Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6117/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı «xxxx» X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli 2(105)-83/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı «xxxx» İKB ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8551,54 ABŞ dolları əsas borc, 3076,44 ABŞ dolları faiz borcu və 684,43 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12312,41 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 “xxxx” İKB ASC-nin xeyrinə 24.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8151,54 ABŞ dolları əsas, 3631,55 ABŞ dolları faiz, 759,87 ABŞ dolları cəri mə borclu olmaqla ümumilikdə 12542,96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” İKB ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 21%-lə 24 ay müddətinə 19000 ABŞ dolları borc verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 iyun 2017-ci ilə kimi Cavabdeh1 banka 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8151,54 ABŞ dolları əsas borc, 3631,55 ABŞ dolları faiz borcu və 759,87 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12542,96 ABŞ dolları borcu vardır. Cavabdeh1 banka son ödənişi oktyabr ayında olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcu ödəməkdən boyun qaçırır. Qubadlı Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.001 (səkkiz min bir) ABŞ dolları 54 sent əsas borc, 3.631 (üç min altı yüz otuz bir) ABŞ dolları 55 sent faiz borcu, 19 (on doqquz) ABŞ dolları 87 sent cərimə borcu, cəmi 11.652 (on bir min altı yüz əlli iki) ABŞ dolları 96 sent borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin «xxxx» İKB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) 06.05.2019-cu il tarixli 2(105)-83/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 02 noyabr 2017-ci i il tarixli 2(028)-795/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını x ahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qalıq borcun məbləği düzgün hesablanmamış, şikayətinin dəlilləri müzakirə edilməmiş və heç bir araşdırma aparılmadan formal qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 oğlu kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsa sən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” İKB ilə Cavabdeh1 arasında 24 ay müddətinə 19000 ABŞ dolları məbləğində borc pulun verilməsinə dair 24 noyabr 2014-cü il tarixli 4-M-3-0-1351-14 saylı kredit müqaviləsi bağlanmışdır. Kred it müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 22 iyun 2017-ci il tarixə Cavabdeh1 banka 8551,54 ABŞ dolları əsas, 3076,44 ABŞ dolları faiz və 684,43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 12312,41 ABŞ dolları borcu vardır. Cavabdeh1 tərəfindən borc hesabı üzrə 16 oktyabr 2017-ci il tarixdə 150 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2019-cu il tarixli 3433 saylı rəyindən görünür ki, 24 noyabr 2014-cü il tarixli 4-M-3-0-1351-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 16 oktyabr 2017-ci il tarixədək banka olan borcu 11.783,09 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən əsas borc üzrə 8.151,54 ABŞ dolları, faiz borcu üzrə 3.631,55 ABŞ dolları təşkil edir. Məhkəmə kol legiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iş üzrə cavabdehdən faiz borcunun iddiaçının tələb etdiyi məbləğdə tutulması düzgündür, belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçı tərəfindən tələb edilən faiz iş üzrə keçirilmiş ekspertiza rəyi ilə öz əksini tapmışdır. Bundan başqa tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxım ından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə göt ürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətində borcun məbləği mübahisələndirilsə də, borcun düzgün hesablanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hü quq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli 2(105)-83/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6117/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6117/2019
25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver