Məhkəmə qərarları › İş №2(102)-6127/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6127/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6127/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X9 iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(046)1639/2018, hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 20.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2471/2018, hakimlər M.A.Əsədli, Ə.T.Məcidov, İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1357/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev, Ə.Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il il tarixli qətnaməsi ilə (iş № 2(107)-1550/2019, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dətişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 11 iyun 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi qəbzdə cavabdehin iddiaçıdan 20.000 manat məbləğində pulu təhvil aldığı qeyd edilmişdir. Lakin şahid ifadələri i lə müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin qohumu X14 1-ci qrup əlil olduğundan onun iddiaçıdan aldığı borc məbləğinə dair qəbzə tərəflərin razılığı ilə Cavabdeh imza etmişdir. Sonradan həmin borc məbləği ilə bağlı tərəflər arasında kredit müqaviləsi rəsmiləşdirildikdən sonra artıq qüvvəsini itirmiş həmin qəbzin iddiaçı tərəfindən cırılıb atılacağı vəd verildiyi halda atılmamış, hazırki iddia tələbi ilə müraciət edilərkən qəbzdən sübut kimi istifadə edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi işə onların iştiakı olmadan baxılması barədə ərizə vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab ed ir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı pulun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ondan iş görmək məqsədilə 13 fevral 2018-ci il tarixdə 20.000 manat pul almış, öz xətti ilə sadə yazılı formada qəbz yazaraq ona təqdi m etmişdir. Sonradan isə maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bəhanə gətirməklə ondan aldığı pulu qaytarmaqdan imtina etmişdir. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan qəbzdə Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilsə də, həmin məbləğin özü üçün alınması, borc olaraq alınması və ya geri qaytarılması vaxtı, eləcə də şərtləri barədə hər hansı bir digər öhdəlik xarakterli ifadələr qeydə alınmamışdır. Digər tərəfdən iddiaçı həm Cavabdeh, həm də onun qohumu olan İdris Yaqubova ayrı-ayrılıqda 20.000 manat borc verdiyini qeyd etsə də, kollegiyanın iclasında verdiyi izahatında niyə məhz uzun i llər işgüzar münasibətləri olmaqla tanıdıqları şəxs olan İdris Yaqubova borcun notarial qaydada təsdiq edilmiş müqavilə əsasında verilməsini, tanımadığı cavabdehə isə hansı əsasla etibar edərək sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verməsini əsaslandıra bilməmişdir. İddiaçının şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, gəldiyi nəticənin əsası kimi yalnız şahid ifadələrinə istinad etmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanmış və həmin müqavilənin məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, mü qavilənin predmeti olan 20.000 manat pul məbləği cavabdehə verilmişdir. Əks təqdirdə o, müqaviləni imzalamaz və dərhal müqavilənin ləğvini və ya etibarsızlığını tələb edərdi. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmaq olmaz. Əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsi nin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan m əhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarı özü-özlüyündə yenidən işə baxan apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi göstərişlərdə qeyd olunan qanun pozuntularını aradan qaldırmaqla qanuni və əsaslı qətnamə qəbul etməlidir. Qeyd edildiyi kimi iddiaçının tələbinin əsasını cavabdehdən 20.000 manat məbləğində pulun onun xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehə tələb etdiyi pulu verməsini sübut etmək vəzifəsi iddiaçının, cavabdehin aldığı pulu qaytardığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı tələbinin əsası kimi “Mən X1 Sadiq Çingiz oğlundan 20.000 manat mə bləğində 13 fevral 2018-ci ildə təhvil aldım” məzmunlu sadə yazılı qəbzə istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o, 13 fevral 2018-ci ilədək iddiaçını tanımamışdır. X4 təsərrüfatında fəhləlik edir. X14 özü də iddiaçının atası Çingiz Mayılovla uzun müddətdir ki, birgə inkubator işində əməkdaşlıq edirlər. X22 Mayılova 13 fevral 2018-ci il tarixdə cücə mövsümünün başlanması ilə əlaqədar pul lazım olduğunu bildirmiş, sonuncu yazılı müqavilə əsasında ona həmin pul məbləğini borc verməyi təklif etmişdir. Həmin tarixdə iddiaçının hazırda istinad etdiyi sadə yazılı qəbz tərtib edilmiş, Çingiz Mayılov isə həmin qəbz əsasında 20.000 manat məbləğində borc verə bilməyəcəyini bildirərək notarial qaydada müqavilə bağlanılmasını tələb etmişdir. 14 fevral 2018-ci il tarixdə İ dris X2 Mayılov arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanılmışdır. Sübutların anlayışını və əsaslarını müəyyən edən AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin təl əblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən normaların məzmunundan göründüyü kimi tərəflərin, o cümlədən cavabdehin izahatı da sübut növü kimi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə 20.000 manat məbləğində pul verməsinin və həmin pulun qaytarılmasına dair iddiasının əsasını istinad etdiyi kimi 13 fevral 2018-ci il tarixindən bir gün sonra, 14.02.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı X11 20.000 manat borc vermişdir. Göründüyü kimi, hər iki əqdin predmetini 20.000 manat pul vəsaiti təşkil edir. Buna baxmayaraq, 13 fevral 2018-ci il tarixdə cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş qəbzdə yalnız pulun təhvil alınması göstərilmiş, ondan sonrakı gün notarial qaydada təsdiqlənməklə bağlanmış 14 fevral 2018-ci il tarixli müqavilədə borcverən və borcalanın öhdəliklərini müəyyən edən müddəalar əksini tapmışdır. Apellyasiya məhkəməsi iş üzrə tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanması barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, 13 fevral 2018-ci il tarixli qəbzdə nəinki tərəflərin öhdəlikləri dəqiq müəyyən edilməmiş, həmin qəbzdə pulun ümumiyyətlə hansı əsasla alındığı, məbləği təhvil alan barəsində hansı öhdəlik yaratdığı, qaytarılmalı olub-olmadığı barədə şərtlərin heç biri göstərilməmişdir. H albuki, AzərbaycanRespublikasıMülki Məcəlləsinin müqavilənin anlayışını və əsaslarını müəyyən edən 389-cu maddəsinin tələblərinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apellyasiya məhkəməsinin 30 aprel 2019-cu il tarixli iclas protokolundan da görünür ki, vəkilin sualına cavab olaraq İddiaçı niyə məhz uzun illər işgüzar münasibətdə olmaqla tanıdıqları şəxs olan İdris Yaqubova borcun notarial qaydada təsdiq edilmiş müqavilə əsasında verilməsini, tanımadığı cavabdehə isə hansı əsasla etibar edərək sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verməsini əsaslandıra bilməmişdir. Beləliklə, məbləğin ən azından hansı əsasla (borcun alınması və ya borcun qaytarılması, bağışlama, digə r müqavilələr üzrə ödəniş və s.) alınması barədə şərtləri özündə əks etdirməyən qəbzin ikitərəfli müqavilə kimi qiymətləndirilməsi müqavilənin anlayışını və əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 20.000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu qəbzi “müqavilə” kimi qiymətləndirərək, cavabdehin 13 fevral 2018-ci il tarixli müqaviləni imzaladığı və müqavilənin ləğvini və ya etibarsızlığını tələb etmədiyini göstərmişdir. Halbuki, AzərbaycanRespublikasıMülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsaslarını müəyyən edən 337-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Digər tərəfdən, cavabdeh iddiaya etirazında, iştirak etdiyi məhkəmə iclaslarında, apellyasiya şikayətində və hazırki kassasiya şikayətində iddiaçının hazırda ondan əsassız olaraq tələb etdiyi məbləğin əslində iddiaçının 14 fevral 2018-ci il tarixli müqavilə əsasında İdris Yaqubova verdiyi məbləğ olduğunu bildirmiş, sonuncu da şahid kimi ifadə verərək qeyd edilən halı təsdiq etmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh vəsatətlə müraciət edərək iddiaçının atasının şahid qismində dindirilməsini xahiş etmişdir. İd diaçı vəsatətlə razılaşmayaraq atasının ölkə ərazisində olmadığını, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirak etsə belə, atası olduğu üçün təbii ki, onun göstərdiyi xüsusatları eyni ilə təsdiq edəcəyini bildirmişdir. Apellyasiya məhkəməsi cavabdehin iddiaçının yaxın qohumu olan şəxsin şahid kimi dindirilməsi barədə əsaslı vəsatətini iddiaçının absurd etirazları əsasında rədd etmişdir. Beləliklə, apellyasiya məhkəməsi işin qeyd edilən hallarına müqavilənin əsaslarını, eyni zamanda sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2 019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar