Məhkəmə qərarları › İş №2(102)-612/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-612/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-612/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 "xxxx" QSC-nə qarşı “razılaşmanın etibarsız hesab edilməsi, onun bildirişdə nəzərdə tutulmuş məbləğ nəzərə alınmaqla bağlanmış hesab olunması və ödənilməmiş pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi, əqd üzrə ödənilməmiş əlavə vəsaitin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 2(103)-5534/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 30.11.2017-ci il tarixli notarait qaydasında bağlanmış razılaşmadan görünür ki, İddiaçı6 ilə "xxxx" QSC arasında ünvan 1 ünvanında olan fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülməsi və köçürülmə ilə əlaqədar 67.034 manat məbləğində kompensasiyanın "xxxx" QSC tərəfindən ödənilməsi razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 "xxxx" QSC- nə (QSC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin 2017-ci ildə Dövlət planına düşdüyünü, QSC tərəfindən söküntü aparılarkən "xxxx" MMC-nin direktoru C.Mikayılov və layihəni yoxlayan A.Rzayev tərəflərindən təyziqlərə məruz qaldıqlarını, onlara məxsus ev 84.334 manat məbləğində qiymətləndirilsə də, qiymətə etiraz etdiklərinə görə qiymətləndirmə şirkətinin kompensasiya məbləğini 67.034 manata endirildiyini, kompensasiya 84.334 manat müəyyən edilərkən 6 saylı notariat kontorunda hamısının imza etdiyini, lakin 67.034 manat verilərkən notariusda imza etmədiklərini irəli sürmüş, buna görə də 30.11.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış razılaşmanın etibarsız hesa b olunması, razılaşmanın bildirişdə nəzərdə tutulmuş 84.334 manat məbləğində bağlanmış hesab edilməsi, cavabdehdən ödənilməmiş 17.300 manatın tutulub onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim- Fikrət Mirzəyev) 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbləri rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar onlara daha çox kompensasiya verilməli olduğunu 2017-ci ildə "xxxx" QSC tərəfindən İddiaçı6 göndərilmiş bildirişdə kompensasiyanın məbləğinin 84334 manat göstərilməsi ilə əlaqələndirmişlər. Məhkəmə 2017-ci ildə "xxxx" QSC tərəfindən İddiaçı6 Hüseyin oğluna göndərilmiş bildirişə (onun kserosurəti əlavə olunmuşdur) qiymət verərkən hesab etmişdir ki, qeyd olunan bildiriş hü quqi sənəd hesab oluna bilməz. Belə ki, iş materiallarında olan "xxxx" QSC sədrinin birinci müavini, həmin idarənin infrastruktur departamentinin rəisi, həmin idarənin infrastruktur departamentinin 4 saylı Bakı yol sahəsinin rəisi Nizami RİHB-nın Keşlə qəsəbə İnzibati Ərazi üzrə nümayəndəsi, Keşlə bələdiyyəsinin sədri və "xxxx" MMC-nin baş direktorunun birgə tərtib etdikləri aktla kompensasiyanın məbləği 67034,0 manat müəyyən olunmuş, bundan sonra həmin məbləğ iddiaçı ilə razılaşdırılmış və bu barədə rəsmi sənəd tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların verdikləri izahatdan da görünür ki, onlar həmin məbləğdə kompensasiyanı almışlar. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların təqdim etdiyi sübutları qiymətləndirərkən həmin sübutlar iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 106 və 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 apelyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-5534/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-312/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri 30 noyabr 2017-ci il tarixli razılaşmanın lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığ ı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu, xüsusilə iddiaçıların irəli sürdüyü hal, yəni müqavilə bağlanarkən İddiaçı6 aldadıldığı, yaxud hədə-qorxuya məruz qaldığı isə ümumiyyətlə sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 324.4, 324.5, 337.1, 339,.390.5, 354.2-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5534/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı6 və onun digər ailə üzvlərinə məxsus tikilinin sökülməsinə görə 84334 manat məbləğində kompensasiyanın ödəniləcəyi ilə bağlı əvvəlcədən iddiaçılarla razılaşma mövcud olmuş, məhz bu razılaşma əsasında "xxxx" QSC tərəfindən daşınmaz əmlakın istifadəçisi İddiaçı6 “Nizami rayonu Pəhlivan Fərzəliyev küçəsində "xxxx" QSC-nin Keşlə stansiyasının 2-ci blok postundan X1 qədər dəmir yol xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində həmin tilkilinin sahibinə ödəniləcək kompensasiyanın 84334 manat dəyərində müəyyən edilməsi və bu nunla əlaqədar 6 saylı Notariat Kontoruna müraciət edilməsi barədə B175 saylı Bildiriş göndərilmişdir. Bildirişi aldıqdan sonra əvvəlcə narazı qalan, sonradan isə QSC və qiymətləndirmə şirkətinin təyziqləri nəticəsində çarəsiz qalan iddiaçılar 84.334 manat kompensasiya məbləği ilə razılaşmağa məcbur olmuşlar. Bundan sonra 6 saylı Notariat Kontorunda İddiaçı6 və "xxxx" QSC arasında aldatma və hədə qorxu təsiri altında razılaşma bağlanarkən kompensasiyanın məbləği ilə razılaşmağa məcbur olmuşdur. Bundan sonra 6 saylı Notariat Kontorunda İddiaçı6 və "xxxx" QSC arasında aldatma və hədə qorxu təsiri altında razılaşma bağlanarkən kompensasiyanın məbləği birtərəfli qaydada, yerində baxış keçirmədən(belə olan halda iddiaçı tərəfin nümayəndəsi dı iştirak etməli idi) qarşı tərəfi rəsmi şəkildə məlum atlandırmadan yalnız maraqlı təşkilatların (xüsusən də "xxxx" QSC-nin struktur bölmələrinin) iştirakı ilə tərtib edilmiş 13 oktyabr 2017-ci il tarixli B175 saylı akt və rəy əsasında azaldılaraq 67034 manata endirilmişdir. Bütün bu xüsusatlar göstərir ki, razılaşma əvvəlcədən düşünülmüş şəraitdə, hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, hədə təsiri altında şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmışdır. İddiaçılar bunun cinayət xarakterli əməl olduğunu zənn edərək məsələ ilə əlaqədar 20182019-cu illərdə aidiyyatı təşkilatlara və dövlət orqanlarına müraciət etmiş, dəfələrlə "xxxx" QSC rəhbərliyinin rəsmi qəbuluna düşməyə cəhd göstərsələr də buna nail ola bilməmişlər. Müracətə cavab olaraq Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsinin 30.10.2019-cu il tarixli mək tubunda araşdırma nəticəsində kompensasiya məbləğinin aşağı endirilməsi ilə bağlı xüsusatların mülki xarakterli oduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun izah olunması bildirilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işdəki sübutları müqayisəli şəkildə tədqiq etmədən düzgün qiymətləndirməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məh kəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağl amağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və y a əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilmə li olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma a parmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hall arın həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin müqavilə bağlanarkən İddiaçı6 aldadıldığı, yaxud hədə-qorxuya məruz qaldığı ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı kassasiya şikayətində işdə olan sübutların düzgün qiymətləndirilməməsinə, istinad edərək məhkəmənin Mülki Prossesual Məcəllənin 77.2, 88-ci maddəl ərini pozması ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5534/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar