Məhkəmə qərarları › İş №2(102)-6111/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6111/2019

26.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6111/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X3, «xxxx» MMC-nin vəkili X1iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)3888/2017, hakim S.M.Quliyeva) iddiaçı «xxxx» MMC-nin Cavabdeh q arşı iddiası qismən təmin edilmiş, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, **-HZ*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu və **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu avtomobillərin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə və Cavabdeh «xxxx» MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-368/2018, hakimlər T.O.Quliyev, T.Q.Məmmədov, A.Ə.Abbasov) Cavabdeh apellyasiya qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddia hissəsində qismən ləğv edilmiş, Cava bdeh «xxxx» MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, «xxxx» MMC-dən 32.111 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-7795/2018, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1032/20 19, hakimlər G.F.Tağızadə, N.M.Nəsibov, Z.İ.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 03 may 2017-ci il tarixdə “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh razılaşmaya əsasən 70.000 manat icarə haqqı və dəymiş zərərə görə 15.000 manat məbləğində pulun onun xeyrinə tutulması, “xxxx” MMC-yə məxsus H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu və **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu avtomobillərin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən 68.700 manat məbləğində maddi ziyan, 50.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi və ilk iddia ərizəsində göstərilən yük və yarımqoşqu avtomobillərinin cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, o mübahisəli avtomobillər üçün cavabdehin hesabına hissə-hissə 68.700 manat köçürmüş, həmin məbləğin 32.111 manat hissəsi məhkəmələr tərəfindən mübahisəsiz qaydada təsdiq edilmişdir. Lakin apellyasiya məhkəməsi qeyd edilən hala düzgün hüquqi qiymət verməmiş, qarşılıqlı iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, «xxxx» MMC-dən maddi zərər kimi 32.111 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu və **-HZ-*** dövlət qeydiy yat nişanlı, “Meiller” markalı yarım qoşqu avtomobillər «xxxx» MMC-nin xüsusi mülkiyyətində olmaqla, MMC tərəfindən həmin avtomobillər Cavabdeh sahibliyinə verilmişdir. «xxxx» MMC qeyd edilən avtomobilləri şifahi razılaşma əsasında 21 iyul 2012-ci ildə Cavabdeh icarəyə verdiyini, lakin sonuncunun 2014-cü ilin noyabr ayından razılaşma şərtlərini pozaraq vaxtaşırı ödənişləri icra etmədiyini göstərərək Cavabdeh qarşı müqavilə üzrə borcun və dəbbə pulunun ödənilməsi, eyni zamanda avtomobillərin qaytarılması tələbinə dair iddia irəli sürmüşdür. Cavabdeh isə «xxxx» MMC-nin mübahisəli avtomobillərin onun mülkiyyətinə verilməsi barədə şifahi razılaşma olduğuna, həmin razılaşmaya görə MMC-yə 68.700 manat məbləğində vəsait ödədiyinə, MMC-nin isə onun İ qrup gözdən əlil olmasından istifadə edərək o nu aldatmasına, avtomobillərdən birini onun sahibliyindən qanunsuz olaraq almaqla üçüncü şəxsə satdığına, o biri avtomobilləri də hazırda məhkəmə qaydasında tələb etdiyinə, bununla bərabər ondan aldığı 68.700 manatı qaytarmaqdan imtina etdiyinə istinad edərək həmin məbləğin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun MMC-dən alınaraq ona verilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə avtomobillərin MMC-yə qaytarılmasını qət etmiş, lakin tərəflər arasında icarə müqaviləsinin bağlanmadığına, bununla da icarə münasibətlərini mövcudluğunun sübut edilmədiyinə əsaslanaraq ilkin iddianı müqavilə üzrə borcun və dəbbə pulunun ödənilməsi hissəsində rədd etmiş, eyni zamanda qarşılıqlı iddiaçının tələb etdiyi 68.700 manat məbləğində pulun hansı əsasla və hansı qaydada hesablanmasına dair məhkəməyə sübut təqdim etmədiyindən və məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən qarşılıqlı iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli avtomobillər iddiaçının mülkiyyətindədir, cavabdehin həmin əmlaka dair hər hansı hüququ mövcud deyil, tərəflər arasında avtomobillərə dair hər hansı müqavilənin mövcud olması təsdiqlənmir. Həmin qətnaməni «xxxx» MMC ümumiyyətlə mübahisələndirməmiş, tərəflər arasında avtomobillərə dair hər hansı əvəzli müqavilənin mövcud olması sübuta yerilmədiyindən ilk iddianın qalan hissədə təmin edilməməsi barədə gəlinən nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddiaçı verdiyi apellyasiya şikayəti ndə qətnamənin ləğv edilib ilkin iddianın rədd edilməsi və yaxud qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edilib qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMCH024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” markalı yük, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu və **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” markalı yarım qoşqu avtomobillərin faktiki olaraq nisyə alqı-satqısı ilə bağlı Cavabdehlə razılıq əldə etmiş, razılığa görə sonuncu həmi n avtomobilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş və nəticədə Cavabdeh MMC-nin hesablına 32.111 manat məbləğində pul ödəmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. 1091 və 1092-ci maddələrinə istinad edərək hesab etmişdir ki, “xxxx” MMC mülkiyyət hüququ ilə özünə məxsus olan avtomobilləri Cavabdeh satmaq müqabilində sonuncudan 32.111 manat pul alaraq varlanmışdır. Hazırki mübahisə üzrə “xxxx” MMC varlanmış şəxs, Cavabdeh isə məhrum olandır. “xxxx” MMC-nin varlanmasına haqq qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiklərini, yəni 32.111 manat pulu Cavabdeh qaytarmalıdır. “xxxx” MMC həmin qətnaməni kassasiya qaydasında mübahisələndirmiş, kassasiya instansiyası məhkəməsi qətnaməni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv e dərək və işi yenidən apellyasiya baxışına göndərək işə yenidən baxan apellyasiya məhkəməsi üçün qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 32.111 manatın ödənilməsinə mülki qanunvericiliyin tələbləri baxımından yenidən qiymət verilməsi barədə göstəriş qoymuşdur. İşə yenidən baxan apellyasiya məhkəməsi qarşılıqlı iddiaçının tələb etdiyi məbləğin hansı əsasla və hansı qaydada hesablanmasına dair məhkəməyə sübut təqdim etmədiyinə və qeyd edilən halın məhkəmə araşdırması zamanı təsdiq edilmədiyinə istinad edərək birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli avtomobillərin iddiaçı MMC-yə məxsus olması və 2013-cü ildən MMC tərəfindən qarşılıqlı iddiaçı Yusif Allahveridyevin sahibliyinə verilməsi işin mübahisəsiz halıdır. İddiaçı MMC həmin avtomobilləri qarşılıqlı iddiaçıya icarə müqaviləsi əsasında verdiyini, qarşılıqlı iddiaçı isə həmin avtomobilləri nisyə alqı-satqı müqaviləsi əsasında aldığını göstərmişdir. İddiaçı MMC Cavabdeh icarə müqaviləsi üzrə 70.000 manat ödənilməmiş borcu olduğuna istinad edərək, sonuncudan həmin borcla bərabər dəymiş ziyanın da onun xeyrinə tutulması barədə iddia, Cavabdeh isə həmin avtomobilləri nisyə alqı-satqı müqaviləsi üzrə aldığına, MMC-nin isə razılaşmanı pozaraq həmin avtomobilləri ondan geri aldığına istinad edərək MMC-yə ödədiyi 68.700 manatın qaytarılması ilə bərabər mənəvi ziyanının ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Məhkəmə kollegiyası tərəflər arasında kı münasibətlərin mövcudluğuna və mahiyyətinə toxunmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məsələ araşdırılmaqla qiymətləndirilmiş, tərəflər arasında hər hansı müqavilənin olmasının sübut edilmədiyi müəyyən edilmiş və ilk iddiaçının müqavilə üzrə öhdəliklərin icrası kimi tələb etdiyi məbləğin tutulması barədə tələbi rədd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilməmiş, qətnamə həmin hissədə qüvvəyə minmişdir. Kassasiya instansiya məhkəməsi də qərarında Cavabdeh tərəfindən ödənilmiş 32.111 manat məbləğində pulun verilib-verilməməsi halının yenidən araşdırılması məsələsi deyil, verilmiş məbləğin qaytarılması əsaslarına yenidən qiymət verilməsi barədə göstəriş qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsi ilə kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 372-ci maddəsi ilə apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya məhkəməsində işə baxılmasının hədləri müəyyən edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını 32.111 manat məbləğində maddi ziyan hissəsində yoxlamalı olduğu halda, qətnaməni qarşılıqlı iddia hissəsində tam yoxlamaqla qeyd edilən normaların tələblərini pozmuşdur. Eyni zamanda apellyasiya məhkəməsi Cavabdeh tərəfindən ümumiyyətlə hər hansı məbləğin verilməsi təsdiq edilmədiyindən qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə g əlmişdir. Halbuki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən “xxxx” MMC-yə 32.111 manat ödənilməsi iş üzrə araşdırılmış sübutların məcmusu ilə təsdiq edilməklə, kassasiya instansiya məhkəməsinin qərarında da qeyd edilən məbləğin verilməsi məsələsinin deyil, həmin məbləğin qaytarılması məsələsinin yenidən araşdırılmalı olması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin maddənin məzmunundan göründüyü kimi, öhdəliklər yaranma əsaslarına görə müqavilə üzrə və qanun üzrə (delikt və ya əsassız varlanma) öhdəliklər olmaqla fərqləndirilir. Göründüyü kimi, tərəflər arasında mübahisəli avtomobillərə dair əmlakın verilməsi və ya əmlakdan istifadə barədə hər hansı müqavilənin olmaması halı birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsi ilə müəyyən edilir. Bu halda, “xxxx” MMC-yə ödənilmiş 32.111 manat məbləğində vəsaitin qarşılıqlı iddiaçının MMC qarşısında hər hansı müqavilə öhdəliyi üzrə əvəzləşdirilməsi istisna edilir. Eyni zamanda qarşılıqlı iddiaçının MMC qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsində nəzərdə tutulmuş qanuni əsaslarla öhdəliyinin mövcud olması da müəyyən edilmir. Bu halda qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarılması məsələsinə əsassız varlanmanın əsaslarını müəyyən ed ən qanunvericiliyin baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, hazırki mübahisə üzrə “xxxx” MMC varlanmış şəxs, Cavabdeh isə məhrum olan hesab edilməklə “xxxx” MMC əldə etdiyi 32.111 manat məbləğind ə pulu iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin tərəflər arasında hər hansı müqavilənin olmasının təsdiq edilmədiyi barədə gəldiyi nəticə mübahisələndirilməməklə qətnamənin həmin hissədə qanuni qüvvəsini almasına, eyni zamanda Cavabd eh tərəfindən «xxxx» MMC-yə 32.111 manat məbləğində pulun ödənilməsinin mübahisəsiz qaydada təsdiq edilməsinə maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, «xxxx» MMC-dən maddi zərər kimi 32.111 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilməl idir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, qarşılıqlı iddia qismən təmin edilsin, «xxxx» MMC-dən 32.111 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar