Məhkəmə qərarları › İş №2(102)-6122/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6122/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6122/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Cəlalov Bəhlul Məmmədcəfər oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)1816/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Azər İsmayılov) 26 dekabr 2018-ci il tarixli, 2(060)-299/2018 saylı qətnaməsilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6a qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 08.04.2009-cu il tarixli, 03L000002693 saylı kredit müqaviləsinə xitam verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6dan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 23735,03 ABŞ dolları məbləğində əsas borc, 8965,57 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32750,60 ABŞ dolları məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə al ınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə, 10/17 saylı evin, 28 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 105000 manat məbləğində qiymətləndirilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı QSC-yə olan 23735,03 ABŞ dolları məbləğində əsas borc, 8965,57 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32750,60 ABŞ dolları məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, ipoteka pre dmeti olan mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində Sumqayıt şəhəri, 3-cü məhəllə, 10/17 saylı evin, 28 nömrəli mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6dan müştərək qaydada tutularaq dövlət xəzinadarlığı agentliyinin hesabına köçürülməsi qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 07 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6a qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2009-cu il tarixli, 03L000002693 saylı kreditmüqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6dan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 23735,03 ABŞ dolları məbləğində əsas borc, 9535,30 ABŞ dolları məbləğində faiz borcu və 9609,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42880 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulm ası, tələbin ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə, 10/17 saylı evin, 28 nömrəli mənzilə yönəldilməsi, həmin mənzlilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan 23735,03 ABŞ dolları məbləğində əsas borc, 9535,30 ABŞ dolları məbləğində faiz borcu və 9609,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42880 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yəödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalanməbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma Sumqayıt şəhəri, 3-cü məh əllə, 10/17 saylı evin, 28 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və cavabdeh6ın istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSCilə Cavabdeh1 arasında 08.04.2009-cu il tarixli, 03L000002693 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında 20.11.2014-cü il tarixli, 03R********** saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 1.5% olmaq la, 120000 ABŞ dolları məbləğində kredit xətti aşılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 12.11.2014-cü il tarixli, 03M**********01 saylı ipoteka müqaviləsinəəsasən Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə,10/17 saylı evin, 28 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş, digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. dir. İpoteka müqaviləsi DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərini icra etməmişlər. Hazırda həmin cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə 23735,03 ABŞ dolları məbləğində əsas borc, 9535,30 ABŞ dolları məbləğində faiz borcu və 9609.67 ABŞ do lları cərimə borcu olmaqla,cəmi 42880 ABŞdollarıməbləğindəkreditborcutəşkiledir. Cavabdehə dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq o, öhdəliklərin icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Müqaviləüzrə öhdəliklərini08.04.2009-cu il tarix dən başlayaraq fasiləsiz olaraq icra etmişdir. Lakin maddidurumu ilə yaranmış situasiyada çətinlikləri olduğu üçün ödənişləri vaxtlı-vatında icra edə bilməmişdir. Hətta iş materiallarından göründüyü kimi bank onu məhkəməyə veridyi ərəfədə və məhkəməyə müracət etdiyində də ödənişlər etmişdir. Sözsüz ki, yaxın zamanlarda ödənişlərini tam şəkildə həyata keçirəcəkdir. Sadaladığı faktlar məhkəmədə öz təsdiqinitapmışdır. Hətta ekspert rəyi ilə də müəyyən edilmişdir ki, bankın ona qarşı iddia qaldırdığı müddətdən sonra da kifayət qədər məbləğ ödənilmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlak onların yeganə yaşayış yeri olduğu üçün onun hərracda satılmasını istəmir və mənzilə qoyulmuş məbləğlə də razı deyildir. Məhkəmə bu halları nəzərə almamışdır. Tərəflərin izahatları: İddiaçı Qapalı Səhm dar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Ap ellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 08.04.2009-cu il tarixli, 03L000002693 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında 20.11.2014cü il tarixli, 03R********** saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 1.5% olmaqla, 120000 ABŞ dolları məbləğində kredit xətti aşılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh 5 arasında bağlanmış 12.11.2014-cü il tarixli, 03M**********01 saylı ipoteka müqaviləsinəəsasən Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə,10/17 saylı evin, 28 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş, digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinəəsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kreditalmaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götür ür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticə sində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyibütün hallar üçün cavabdehdir. Cavabdeh1 İddiaçı QSC-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zaminlər borclu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1İddiaçı QSC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərlərinə götürsələr də, öhdəliyi icra etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya kreditmüqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və cərimə borcu yaranmışdır. Məhkəmə əsas, faiz və cərimə borcunun tutulması üçün iddiaçının verdiyi maliyyə arayışına, habelə ekspert rəyinə istinad etmişdir. Borcun qətnamədə göstərilən məbləğdə olması barədə işdə kifayət qədər mötəbər sübutlar mövcuddur və onun yenidən hesablanması üçün hazırda heç bir zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-c i maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayanipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanı n ipotekapredmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinəəsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. İşdən görünür ki, Cavabdeh1 bank qarşısında kredit müqaviləsindənirəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələb ipotekaya qoyulmuş Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə, 10/17 saylı evin, 28 nömrəli mənzilinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. İpoteka predm etini təşkil edən mənzilin onun ailəsinin yeganə yaşayış sahəsi olması və buna görə də tutmanın həmin mənzilə yönəldilməməsi barədə apellyasiya şikayətinin dəlilini apellyasiya instansiyası məhkəməsi əsassız hesab etmişdir. Belə ki, bu mənzil yeganə yaşayış sahəsi olsa belə, məlum kredit müqaviləsinintəsminatı qismində ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinin şərtlərinə isə cavabdeh əməl etməmişdir. Hazırda qüvvədə olan mülki qanunvericiliyə əsasən yeganə yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qanunsuz olması müddəası ipoteka münasibətlərinə şamil olunmur. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 №-li qərarında qeyd edilmişdir ki, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid deyildir. Borcun hissə-hissə ödənilməsinə məhkəmədə şəraitin yaradılmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə apellyasiya instansiyası məhkəməsi qiymət verərək qeyd etmişdir ki, bu tip məsələlər qətnamə icraya yönəldiləndən sonra icra mərhələsində borclunun ərizəsinə əsasən məhkəmədə baxılır. Cavabdeh1 bu barədə gələcəkdə ərizə vermək hüququ vardır. Borcun vaxtından əvvəl tələb edilməsinin əsassızlığı barədə apellyasiya şikayətinin dəlili bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərə borclu tərəfindən vaxtında əməledilməmiş, bununla da bankın Kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl tələb olunmasının qanunsuzluğu barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlili dəəsassızdır. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlar ını həyatakeçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məh rum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflərarasında bağlanmış müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi is tinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1816/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar