Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6116/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Mirzəliyev Əsəd Abdulla oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X1, onların vəkili Vəkil, Cavabdeh2 vəkili X7, cavabdeh X5 nümayəndəsi X6 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(105)820/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki i şə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim E.R.Xəlilov) 2(067)-2145/2018 saylı, 03 oktyabr 2018ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, 12.07.2016-cı il tarixdə bağlanmış Xaçmaz rayonunun ******** kəndində yerləşən 1,66 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə X10 arasında 18.04.2018-ci il tarixdə Xaçmaz rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi və Cavabdeh2 və X5 adına işlənmiş RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışların hissəvi olaraq, İddiaçı1, X2 və İddiaçı3 məxsu s 1,66 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, L.Məmmədova, F.Məmmədov) 28 fevral 2019-cu il tarixli, 2(105)-820/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X10 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Xaçmaz rayon notariat kontorunda 12 iyul 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, onlara məxsus 1,66 ha pay torpaq sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə X10 arasında 18 aprel 2018-ci il tarixdə Xaçmaz rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin və cavabdehlə r Cavabdeh2 və X5 adına işlənmiş çıxarışların hissəvi olaraq, İddiaçı1, X3 və İddiaçı3 məxsus 1,66 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(105)-820/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon notariat kontorunda 12 iyul 2016-cı il tarixdə Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış, onlara məxsus 1,66 ha pay torpaq sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 cavabdeh qismində cəlb edilməsi, Xaçmaz rayon notariat kontorunda 12 iyul 2016-cı il tarixdə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, onlara məxsus 1,66 ha pay sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə X10 arasında 18.04.2018-ci il tarixdə Xaçmaz rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 və X5 adına işlənmiş çıxarışların hissəvi olaraq, yəni onlara məxsus 1,66 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəb ul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin faktiki halları tam araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də onlar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(105)-820/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilmişlər. Lakin, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Xaçmaz rayonu 1 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, X3 və onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X11, cavabdeh X5 nümayəndəsi Quliyev Nizami Mahir oğlu və vəkili Vəkil kassasiya şikayətini n dəlillərinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına əsasən qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquql arından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsas ən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni əqdin bağlandığı andan qanunsuz olması deməkdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sübutetmə yükü daşıyan iddiaçılar öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmişdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələ rin məzmununu müəyyənləşdirmək təminatı verilir. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericliyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi istər iddiaçılarla Cavabdeh2 arasında 12 iyul 2016-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsini, istərsə də Cavabdeh2 ilə X10 arasında bağlanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsini təsvir edərək hesab etmişdir ki, müqavilə azadlığı şəraitində bağlanmış hər iki müqavilələr tərəflərin həqiqi iradə ifadəsini özündə əks etdirdiyindən, mövcud müqavilənin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmadığ ından, bu halları təsdiq edən hər hansı bir sübut iddiaçılar tərəfindən təqdim edilmədiyindən, onların dəlilləri formal mülahizə kimi dəyərləndirilməklə qanuna uyğun bağışlanmış bu müqavilələrinin etibarsızlığına səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin təl əblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.Rəcəbovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi, Cavabdeh1 etibarnamə əsasında İddiaçı1, X3 və İddiaçı3 əvəzinə torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1,66 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçiləri özlərinə məxsus əmlakın üzərində sərəncam verərək torpaq sahəsini Cavabdeh2 müqavilə əsasında notarial qaydada satarkən onları müqavilənin bağlanması zamanı digər Cavabdeh1 satıcı qismində təmsil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bil ər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2.maddəsi). Bu mənada kollegiya qeyd edir ki, mövcud alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir maneə müəyyən edilməmiş, əksinə həmi n müqavilə yazılı formada bağlanaraq notarial qaydada təsdiq olunmuşdur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən isti snalar nəzərə alınmaqla)yalnız mülkiyyətçi təyin edə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin y azının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyas ının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüqu qlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh R.Quliyevin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə aşağı instansiya məhkəməsində verilsə də, iddianın təmin edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə də qiymət verilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbi qi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil.(Konstitusiya Məhkəməsinin 27dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (Mülki Məcəllənin 354.2.maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəs ində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçılar ilkin əqdin (Cavabdeh2la bağlanmış 12 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi) iddia etdikləri kimi elə həmin vaxtdanda bildikləri halda, həmin əqdin etibarsız hesab edilməsindən ötrü məhkəməyə, ötən bir il müddətində müraciət etməmiş, yalnız 2018-ci ilin iyun ayının 06-da müraciət etmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə də təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi müqavilə əsasında cavabdehlərin adlarına verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbi ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiql iyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla,həqiqi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisələndirilən çıxarış yuxarıda qeyd edilən əqdlər (alq-satqı müqavilələri) əsasında əldə edildiyindən və həmin əqdlər etibarsız hesab edilmədiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, ka ssator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman ədalət mühakiməsinin çəkişmə prinsipinin pozulduğunu, sübutlara düzgün hüquqi qiymət verilmədiyini və işin faktiki hallarının tam araşdırılmadığını bildirsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevr al 2019-cu il tarixli, 2(105)-820/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6116/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6116/2019
29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver