Məhkəmə qərarları › İş №2(102)-6120/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6120/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6120/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, MPM-in 120-ci maddəsinin tətbiqi imkanları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Ar xitektura Komitəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4938/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, qeydiyyat nömrəsi 000968 olan Mülkiyyət Hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 anbar İddiaçı mülkiyyətindədir.

2. Qeyd edilən qeyri-yaşayış sahəsi ilə yaxınlıqda Cavab deh1 MMC tərəfindən inşaat işləri aparılır.

3. İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka ciddi ziyan dəyməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə şikayət etmişdir.

4. Tikintidə X1 Agentliyi 16 avqust 2018-ci il tarixli, xx/xx-03964 saylı məktubu ilə Cavabdeh1 MMC-yə bildirmişdir ki, ərazidə olan yaşayış və qeyri-yaşayış binalarının sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanması yolverilməzdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanar aq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Cavabdeh1 MMC-yə tapşırılmışdır. 5. “XXX” müəssisəsi tərəfindən tərtib edilmiş 30 oktyabr 2018-ci il tarixli, 25/E saylı Qiymətləndirmə Aktına əsasən: a) İddiaçı mülkiyyətində olan ünvan1 yerləşən ümumi sahəsi 398,0 kv.m-dən və 1 mərtəbənin 2-ci yarusunda tikilən ümumi sahəsi 104,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin dəyəri 1.748.000 manat məbləğində müəyyən edilmişdir; b) ünvan1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sağ yan divarını bərpa etmək mümkünsə həmin işlərə 87.400 manat məbləğində, əgər həmin divarın bərpası mümkün olmazsa onda bütövlükdə həmin qeyri-yaşayış sahəsinə qonşuluqda inşa edilən MTK tərəfindən 1.748.000 manat məbləğində ziyan dəymişdir; c) İddiaçı istifadəsindən olan 4,3 sot torpaq sahəsinin bazar qiymətinin dəyəri 1.290.000 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları

6. İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin apardığı tikinti işləri nəticəsində onun əmlakına zərər dəydiyini bildirərək əmlakın bərpası üçün 87.400 manat pulun, əmlakın 4 aylıq icarə haqqını təşkil edən 16.000 manat pulun, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun, cəmi 153.400 manat pulun cavabdehdən tutulması barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək, iddianı təmin tədbiri kimi, Cavabdeh1 MMC-nin 153.400 manat dəyərində əmlakları və bank hesablarındakı vəsait hesabı üzərinə həbs qoyulması, ünvan 1 ünvandaki qeyri-yaşayış sahəsinin yaxınlığındaki hər hansı tikinti, söküntü, hasarlama və digər inşaat işlərinin aparılmasının Cavabdeh1 MMC-yə və digər şəxslərə qadağan edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(006)-866/2019 saylı qərardadı ilə (hakim N.Tağıyeva) ərizə qismən təmin edilərək, ünvan 1 ünvandaki qeyriyaşayış sahəsinin yaxınlığındaki hər hansı tikinti, söküntü, hasarlama və digər inşaat işlərinin aparılmasının Cavabdeh1 MMC-yə və digər şəxslərə qada ğan etmişdir.

9. Cavabdeh1 MMC həmin qərardaddan şikayət vermişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 fevral 2019-cu il tarixli, 2(006)-866/2019 saylı qərardadı ilə (hakim N.Tağıyeva) Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilərək, 11 yanvar 2019-cu il tarixli qərardad ləğv edilib, iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır.

11. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hər iki qərardadından, həm 11 yanvar 2019-cu il tarixli, həm də 6 fevral 2019-cu il tarixli qərardadından ayrı-ayrılıqda şikayətlər vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli, 2(103)-4353/2019 saylı qərardadı ilə (hakim R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) şikayətlər qismən təmin edilərək, Bakı şəhəri Nəsi mi Rayon Məhkəməsinin 6 fevral 2019-cu il tarixli qərardadının qismən, yəni iddianın təmini tədbiri barədə ərizənin bank hesablardakı vəsait hesabı üzərinə həbs qoyulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ərizə təmin edilmiş, Cavabdeh1 MMC-nin iddia tələbi həcmində, yəni 153.400 manat dəyərində bank hesablarındakı vəsait hesabı üzərinə həbs qoyulmuşdur.

13. Bundan sonra mülki iş mahiyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 20 iyun 2019-cu il tarixli, 2(006)-866/2019 saylı qərardadı ilə (sədrlik edən N.Tağıyeva) iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır.

14. İddia ərizəsi baxılmamış saxlandıqdan sonra cavabdeh şirkətin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək (mülki iş, səhifə 141-142) iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2019cu il tarixli qərardadı ilə baxılmamış saxlandığını, ona görə iddianın təmini tədbirinin saxlanmasına zərurətin aradan qalxdığını bildirərək Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadı ilə şirkətin bank hesabına qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2019-cu il tarixli, 2(103)-4353/2019 saylı qərardadı ilə (hakim R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) ərizənin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(103)4353/2019 saylı qərardadı ilə seçilmiş iddianın təmini tədbirinin ləğv edilməsi və Cavabdeh1 MMCnin 153.400 manat dəyərində bank hesablarındakı vəsait üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.

16. Həmin tarixdə qərardadla bağlı icra vərəqəsi verilmiş və icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2019-cu il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi baxılmamış saxlandığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq iddianın təminin tədbirinin qüvvəsində saxlanmasına zərurət aradan qalxmışdır.

17. Qeyd olunan qərardadın qəbulundan üç ildən çox müddət keçdikdən sonra xx.xx.2022ci il tarixdə şirkətin nümayəndəsi və vəkili Nümayəndə yenidən ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək iddia tələbi ilə bağlı 2019-cu ildə qəbul edilmiş yekun məhkəmə qərarı barədə məlumatlı olmadıqları üçün həmin qərarın onlara təqdim edilməsini xahiş etmişdir (mülki iş səhifə 160) hansıki, həmin nümayəndə və vəkilin müraciəti əsasında qeyd olunan yekun qərardadın əsasında şirkətin mənafeyinə uyğun olaraq iddianın təmini tədbiri ləğv edilmişdi).

18. Nümayəndə qərardadı 25 aprel 2022-ci il tarixdə şəxsən qəbul edərək 30 aprel 2022-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(006)-866/2019 saylı qərardadının ləğv edilməsni xahiş etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-866/2019 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən N.Tağıyeva) Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmışdır.

20. Həmin qərardad nümayəndənin-vəkilin şəxsi kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, həmin nümayəndə-vəkil qərardaddan xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə şikayət vermişdir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-866/2019 saylı, 7 iyun 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən N.Tağıyeva) Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bak Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4938/2022 nömrəli iş üzrə 20 i yun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev) birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli qərardaddan Cavabdeh1 MMC-nin verdiyi şikayət üzrə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. Məhkəmə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 10 may 2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün müddət Cavabdeh1 MMC tərəfindən ötürülmüşdür. Cavabdeh1 MMC məhkəməyə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir.

24. Belə ki, şikayət elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə verilmişdir. Halbuki, həmin qərardad Cavabdeh1 MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yüklənilmişdir. Yəni qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2022-ci il tarix olmuşdur.

25. Bundan sonra Cavabdeh1 MMC qeyd olunan qərardaddan xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti və şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə verərək müddətin bərpa edilməsi və 20 iyun 2022-ci il tarixli qərardaddan verilmiş şikayətin kassasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti baxılması üçün kassasiya instansiyasına göndərilmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 268.1, 269, 363.1.3, 366.2, 396.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh1 MMC (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf qərardadı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə əldə edib və şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə qərardaddan apellyasiya şikayətini elektron qaydada daxil etmişdir (şikayətin 2-ci səhifəsi, mülki iş səhifə 212).

29. Sonuncu məhkəmə prosesi barədə cavabd eh tərəfə məlumat verilməyib və onların iştirakı təmin edilməmişdir.

30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

33. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

34. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasi təsilə həyata keçirilir.

35. Maddə 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.

36. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

37. Maddə

120. Məhkə mə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

38. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

39. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti qaytarılır.

40. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsası nda tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalı, məhkəmələrin iş vaxtının itirilməsinə səbəb olduğuna görə Cavabdeh1 MMC-dən dövlətin xeyrinə 1000 (min manat) manat pul tutulmalıdır.

45. Hazırkı icraatdakı mübahisə cavabdeh şirkətin iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardaddan vermiş olduğu şikayətlə bağlıdır. Həmin qərardad 20 iyun 2019-cu il tarixdə qəbul edilmişdir. Ona görə məhkəmə ilk növbədə cavabdeh şirkətin həmin qərardaddan vaxtında məlumatlı olub-olmaması ilə bağlı məsələyə qiymət verilməsini zəruri hesab edir.

46. Qeyd olunur ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən so nra 10 gün müddətində verilir (38&).

47. İş üzrə qəbul edilmiş məhkəmə aktları bölməsində sadalanan hallarla təsdiq olunur ki, cavabdeh şirkət qeyd olunan qərardad barədə vaxtında məlumatlı olmuş, həmin qərardada istinad etməklə rəsmi olaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və öz mənafelərinə uyğun olaraq iddianın baxılmamış saxlanması əsası ilə şirkətin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsinə nail olmuşdur (14-16&).

48. Buna baxmayaraq şirkəti təmsil edən eyni nümayəndə (vəkil) üç ildən artıq vaxt keçdikdən sonra hazırkı mübahisəni başlatmış, prosessual qanunvericiliyin verdiyi imkanlardan suiistifadə edərək dəfələrlə məhkəmə iclasları keçirilməsinə nail olmuş, məhkəmələrin iş vaxtının itirilməsinə səbəb olmuşdur.

49. Bakı Apelllyasiya Məhkəməsinin mübahisələndirilən 20 iyun 2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, şikayət olunan 1-ci instansiya məhkəməsinin qərardadı nümayəndənin-vəkilin şəxsi kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, həmin nümayəndəvəkil qərardaddan xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə şikayət verməklə qanunla müəyyən edilən 10-günlük müddəti buraxmışdır.

50. Məhkəmə haqlı olaraq MPM-in 363.1.3. maddəsinə istinad etmişdir.

51. Məhkəmənin mövqeyi ilə razılaşmayan nümayəndə-vəkil yenə də şikayət verərək qərardadı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə əldə etdiyini və şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə qərardaddan apellyasiya şikayətini elektron qaydada daxil etdiyini (şikayətin 2-ci səhifəs i, mülki iş səhifə 212) bildirmişdir.

52. Göründüyü kimi kassatorun özünün şikayətində qeyd etdikləri şikayət verilməsi üçün 10-günlük müddətin buraxıldığını təsdiq edir. Tərəf qərardadın xx.xx.2022-ci il tarixdə aldığını etiraf edir, qərardaddan şikayət vermək üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci il tarixdə bitir. Cavabdeh xx.xx.2022-ci il tarixdə şikayət verdiyini təsdiq edir və yenə də öz mövqeyində haqlı olduğunu israr edərək məhkəmə mübahisələrini davam etdirməklə daha bir neçə məhkəmə iclaslarının keçirilməsinə və qərarlar qəbul edilməsinə nali olmuşdur.

53. Yuxarıda qeyd olunduğu kimi iddia ərizəsinin baxılmamış saxlanması barədə 20 iyun 2019-cu il tarixli qərardaddan vaxtında məlumatlı olan, həmin qərardadı öz mənafeyi üçün istifadə edən (həbsin götürülməsi ilə bağlı) şirkət, hazırkı mübahisəni əsassız olaraq başlatmaqla beş dəfə məhkəmə iclasları keçirilməsinə və beş məhkəmə qərarının qəbul edilməsinə nail olmuşdur.

54. Beləki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, həmin məhkəmənin 7 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bak Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin verdiyi şikayət üzrə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə müddət in bərpası barədə ərizə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti baxılması üçün kassasiya instansiyasına göndərilmiş və kassasiya icraatında da hazırkı qərar qəbul edilmişdir.

55. Ona görə məhkəmə kollegiyası şikayəti əsassız hesab etməklə yanaşı cavabdeh şirkətin prosessual qanunvericilkdən süi-istifadə etməsi ilə bağlı hərəkətlərinə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

56. Kollegiya qeyd edir ki, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətdiyindən onun tərəfindən iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məb ləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir (37&).

57. Məhkəmə kollegiyası cərimənin məbləğinin müəyyən edərkən nəzərə aldığı hallar ondan ibarətdir ki, cavabdeh tərəfindən verilmiş əsassız şikayətlərə görə birinci instansiya məhkəməsi dəfələrlə məhkəmə iclası keçirmiş, qərarlar tərtib etmiş, Bakı Apellyasiya Məhkəməsinin üç nəfərdən ibarət hakimi dəfələrlə məhkəmə iclası keçirərək qərarlar qəbul etmiş, kassasiya instansiyası məhkəməsi qərar qəbul etmiş, həmin iclaslalarla bağlı icraat hərəkətlərinin rəsmiləşdirilməsinə vaxt və iş gücü sərf edilmiş, dövlət vəsaiti xərclənmiş, eyni zamanda həmin hərəkətlər məhkəmələrdə iş yükünün süni surətdə artmasına, iş vaxtının əsassız itirilməsinə səbəb olmuşdur.

58. Qeyd olunanları nəzərə alaraq kollegiya i ş vaxtının itirilməsinə görə Cavabdeh1 MMCdən dövlətin xeyrinə 1000 (min manat) manat pul tutulmasını məqsədəmüvafiq hesab edir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 120, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. İş vaxtının itirilməsinə görə Cavabdeh1 MMC-dən dövlətin xeyrinə 1000 (min manat) manat pul tutulsun. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar