırmışdır. Rafail idxal işlərinin həll edilməsinin təşkil edilməsi qarşılığında 400.000 manat məbləğində pul istəmiş, o da bu işdən yüksək mənfəət əldə edəcəyini düşünərək razılaşmışdır. Lakin həmin məbləği birdəfəlik deyil hissə-hissə ödəyəcəyini bildirmiş və İddiaçı onunla razılaşaraq aralarındakı müqavilənin təminatlı olması üçün borc müqaviləsi bağlamağı təklif etmişdir. Birlikdə notariat kontorunda 15 iyul 2016-cı il tarixdə kredit müqaviləsi bağlamışlar. Lakin müqaviləni bağladıqdan sonra planladıqları idxal işi baş tutmamışdır. Belə ki, tütün məlumatlarının idxal edilməsi üçün zəruri olan aksız markaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək verilməmişdir. Şikayət ərizələri əsasında Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurası və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərarlarına əsasən "xxxx" MMC-yə tütün məlumatlarının idxal edilməsi üçün nəzərdə tutulmuş aksiz markalarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmuş, lakin hazırkı vaxtadək Nazirlik tərəfindən həmin vəzifə icra olunmamışdır. Bu səbəbdən İddiaçı və Belarusiya Respublikasının "xxxx" X7 ASC arasında 13 aprel 2016-cı il tarixdə bağlanmış 1065 saylı müqavilənin icrası mümkün olmamış və İddiaçı 400.000 manat məbləğində pul ödənilməmişdir. Baş verənlərdən aydın olur ki, onunla İddiaçı arasında bağlanmış müqavilə əslində kredit müqaviləsi deyil, əldə olunacaq gəlirdən ödəniləcək məbləğ olduğundan aralarında bağlanmış əqdin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin Belarus Respublikasının "xxxx" X7 ASC ilə müqavilə bağlamaq üçün İddiaçı 20.000 ABŞ dolları məbləğində xərc çəkdiyini bildirdiyindən həmin məbləği ödəyə biləcəyini qeyd etmişdir.
7. Şuşa Rayon Məhkəməsinin (hakim A.Həsənov) 25 avqust 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilərək Cavabdeh 400.000 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh (qarşılıqlı iddiaçı) üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı (qarşılıqlı cavabdeh) qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kredit müqaviləsi üzrə 400.000 manat məbləğində borc tutularaq iddiaçı (qarşılıqlı cavabdeh) F.Cavadova qaytarı lmalıdır.
9. Məhkəmə qarşılıqlı iddia ərizəsini nəzərdə keçirib müəyyən etmişdir ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh təsisçisi və direktoru olduğu "xxxx" MMC vasitəsilə xarici ölkədən Azərbaycan Respublikasına tütün məhsullarını idxal etmək istəmiş, buna görə də "xxxx" MMC adından İddiaçı etibarnamə vermiş və şirkət adından İddiaçı Belarus Respublikasında "xxxx" X7 ASC ilə müqavilə bağlamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh R. Cavadova bu biznes fəaliyyətindən külli miqdarda mənfəət əldə edəcəyi təqdirdə 400.000 manat ödəyəcəyinə razı olaraq onunla formal borc müqaviləsi bağladığını, lakin İddiaçı ümumi gördükləri işə görə 20.000 ABŞ dolları məbləğində vəsait xərclədiyini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qarşıl ıqlı iddia ərizəsini nəzərdən keçirib qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.07.2016-cı il tarixli, 3M-274 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh 1 il müddətinə İddiaçı 400.000 manat məbləğində pul qaytaracağını öhdəsinə götürmüşdür. Yəni müqavilənin şərtlərində tütün məlumatlarının idxalından əldə ediləcək gəlirdən həmin məbləğin ödənilməsi nəzərdə tutulmamışdır. Müqavilə hər iki tərəfin iradə ifadəsi olaraq bəyan edilmiş və qarşılıqlı iddia ərizəsində qeyd olunan əsaslarla bağlı müqaviləyə heç bir bənd əlavə edilməmişdir. Həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər, lakin bu kateqoriya iddialar 1 ay ərzində mübahisələndirilməli olduğundan məhkəmə hes ab etmişdir ki, qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 12 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi tərəfindən sahibkar xanım kimi onun hüquqları pozularaq ona aksiz markası verilməmişdir və aksiz markalarının verilməməsi üçün ona çoxsaylı məktublar göndərilərək müxtəlif bəhanələr göstərilmişdir. 2016-cı ilin noyabr ayına kimi göndərilmiş məktublarda ölkədə aksiz markalarının olmadığı və aksiz markaları olan kimi onların ona verilməsinin təmin olunacağı bildirilmişdir. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən yol verilən qanunsuzluqla bağlı Cavabdeh tərəfindən edilən şikayət əsasında Azərbaycan Respublikasının Prezidenti X1 13 saylı, 12.10.2016-cı il tarixli qərar və Maliyyə Nazirliyinin Apellyasiya Şurası tərəfindən 01 saylı,03 noyabr 2016-cı il tarixli qərar qəbul edilmi şdir və bu qərarla şikayət təmin edilərək "xxxx" MMC-nə tütün məmulatlarının idxalı üçün aksiz markalarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur, lakin Maliyyə Nazirliyi tərəfindən həmin qərarlarda icra edilməyərək Cavabdeh təsisçisi olduğu "xxxx"MMC-nə aksiz markaları verilməsindən imtina edilmişdir. Beləliklə Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nə aksiz markaları verilmədiyi və bu səbəbdən tütün məhsullarının idxal edilməsi mümkün olmadığı üçün həmin kredit müqaviləsində göstərilən 400.000 (dörd yüz min) manat məbləğində pulun İddiaçı Kamil oğlu tərəfindən Belarus Respublikasının “Qrodnı tütün fabriki "xxxx" ASC-nin hesabına ödənilməsinə zərurət olmamışdır və həmin məbləğ ödənməmişdir. Yaxın tarixlərdə Cavabdeh məlum olmuşdur ki, İddiaçı Kamil oğlu tərəfindən Belarus Respublikasının “Qrodm tütün fabriki "xxxx" ASC-nin hesabına kredit müqaviləsində nəzərdə tutulan pul ödənilmədiyi halda, onun tərəfindən kredit müqaviləsinin mövcudluğundan suiistifadə edilərək müqavilədə göstərilən pulun Cavabdeh tutulması barədə notariat kontoruna müraciət edilmişdir. Bununla da məlum olur ki, kredit müqaviləsi bağlanarkən cavabdehin məqsədi Cavabdeh aldatmaq olmuşdur və bu məqsədlə məni aldadaraq əqd bağlamışdır. Mövcud vəziyyətdə kredit müqaviləsində nəzərdə tutulan 400.000 manat pulun ilkin iddiaçı tərəfindən Cavabdeh ödənilməsinə dair heç bir sübut təqdim edilmədən apellyasiya instansiya məhkəməsi tərəfindən, yalnız kredit müqaviləsinin notariusda bağlanması əsas götürülərək Cavabdeh ilkin iddiaçı qarşısında öhdəliyinin yaranması barəd ə gəldiyi nəticə AR.MM-nin 387,2, 441 və 739-cu maddələrinin tələblərinə və müqavilə şərtlərinə ziddir. Qeyd edilən maddi hüquq normalarına və kredit müqaviləsinin şərtlərinə əsasən ilkin iddiaçı ilə Cavabdeh arasında qarşılıqlı öhdəlik və qarşılıqlı icra mövcud olmuşdur, yəni kredit verən tərəf krediti Cavabdeh vermək öhdəliyini götürmüşdür və sonuncu krediti qaytarmaq öhdəliyini götürmüşdür. Mövcud vəziyyətdə müqavilədə Cavabdeh verilməsi nəzərdə tutulan 400.000 manat pulun ona verildiyini, bununla da əks tərəfin müqavilə öhdəliyini icra etdiyini təsdiq edən sübut olmadan, yalnız kredit müqaviləsinin notariusda bağlanması əsas götürülərək Cavabdeh ilkin iddiaçı qarşısında öhdəliyinin yaranması barədə gəldiyi nəticə AR.MM-nin 387,2, 441 və 739-cu maddələrinin tələblərinə və müqavilə şərtl ərinə ziddir. Eyni zamanda nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının vətəndaşı olan və Rusiya Federasiyasında yaşayan, əvvəllər Cavabdeh tanımadığı və tütün məmulatları biznesinin təşkili ilə bağlı tanış olduğu şəxsin birdən-birə ona olduqca yüksək məbləğ təşkil edən 400.000 manat borcun verilməsi normal məntiqə və həqiqətə uyğun deyildir. Eyni zamanda onların əlaqələrinin həmin biznesin təşkili ilə bağlı olduğu və həmin kredit müqaviləsinin bu bizneslə əlaqədar olaraq bağlandığı onun tərəfindən Cavabdeh məxsus “Akşin-N-MMC-nin nümayəndəsi kimi tütün məmulatlarının Azərbaycan Respublikasına idxalı üçün Belarusiya Respublikasında bağladığı müqavilələrlə təsdiq olunur. Bu səbəbdən də onların arasında bağlanmış müqavilə borc müqaviləsi deyil kredit müqaviləsi adlandırılmışdır. Bundan əlav ə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilinə əsasən 10.000 manatdan artıq pul Azərbaycan Respublikasından xarici dövlətə aparıldıqda və ya Azərbaycan Respublikasına gətirildikdə həmin məbləğ gömrük bəyannaməsində öz əksini tapmalıdır. Mövcud vəziyyətdə isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn iddiaçı tərəfindən belə gömrük bəyannaməsi və ya bank hesabından 400.000 manat pulun çıxarılmasına dair müvafiq sənəd sübut kimi məhkəməyə təqdim edilməmişdir. Bununla da əks tərəfin müqavilə öhdəliklərini icra etdiyini təsdiq edən zəruri sübutlar olmadan, yalnız kredit müqaviləsinin mövcudluğu əsasında qəbul edilmiş qətnamə AR MM-nin 387,2, 441, 739-cu maddələrinin və MPM-nin 88, 77.1, 217.1, 217.2-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir, qanuni və əsaslı deyildir. Bundan əlavə ilkin iddiaçı tərəfinin müqavilə öhdəliyi icra edilmədiyi halda həmin müqavilədən istifadə edib Cavabdeh pul tələb etməsi ilə onun tərəfindən müqavilənin aldatma və pis niyyətlə bağlandığı təsdiq olunur və müqavilənin etibarsız hesab edilməsi üçün MM-nin 339-cu maddəsində nəzərdə tutulan əsaslar mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh, nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmə diyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlar la və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Maddə 740.1 və 740.2. Borc müqaviləs i tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
28. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
35. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 400.000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin məbləği 15.07.2017-ci il tarixədək qaytarmalıdır.
36. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 03.11.2016-cı il tarixli, 01 saylı qərarından görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh şikayəti təmin edilib, "xxxx" MMC-yə tütün məlumatlarının idxalı üçün aksiz markalarının verilməsi, həmin markalar ölkəyə gətirilərkən Nazirliyin aparatının Vergi siyasəti və gəlirlər şöbəsi tərəfindən təmin olunması, Nazirliyin aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinova tapşırılsın ki, aksiz markalarının hazırlanması üçün sifarişlər verilərkən tütün məlumatlarının, alkoqollu içkilərin idxalına və istehsalına icazə verən lisenziyaların ləğvi ilə əlaqədar aksiz markalarının alınması ilə bağlı artan tələbat nəzərə alınmaqla həmin markalara olan tələbatın dəqiq proqnozlaşdırılması məqsədi ilə zəruri tədbirlər görməsi, Maliyyə Nazirliyinin Apelyasiya Şurasının Katibliyinin rəhbəri Mayis Piriyevə tapşırılsın ki, Katibliyin fəaliyyətini “Mərkəzi icra hakimiyyəti orqanlarının X2 Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun təşkil etməsi qərara alınmışdır. 37. "xxxx" X7 ASC və "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi İddia çı arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 1065 saylı müqavilədən görünür ki, ümumi dəyəri ******* ABŞ dolları təşkil edən tütün məhsullarının Belarus Respublikasından Azərbaycan Respublikasına göndərilməsini tədarükçü, yəni "xxxx" X7 ASC öz üzərinə götürmüş, Alıcı, yəni "xxxx" MMC isə Qrodno ş. FCA şərtləri ilə xxxxxxx Beynəlxalq Ticarət Terminlərin açılışı qaydalarına uyğun məhsulu qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür.
38. Qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh onunla ilk İddiaçı arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinin formal olaraq bağlandığını və həmin müqavilə əsasında ona pul verilmədiyinə istinad edərək müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
39. Apellyasiya kollegiyası işin fa ktiki hallarına əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi formal olaraq bağlanmaqla etibarsız əqd hesab edilə bilməz. Çünki işdə əqdin yalnız görünüş üçün bağlanmasına əsas verən hallar mövcud deyildir. 40. xx un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin r azılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədər ki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir.
42. Tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd etmişd ir ki, müqavilənin etibarsız hesab edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələri ilə tənzimlənir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, alda dılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
44. Qeyd olunan maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən bir i, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
45. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
46. İş materiallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisələndirdiyi müqavilə notariat orqanında bağlanaraq t əsdiqlənmiş və müqavilənin bağlanmasında tərəflər şəxsən iştirak etmişlər, onlara hüquq və vəzifələri izah edilməklə müqaviləni şəxsən imzalamış və müqavilənin surətləri tərəflərə verilmişdir.
47. İş materiallarından görünür ki, notariat hərəkətləri aparılarkən tərəflərin bağladıqları əqdin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olmaması müəyyən edilməmiş, 12 bənddən ibarət müqavilənin məzmunu tam aydın olmaqla onda məzmunu dərk olunmayan ifadələr işlənməmiş, müqaviləni şəxsən tərəflər notariat kontorunda imzalamışlar və müqavilənin surəti tərəflərə verilmişdir. İddiaçı tərəfindən cavabdeh ona qarşı müqavilə üzrə pul tələbinə dair iddia qaldırmayana kimi həmin müqavilə onun tərəfindən mübahisələndirilməmişdir.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı və Cavabdeh arasında ba ğlanmış 15 iyul 2016cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanılmış və həmin müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, qanuni əsaslarla bağlanmış kredit müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyil.
49. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 400.000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pro sessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Kollegiya nəzərə alır ki, tərəflər notarial borc müqaviləsini hətta qarşılıqlı iddiaçının bildirdiyi münasibətlər çərçivəsində rəsmiləşdirmiş olsalar belə, bu hal həmin əqdin etibarsız sayılmasına əsas ola bilməz. Çünki, tərəflər arasında olan mövcud borc, kredit müqaviləsi kimi rəsmiləşdirildikdə həmin müqavilə təfsir edilməklə mücərrəd borcun etirafı kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır (§ 20-21).
53. O da nəzərə alınmalıdır ki, müvafiq müqavilə ilə borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsinə yol verilmir (§ 27-28).
54. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.