Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6110/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4364/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin 10 il bundan əvvəl ondan hissə-hissə aldığı borcun qaytarılması məqsədi ilə 4910 manat, ötən 10 il üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə (hər il üçün 491 manat hesablanmaqla) 4910 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh təxminən 20 il bundan əvvəl eyni müəssisədə birlikdə çalışmış, iş yoldaşı olmuşlar. 2007-ci ildən 2009-cu ilə qədər cavabdeh iddiaçıdan hissə-hissə 3110 manat pul borc almışdır. Pulu cavabdehə şəxsən özü vermişdir. Sonra iddiaçı cavabdehdən pulu qaytarmağı xahiş etmiş, lakin cavabdeh pulu qaytarmaq imkanın olmadığını bildirmişdir. Hər dəfə cavabdehdən pul istəyəndə, cavabdeh iddiaçıya eyni sözləri demiş və iddiaçı axırda başa düşmüşdür ki, cavabdeh onu aldadır. Bundan sonra, cavabdeh iddiaçıya təklif etmişdir ki, kreditlə mağazadan telefon alsın və bu telefonları versin cavabdehə, cavabdeh həmin telefonları sataraq ona olan borcunun bir hissəsini qaytarsın. Telefonların aylıq ödənişini isə cavabdeh özü ödəməli idi. Bundan sonra, iddiaçı, öz adına və bacısı oğlunun adına iki ədəd “Samsung S-6” markalı hər birini n qiyməti 900 manat olan mobil telefonları kreditlə almış və cavabdehə vermişdir. Cavabdeh iddiaçıya 2 saata telefonları satıb pulunu ona gətirəcəyini demişdir. Həmin vaxtdan sonra, iddiaçı cavabdehi tapa bilməmiş və məcbur qalıb hər ay çətinliklə krediti ödəmişdir. Bundan sonra, iddiaçı, pula ehtiyacı olduğundan bankdan külli miqdarda kredit götürmüş və evini banka girov qoymuşdur. Kredit ödəyə bilmədiyi üçün ev də iddiaçının əlindən alınmışdır. Hazırda cavabdehin iddiçıya 3110 manat və telefonlara görə 1800 manat, cəmi isə 4910 manat əsas və eyni məbləğdə faiz borcu var. Cavabdeh iddiaçıya olan borcunu könüllü olaraq ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qism ində ifadə verən X1 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Ona məlumdur ki, Cavabdeh Nərgizə 4910 manat borcu vardır. Lakin Cavabdeh həmin borcu qaytarmaqdan imtina edir. O, Cavabdeh Nərgizgilə gəlibgedərkən bir neçə dəfə görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 göstərmişdir ki, o, iddiaçının qızıdır. Cavabdeh anasının iş yerindən tanıyır. Anası İddiaçı pulu Cavabdeh onun yanında vermişdir. Ona məlumdur ki, Cavabdeh anası Nərgizə 4910 manat borcu vardır. Lakin Cavabdeh həmin borcu qaytarmaqdan imtina edir. O, Cavabdeh onlara gəlib gedərkən bir neçə dəfə görmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 14 sntyabr 2018ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, ə sas borcun ödənilməsi məqsədi ilə 4910 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının əvəzinin – 15 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının izahatına və şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə təxminən 2002-ci ildən "Həsənoğlu" müəssisəsində birlikdə çalışmışlar, iş yoldaşı olmuşdurlar. 2007-ci ildən 2009-cu ilə qədər cavabdeh iddiaçıdan hissə-hissə 3110 manat pul borc almışdır. Həmçinin, iddiaçı cavabdeh üçün aldığı iki ədəd telefona görə əlavə olaraq 1880 manat borcu yaranmışdır. Son olaraq cavabdehin iddiaçıya 3110 manat +1800 manat telefonların pulları, cəmi 4910 manat nəğd borcu ya ranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və cavabdehdən 4910 manat borc pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlə r: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 24 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədi ilə 4910 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının əvəzinin – 15 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələblər rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətlərinin olması hazırki işin mübahisəsiz halıdır. İddiaçı, cavabdehdən nağd alınmış borcun ödənilməsi məqsədi ilə 3110 manatın v ə cavabdehə verdiyi telefonlara görə ödədiyi 1800 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Hazırda borc məbləğinin ona qaytarılmadığını iddia edən iddiaçı borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdehin vəkili (nümayəndəsi), rayon məhkəməsində işə baxılan zaman cavabdehin iştirakı təmin olunmadığı üçün, işə apellyasiya qaydasında baxılan zaman iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Buna görə də, cavabdeh tərəf hesab edir ki, iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutaraq hesab etmişdir ki, 3110 manat məbləğində pul tələbi hissəsində iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Çünki cavabdehin verdiyi apellyasiya şikayətinin dəlil ləri ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri 2007-2009-cu illərdə olmuşdur. İddiaçı 2009-cu ildən sonra uzun müddət sonra, 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Müzakirə edilən məsələnin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, işə baxmış birinci instansiya məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını lazımi qaydada təmin etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsi tərəfindən verilmiş 20.04.2018-ci il tarixli arayışından görünür ki, cavabdeh, ünvan 1 ünvanında əvvəllər qeydiyyatda olmuş, lakin 14.04.2016-cı il tarixdə qeydiyyatdan çıxmışdır (iş v. 2). İşə baxmış Rayon Məhkəməsi isə bu halı nəzərə almamış, cavabdehə ünvanlanm ış məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni apellyasiya icraatı zamanı verməkdə haqlıdır Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan, həmçinin iddiaçının məhkəmələrə verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh 2007-ci ildən 2009-cu ilədək iddiaçıdan borc pul almışdır. Həmin tarixdən sonra iddiaçı, pulu cavabdehdən tələb etsə də, cavabdeh ona geri qaytarmamışdır. Eyni zamanda iş üzrə müəyyən olunur ki, öhdəliyin icra müddəti iddiaçının tələb etdiyi an, yəni 2009-cu ildir. Belə olduqda üç illik iddia müddəti 2012-ci il tarixdə bitmişdir. Lakin buna baxmayaraq, iddiaçı həmin tarixdən iddia ərizəsi ilə mü raciət etmək imkanının olmasına baxmayaraq, uzun müddət sonra müraciət etmişdir. Göstərilənləri nəzərə apellyasiya instansiyası məhkəməsi alan bu qənaətə gəlmişdir ki, 3110 manat borc pulun tutulması hissəsində iddia tələbi iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün rədd edilməlidir. Məhkəmə telefonlara görə ödənilmiş 1800 manatın cavabdehdən tutulması hissəsində iddia tələbini təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı həmin hissədə tələbini sübut edə bilməmişdir. Həmin hissədə iddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni sübutlarla əsaslandırmamış, iddiaçı həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddəl ərinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən mülki qanunvericiliklə müəyyən edilmiş maddi hüquq normalarına riayət etməmişdir. Eləcə də aralarında olan borc münasibətlərinin davam edən münasibətlər olduğunu. 10 il ərzində dəfələrlə borc verilmiş və borcun əvəzi olaraq pulun bir hissəsinin qaytarılmasını sonradan yenidən telefon alınaraq cavabdehə verilməsi hissələrinə düzgün qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi pul tələbinə baxarkən bu münasibətləri nizamlayan Mülki Məcəllənin 404-cü maddəsində nəzərdə tutulan prosedurlara iddiaçı və cavabdeh tərəfindən riayət cdilib-edilməməsinə qiymət verməmişdir. Belə ki, işin faktiki halları düzgün araşdırılmamış, hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə cavabdeh tərəf sübut edə bilmədiyi halda ona (iddiaçıya) qarşı ədalətsiz qərar verilmişdir. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təmin etməklə düzgün olmayan nətiucəyə gəlmişdir. Belə ki, cavabdeh ondan 10 il ərzində dəfəl ərlə borc pul alıb və qaytarmışdır. Lakin yığılaraq qalıq borc 4910 manat olmuş və burada iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Çünki münasibətlər 2007-ci il tarixdən başlamış və 2016-cı ilin semaybr ayına kimi davam etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddə sinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə hazırki iş üzrə kassasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnaməni yalnız iddia tələbinin təmin edilən hissədə yoxlamış və həmin hissədə tələbi rədd etmişdir. Hazırda qətnamədən iddiaçı kassasiya şikayəti versə də, o, birinci instansiya məhkəməsinin qətnamənisi iddia tələbinin rədd edilən hissədə mübahisələndirmədyindən həmin hissə hazırkı kassasiya baxışının da hədlərini təşkil etmir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yolxanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 37 7.3. Öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində iddia ərizəsində, birinci instansiya məhkəməsinin və apellyasiya ins tansiyası məhkəməsinin iclaslarında göstərmədiyi yeni hallara istinad etmiş, tərəflər arasında borc münasibələrinin 2016-cı ilə qədər davam etdiyini göstərmiş və nəticədə apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin düzgün tətbiq etmədiyini irləi sürmüşdür. Lakin məhkəmə kassasiya şikayətinin bu dəlilllərini qəbul etməyərək qeyd edir ki, qanunvericiliyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır və kassasiya məhkəməsinə yeni sübutlarımn və faktiki halların təqdim edilməsi yolverilməzdir. İddiaçı qeyd olunan hallar nə birinci instansiya məhkəməsində, nədəki apellyasiya instansiyası məhkəməsində irəli sürməmiş, tərə flər arasında borc münasibətlərinin 2016-cı ilə qədər davam etməsi məhkəmə araşdırmasının predmeti olmamışdır. Bu baxımdan iddia müddətinin düzgün tətbiq edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4364/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.