Məhkəmə qərarları › İş №2(102)-611/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-611/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-611/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “işlərin qüsurlu və natamam icra edilməsi nəticəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə icranın qüsuru nəticəsində pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2( 103)5437/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2020-2021-ci illərdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü massiv, 2183Q ünvanında yerləşən dörd mərtəbəli fərdi yaşayış evində metlax işlərinin görülməsini Cavabdeh1, elektrik işinin görülməsini Cavabdeh2, kafel-metlax işinin görülməsini Cavabdeh4, suvaq və döşəmə dolğusu işinin görülməsini Cavabdeh5, santexnik işinin görülməsini Cavabdeh6 tapşırmışdır. İddiaya görə podratçılar işləri qüsurlu görmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavab deh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2244 manat, Cavabdeh5 6350 manat, Cavabdeh1 5140 manat, Cavabdeh4 4384 manat, Cavabdeh6 5060 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin əvvəllərində özünə məxsus həyət evini təmir etdirmək istəmiş, usta elanlarına baxmış və “Tap.az” saytında “Asan İnşaat” şirkətinin mobil nömrəsi ilə əlaqə saxlamışdır. Hakim adlı şəxs gəlib evə baxış keçirmiş, sonra isə digər cavabdehləri usta kimi evə dəvət etmişdir. Onlarla əldə olunmuş razılaşmaya əsasən ev 1 il müddətində təmir edilərək iddiaçıya təhvil verilməli idi. Cavabd ehlər iddiaçıdan 40000 manat məbləğində pul alsalar da, işləri natamam və qüsurlu, keyfiyyətsiz şəkildə qismən təmir etmişlər. Bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Evdə təmir işlərinin faktiki olaraq tamamlanmaması fotoşəkillərlə, videogörüntülərlə və 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Mansard mərtəbəsində elektrik sisteminin düzgün quraşdırılmadığından sökülərək elektrik sistemi düzgün quraşdırılmış, alçıpan materialından olan asma tavan yenidən quraşdırılmış, divarlara çəkilən tarazlı suvaq qatının təxminən 110,0 kv.m sökülərək daşınmış və yenidən həmin sahə suvanmışdır. Zirzəmi mərtəbəsində 0,03-0,05 metr qalınlığında mata ilə vurulmuş, ölçüləri 0,4 x 0,4 m olan qranit döşəmədə çöküntülər olduğu üçün sökülərək yenidən bərpa edilmişdir. Evi n 2-ci, 3-cü və 4-cü mərtəbələrində döşəməyə çəkilmiş tarazlı suvaq qatlarında çatlar yarandığı üçün sökülərək daşınmış və yenidən həmin sahəyə tarazlı suvaq qatı çəkilmişdir. Mərtəbələrin birində istilik sistemi düzgün quraşdırılmadığından həmin sistem sökülərək yenidən çəkilmişdir. Təxminən 40 ədəd elektrik qutuları (rozetka, elektrik açarı, internet, anten və telefon) sökülərək yenidən quraşdırılmış, pilləkəndə yerə döşənən qranit keyfiyyətsiz vurulduğu və ümumiyyətlə pilləkəndə görülməli işlər tamamlanmadığı, sanitar qovşağına su və kanalizasiya sistemi qüsurlu yığıldığı üçün 0,6 m x 1,2 m ölçüdə qranit materiallarından olan üzlük plitələr sökülərək sanitar-texniki qurğular yenidən çəkilməli, döşəmədə və divarlarda qranit üzlük plitələri yenidən yapışdırılmalıdır. Buna görə də, ünvan 2 ünvanında yerləşən evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılmış işlər nəticəsində əmək haqqının və materiallar birlikdə dəymiş ziyanın dəyəri 23497 manat təşkil edir.

4. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMCnin 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 2183Q ünvanında evə baxış zamanı müəyyən olundu ki, tədqiq olunan evdə təmir işləri faktiki olaraq tamamlanmamışdır. Təqdim olunmuş video görüntülərdən və foto şəkillərin görüntülərindən görünür ki, mansarda mərtəbəsində elektrik sisteminin düzgün quraşdırılmadığından sökülərək elektrik sistemi düzgün quraşdırılmış, alçıpan materialından olan asma tavan yenidən quraşdırılmışdır. Divarlara çəkilən t arazlı suvaq qatının təxminən 110,0 kv.m sökülərək daşınmış və yenidən həmin sahə suvanmışdır. Zirzəmi mərtəbəsində 0,03-0,05 metr qalınlığında mata ilə vurulmuş ölçüləri 0,4 x 0,4 m olan qranit döşəmə çöküntülər olduğu üçün sökülərək yenidən bərpa edilmişdir. Evin 2-ci, 3-cü və 4-cü mərtəbələrində döşəməyə çəkilmiş tarazlı suvaq qatlarında çatlar yarandığı üçün həmin tarazlı suvaq qatı sökülərək daşınmış və yenidən həmin sahəyə tarazlı suvaq qatı çəkilmişdir. Mərtəbələrin birində istilik sistemi düzgün quraşdırılmadığından həmin sistem sökülərək yenidən çəkilmişdir. Təxminən 40 ədəd elektrik qutuları (rozetka, elektrik açarı, internet, anten və telefon) sökülərək yenidən quraşdırılmış, pilləkəndə yerə döşənən qranit keyfiyyətsiz vurulduğu və ümumiyyətlə pilləkəndə görülməli işlərin tamaml anmaması, sanitar qovşağına su və kanalizasiya sisteminin qüsurlu yığıldığı üçün 0,6 m x 1,2 m ölçüdə qranit materiallarından olan üzlük piltələr sökülərək sanitar-texniki qurğular yenidən çəkilməli, döşəmədə və divarlarda qranit üzlük piltələri yenidən yapışdırılmalıdır. Qeyd olunur ki, söküntü işləri nəticəsində video görüntülərdən, foto şəkillərin görüntülərindən və daşınıb həyətyanı torpaq sahəsində tökülmüş inşaat tullantılarından da görünür ki, yuxarıda göstərilən işlərin aparıldığı müəyyən edilir. Beləliklə, aparılmış tədqiqatla müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılmış işlər nəticəsində əmək haqqının və materiallar birlikdə dəymiş ziyanın dəyəri 23497 manat müəyyən edilir.

5. Birinci instansiya məhkəmə sində Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o həmin evdə iş görməmişdir, sadəcə gedib evə baxıb, ustaları iddiaçı ilə tanış etmişdir. İlk əvvəl ustaların pulunu iddiaçı ona vermiş və o da ustalara paylamışdır. Sonra iddiaçı ilə aralarında münasibət pozulduğu üçün iddiaçı onu evdən qovmuşdur.

6. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçının evində gördüyü işləri keyfiyyətlə icra etmişdir. Bütün işlərin sonunda iddiaçı görülən işləri şəxsən özü yoxlamış, ölçmüş və təhvil almışdır. Bundan sonra iddiaçı onunla halallaşmış və ödənişlərini ödəmişdir. Heç bir narazılıq olmamışdır. Bu işlərdən 1 il 6 ay keçdikdən sonra isə iddia qaldırılmışdır. Gördüyü işlərdə səhv olsa idi, iddiaçı bu işləri qəbul etməzdi.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2021-ci ilin yay aylarında Badamdar 3-cü massivdə Cavabdeh4 çağırışı ilə iddiaçının evinə pilləkən işini görmüşdür. Sonra iddiaçı ona zirzəmidə metlax vurmağı təklif etmişdir. O razı olmadığı halda, iddiaçı dəfələrlə ona zəng edib əl çəkməmiş və demişdir ki, bura zirzəmidir, ona ideal iş lazım deyil. O, 10 kv.m yerə metlax vurduqdan sonra iddiaçını çağırıb göstərmiş, iddiaçı görülən işlə razılaşdıqdan sonra işə davam etmişdir. O, zirzəmidə təxminən bir ay işləmiş, iddiaçı hər gün onun yanında olaraq işinə nəzarət etmişdir. Axırıncı metlaxı vurduqdan sonra iddiaçı gəlmiş və narazılıq etməyə başlamışdır ki, iş xoşuna gəlmir, vurulan metlaxlar sökülməlidir. Təbii ki, o buna razı ol mamış və işdən imtina edib oranı tərk etmişdir. Ondan sonra hansı ustaların işləməsini bilmir. Onun işində əyrilik olmamış, lazerlə çəkilmiş, ip tutulub onun əsasında çəkilmişdir.

8. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, iddiaçının evində elektrik-kabel işləri görmüşdür. İşlər təxminən 2020-ci ilin əvvəllərində başlamış və bir ilə yaxın çəkmişdir. İddiaçı dəfələrlə gördüyü işləri sökdürüb yenidən gördürdüyü üçün iş bu qədər çəkmişdir. O, əvvəldən iddiaçıya demişdir ki, onlara layihə versin ki, mübahisələri olsa ona əsaslansınlar. O, işi layihəyə görə bir ay dayandırmış, iddiaçı yalnız mətbəxin layihəsini göstərmiş və demişdir ki, qalan işlərdə layihə də, dizayner də özüdür. O özü bu i şdə heç bir hesabat aparmamışdır, çünki əlində yazılı layihə olmamışdır. Onun gördüyü işlərin heç bir nöqsanı olmamışdır. İşin gedişatında iddiaçı iki dəfə mütəxəssis də gətirib onun gördüyü işləri yoxlatdırıb müsbət rəy almışdır. İddiaçı ilə ilkin olaraq evin 2-ci və 3-cü mərtəbəsini 4500 manat qiymətə razılaşmışlar. Sonradan onun gördüyü işlərin səliqəsini və keyfiyyətini bəyəndiyinə görə, iddiaçı təklif etmişdir ki, evin 1-ci mərtəbəsi, 4-cü mərtəbəsi, zirzəmisi və əlavə aldığı həyətinin və digər tikililərin də elektrik işlərini görsün. İddiaçı hər gün evə gəlmiş, nəzarət etmiş, materialları da özü almışdır. İlkin olaraq, o, iddiaçının dediklərini etmiş, lakin işin gedişatında bəzi mübahisəli məqamlar yarandığından, iddiaçı ona dediklərini edəndən sonra gördüyü işləri tez-tez sökdürdü yü üçün o, iddiaçıdan görməli olduğu işlərin layihəsini və əlavə işlərin qiymətləndirilməsini tələb etmişdir. İddiaçı tez-tez fikir dəyişdirmiş və sökdürmüşdür. Onun gördürdüyü işlərin dəyəri danışdıqları işlərin dəyərindən qat-qat artıq olmuş və iddiaçı bunları nəzərə almamışdır. Evə sonradan gələn kondisioner, havalandırma sistemləri və alçipan ustaları işləyəndə elektrik xətlərini zədələmiş, o yenidən gedib, gördüyü işləri söküb, yenidən görmüşdür. Ona görə də, o, iddiaçıdan layihə istəmiş, iddiaçı layihə verməmiş və o da işi dayandırıb getmişdir. Sonra eşitmişdir ki, iddiaçı 41-ci polis bölməsinə onun haqqında şikayət etmişdir. Sonra iddiaçı sahə müvəkkilinə anlaşılmazlıq olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. İddiaçı onlardan sonra da dəfələrlə usta gətirib görülən işləri sökdürüb yenidən gördürmüşdür. İddiaçının evində gördüyü işlərə görə razılaşdığı 4500 manatdan ona cəmi 2200 manat ödəmiş, əlavə olaraq gördüyü işlərə görə 8000 manat borclu qalmışdır. İddiaçının uydurduğu bu şər və böhtanlar həmin məbləği verməmək üçün edilmiş bir addımdır.

9. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddia tələbini qəbul etməyərək, ifadəsində göstərmişdir ki, o, iddiaçının evində divarı və hamamda tavanı işləmişdir. O, həmin evə üçüncü usta kimi gəlmişdir. O, iddiaçının evinə gedəndə həmin evdə ondan əvvəl kafel ustası işləmişdir. İddiaçıya bildirmişdir ki, başqa ustanın başladığı işi davam etmək düzgün deyil. İddiaçı ona nəyi necə et deyib, o da iddiaçının dediklərini yerinə yetirmişdir. İddiaçı əvvəl işləyən işçinin işini bəyənməmiş, bəzi işləri ona sökdürüb yenidən g ördürmüşdür. Pilləkənləri də ona sökdürmüşdür. O, iddiaçının bütün dediklərini edib, işini təhvil verib getmişdir. İş bitdikdən sonra iddiaçı 400 manat pulu ona verməkdən imtina etmişdir. Təxminən 8-10 ay sonra iddiaçı onu ikinci dəfə pilləkəni sökmək üçün çağıranda o getməmişdir. İddiaçı da buna görə onunla prinsipə düşmüş, ona böhtan atıb polisə vermişdir. İddiaçının iddiası şər və böhtandan ibarətdir, iddianı qaldırmasına səbəb isə ona olan borcunu ödəməməkdir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh6 iddia tələbinə etirazı edərək göstərmişdir ki, o, iddiaçının evində santexnika və istilik xətlərinin çəkilməsi işlərini görmüşdür. O, işə 2020-ci ilin əvvəllərində başlamış və təxminən 2021-ci ilin əvvəllərində işi tam təhvil vermişdir. O, iddiaçı ilə həyət evində 2 və 3-cü mərtəbələr də və qara mətbəxdə santexnika və istilik xətlərinin çəkilməsi işlərinin görülməsi üçün 3500 manat qiymətinə razılaşmışlar. O işləri görüb tamamladıqdan sonra işi iddiaçının xoşuna gəlmiş, əlavə yaranan işləri ona həvalə etmişdir. O, əlavə olaraq mansarda, 1-ci mərtəbədə, zirzəmidə kanalizasiya dirəklərinin çəkilişi işini görmüşdür. Sadaladığı mərtəbədə santexnika və istilik xətlərinin çəkilməsi üçün 2300 manat razılaşmışlar. Bu işləri tamamladıqdan sonra iddiaçı qonşunun həyətini alınıb evin həcminə daxil etmiş, bu səbəbdən yenidən zirzəmidə və qarajda işlər görülmüşdür. Qazanxana yeri iki dəfə dəyişdirilmiş, üçüncü dəfə ikinci mərtəbəyə qaldırılmış, xarici kanalizasiya və su xətləri çəkilmişdir. Bu işlər 3160 manat qiymətləndirilmişdir. Evə santexnika üzrə mütəxəssis dəvət olunmuş, onun iştirakı ilə gördüyü işlərə baxış keçirilmişdir. İddiaçı onu təhdid edib demişdir ki, 2000 manat verməsə polisə şikayət edəcək və sosial şəbəkədə paylaşacaqdır.

11. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan məlumatlara, təqdim olunmuş fotoşəkillərə və baxış zamanı əldə olunan məlumatlara əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində elektrik xətlərinin çəkilməsində, santexnika işlərinin görülməsində, qranitin vurulmasında, o cümlədən müxtəlif sahələrdə suvaq qatının vurulmasında və alçipanın quraşdırılmasında qüsurlar mövcud olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təmir zamanı yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiril məli təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 23108 manat məbləğində müəyyən edilir.

12. Birinci instansiya məhkəməsinin iclasında ekspert X2 izahatında göstərmişdir ki, ekspert tədqiqatının aparılması üçün iddiaçıya məxsus fərdi yaşayış evinə getmiş, cavabdehlərin iştirakı ilə evə baxış keçirmişdir. O, hadisə yerinə gələndə həyətdə sökülübyığılmış materialları görmüşdür. Hadisə yerinin tədqiqatının aparılmasınadək işlər görülmüşdür, cavabdehlərin gördüyü təmir işləri yerində saxlanılmamışdır. Ekspert rəyi hazırlanarkən o, iş materiallarında olan mütəxəssis rəyi və video-foto materiallara əsaslanmışdır. Tərəflər arasında bu işlərin görülməsi üçün hər hansı yazılı müqavilə və ya razılıq olmamışdır ki, rəy hazırlanarkən ona istinad edilsin. Əldə hadisə yeri, layihə və smeta yoxdur, yalnız hadisə yerində olan materiallar, iş materialları və fotovideo materiallar əsasında müəyyən etmək olur ki, işlər qüsurlu görülüb. O, hadisə yerində olarkən cavabdehlərə suallar vermiş və onlar da bildirmişlər ki, iddiaçı necə deyib, onlar da elə etmişlər. Cavabdehlərin gördüyü təmir işləri sökülərək yenidən təmir işləri görüldüyündən, bilinmir hansı səhvi hansı usta edib. Ümumilikdə görülən işlərdə qüsurlar var, amma, hansı səhvi kimin etdiyini bilmir. Hansı mərtəbədə qüsurlar olduğu yadında deyil.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)58/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına görə iddiaçı evə müxtəlif vaxtlarda başqa-başqa ustalar dəvət edərək cavabdehlərin gördükləri təmir işlərini sökdürmüş və yenidən evdə təmir işləri gördürmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi ilə də müəyyən olunur ki, evə baxış keçirilən zaman tədqiq olunan evdə təmir işlərinin faktiki olaraq tamamlanmadığı müəyyən olunur. Həmin mütəxəssis rəyində evdə qüsurlu təmir işlərinin aparıldığının video görüntülər, fotoşəkillərin görüntüləri və daşınıb həyətyanı torpaq sahəsinə tökülmüş inşaat tullantılarından göründüyü qeyd edilmişdir.

15. Məhkəmə mütəxəssis rəyində göstərilənlərə, həmçinin ekspert Teymur Məmmədovun məhkəmə iclasında bildirdiklərinə əsaslanaraq göstərmişdir ki, iddiaçı cavabdehlər tərəfindən onun evində işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində ona zərər d əyməsini mübahisələndirsə də, qüsurlu işin konkret nədən ibarət olduğu, ziyanın hansı usta tərəfindən vurulduğu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 756.1, 756.2, 759.1, 759.2, 763.1, 770, 773, 776.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)-58/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5437/2023 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)58/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yazılı sənəd (yazılı podrat müqaviləsi, pul ödənişi barədə sənəd və s.) tərtib edilməyib, o cümlədən layihə-smeta sənədləri mövcud olmayıb. Bundan başqa, cavabdehlər müəyyən işləri yerinə yetirdikdən sonra iddiaçı başqa ustalar dəvət edərək, cavabdehlərin gördüyü müəyyən işlərin nəticəl ərini sökdürmüş və yenidən təmir işləri gördürmüşdür. Bu səbəbdən hansı təmir-tikinti işlərinin məhz cavabdehlər tərəfindən görüldüyünün, cavabdehlərin görməli olduqları təmir-tikinti işlərin həcminin və keyfiyyətinin, bu işlərə sərf edilən əməyin və xərcin müəyyən edilməsi mümkün deyil. Bu halları sübut etmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı görülmüş işlər barədə lazımi sənədləşməni həyata keçirmədiyinə, habelə görülmüş müəyyən işlərin nəticələrini sökdürərək başqa ustalara yenidən təmir işləri gördürdüyünə görə, sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5437/2023 nömrəli qətnaməsinin ləğv edi lməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 10.1, 21, 329.2, 329.3, 752.1, 752.2, 762-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, podrat müqaviləsinin mütləq yazılı formada bağlanması qanunvericiliklə müəyyən edilməmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə olmuş, sadəcə həmin müqavilə şifahi formada bağlanmışdır. Respublikada yaranmış işgüzar adətə əsasən mənzillərdə və fərdi yaşayış evlərində təmir-tikinti ilə bağlı müqavilələr əksər hallarda şifahi formada bağlanır. Yazılı müqavilənin olmaması özü-özlüyündə iddianın rədd olu nması üçün müstəqil əsas ola bilməz. İddiaçıya vurulmuş zərər bir neçə mötəbər sübutla, o cümlədən mütəxəssis və ekspert rəyi ilə təsdiq olunmuşdur. Təmir-tikinti işləri sökdürülməmiş, cavabdehlər tərəfindən yenidən təmirin aparılması ilə bağlı hər-hansı sübut təqdim olunmamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasə n bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müə yyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın r ədd olunmasının əsası kimi tərəflər arasında yazılı podrat müqaviləsinin bağlanmaması deyil, cavabdehlərə görülməsi tapşırılmış və görülən işlərin həcminin, habelə mümkün qüsurların müəyyən edilməsini imkan verən sübutların təqdim edilməməsi olmuşdur.

31. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

32. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bil məz.

33. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və ekspertin ifadəsini, iddiaçı tərəfindən təqdim olunmuş mütəxəssis rəyini, habelə keçirilmiş ekspertizanın rəyini əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

34. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5437/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar