Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili X7, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1241/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfind ən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında olan X4 və X5 adından Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli beh müqaviləsinə əsasən X8 məxsus olan xxx mənzilin 80000 ABŞ dollarına X1 barədə razılığa gəlinmiş və Cavabdeh1 800 manat beh verilmişdir. Cavabdeh1 X5 adından etibarnamə əsasında çıxış edərək Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanılmış xx xxxxxx 2010-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə sonuncunun mülkiyyətində olan ünvan 1saylı 3 otaqlı mənzili X3 55000 manata satmışdır. Cavabdeh1 tərəfindən yazılmış xx xxxxxx 2014-cü il tarixli “Borc qəbzi” adlı sənədin kserosurətinə əsasən sonuncu vətəndaş İddiaçı ünvan 1 ünvanında yerləşən üç otaqlı özəlləşdirilmiş mənzili borc olaraq götürmüş və ona (xxx) 3 il müddət ərzində təmirli özəlləşdirilmiş mənzili qaytarmağa iltizam vermişdir. Cavabdeh1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə yazılmış və şahidlər kimi X11, X6 və X10 tərəfindən imzalanmış “İltizam” adlı sənədin kserosurətinə əsasən o, vətəndaş X11 və İddiaçı ünvan 2 3 otaqlı mənzili götürüb satdığını göstərmiş və söz vermişdir ki, üç il ərzində eyni vəziyyətdə mənzili, ya da o mənzili almaq üçün pul ödəməyə hazırdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80000 ABŞ dolları əsas borcun, 36000 ABŞ dolları bank faizinin və 30 manat məbləğində döv lət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı X9 yaxın dostu, tanıdıqları və evlərinə gəlib-gedən adam olmuşdur. Cavabdeh maliyyə borcunun olduğunu və tutula biləcəyini, mülkiyyətində olan evin əldən gedəcəyini deyərək, iddiaçının atasının adından yaşadıqları mənzilin satılması üçün etibarnamə verilməsini, etibarnamə əsasında özü tərəfindən 80000 ABŞ dolları məbləğində qiymətləndirdiyi mənzilin satılmasını, alqısatqıdan əldə etdiyi pulla özünün borclarının ödənilməsini, əvəzində isə cavabdehə məxsus olan ünvan 2 yerləşən evi mülkiyyət hüququ əsasında onlara verilməsini təklif etmişdir. Həmin razılığa görə ünvan 2 ünvanında 3 otaqlı 8 saylı mənzil Cavabdeh1 tərəfindən xx xxxxxx 2010-c u il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 və satışdan əldə olunan 80000 ABŞ dolları pulu cavabdeh götürmüşdür. İddiaçı, atası və qardaşı cavabdehə məxsus ünvan 2 yerləşən evə köçmüş və orada qeydiyyata alınmışlar. Lakin cavabdeh həmin evin mülkiyyət hüququnu iddiaçının adına rəsmiləşdirməmiş, bunu evin girov qoyularaq bankdan kredit götürülməsi və evin sənədlərinin bankda olması ilə izah etmiş, tezliklə evi girovdan çıxaracağını və adlarına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin illər keçsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, nə evi onların adlarına keçirtmiş, nə satılmış mənzilinin pulunu vermiş, nə də başqa bir yerdə onlara müvafiq mənzil almışdır. xx xxxxxx 2014-cü il tarixdə cavabdeh iddiaçıya qəbz vermiş və 3 il müddətində təmirli özəlləşdirilmiş mənzil verəcəyini bir daha öhdəsinə götürmüşdür. Lakin buna da əməl etməmişdir. Bu müddət ərzində əvvəlcə 2010cu ildə anası, sonra isə 2012-ci ildə atası rəhmətə getmişlər. Sonradan 2018-ci ilin may ayında cavabdeh onlara demişdir ki, mənzili təmir etdirir, ona görə də onlar müvəqqəti olaraq evi tərk etməlidirlər. Evin həqiqətən də təmirə ehtiyacı olduğundan onlar heç nədən şübhələnməmiş, evdən çıxsalar da, ev əşyaları həmin evdə qalmışdır. Evi təmir etdirəndən sonra isə cavabdeh onları geri buraxmamış, evi yaxşı qiymətə hörmətli bir tanışına satdığını, onlara 3 otaqlı bir mənzil alıb verəcəyini demişdir. 2018-ci ilin dekabr ayında iddiaçı “ASAN Xidmət”də olarkən həmin ünvanda qeydiyyatının qaldığı barədə məlumat almışdır. Lakin 2019-cu il fevral ayında qardaşı sürücülük v əsiqəsini yeniləmək üçün “ASAN Xidmət”ə müraciət edəndə ona bildirmişlər ki, qardaşı həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Sonradan iddiaçının da həmin ünvandan qeydiyyatdan çıxarılması məlum olmuşdur. Bununla bağlı onlar dərhal cavabdehlə görüşmüş, sonuncu bildirmişdir ki, “Ola bilsin ki, sizi bank qeydiyyatdan çıxarıb, ya da yaşınız ötdüyünə görə şəxsiyyət vəsiqəniz etibarsız hesab olunub və siz avtomatik olaraq qeydiyyatdan çıxarılmısınız, amma sizin qeydiyyatdan çıxarılmağınızdan mənim xəbərim yoxdur”. Onları sakitləşdirmək üçün cavabdeh xx xxxxxx 2019-cu il tarixli iltizam vermişdir. Həmin iltizamda cavabdeh iddiaçıya məxsus mənzili satdığını etiraf edib, yenidən 3 il ərzində onlara mənzil alacağını göstərmişdir. Lakin o, artıq cavabdehə inanmır. Cavabdehin ona borclu olduğu 2010 -cu ildən indiyədək bank uçot dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 5% həcmində müəyyən edilmişdir. Həmin faizlər isə indiyədək 36000 (80000 x 5% = 4000 x 9 il = 36000) ABŞ dolları təşkil edir. Ona görə də əsas borcla yanaşı məhkəmə qərarının çıxarıldığı günədək cavabdehdən onun xeyrinə həmin bank faizləri də tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)2817/2019 qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması, Cavabdeh1 İddiaçı xeyrinə 80000 ABŞ dollar ı məbləğində pulun manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla, yerdə qalan məbləğin İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi borc münasibətləri xx xxx 2016-cı il tarixdən əvvəl yarandığından, tərəflər arasında münasibətlərinin şifahi formada olması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. xx xxx 2016-cı il tarixədək məbləğindən asılı olmayaraq borc müqaviləsinin şifahi formada bağlanılması qanunla yol verildiyindən, tərəflər arasında borc münasibəti həmin tarixdən əvvəl yarandığından, iddiaçının şifahi qaydada cavabdehlə borc münasibətlərinin yaranması qanuna zidd deyil. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı borc kimi verilmiş pulun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəflər arasında iddiaçının atasının mülkiyyətinə olan evin 80000 ABŞ dollarına satılması barədə razılığa gəlməsini nəzərə alaraq hesab etmişdir ki, satışdan əldə olunan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olmuş əmlakın icarəyə verilməsindən 39200 manat pul əldə edildiyindən və cavabdeh tərəfindən borcdan 5000 manat ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğindən həmin məbləğlər çıxılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)2817/2019 nömrəli qətnaməsindən id diaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-1241/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2817/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin tələbi olmadığı halda onun (etirazında) irəli sürdüyü dəlilləri iddiaçının (etiraf etməməsinə baxmayaraq) tələbinin qarşılıqlı qismən əvəzləşdirilməsini həyata keçirməklə, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələbindən kənar müzakirələr (araşdırmalar) aparmışdır. Cavabdeh satılmış evə görə 80000 manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş, evin 80000 ABŞ dolları məbləğinə satılmasına və ya evin 80000 manatdan baha qiymətə olmasına dair təkzibedilməz sübutlar mövcud deyil, borcun naturada qaytarılması təmin edilməmişdir (məhz bu münasibətlərdən irəli gələn cavabdeh tərəfindən ödənişlərin edilməsi və ya əvəzləşdirilməsi sübuta yetirilmir), ona görə onun pul ekvivalentində qaytarılması təmin edilməli, kirayə və digər m ülki hüquqi münasibətlərdən irəli gələn tələblərlə bağlı müraciət hüquqları cavabdehə izah edilməlidir. Tələbin faiz hissəsinə aid hissədə təmin edilməsi bu tələbin qeyd edildiyi ildən cavabdehə qarşı yönəldiyinin (bərqərar olduğunun) sübuta yetirilməməsi və tərəflərin davam edən mülki münasibətlərində öz risk dairələrinə aid məsuliyyət həddi əsası ilə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-1241/2020 nömrəli qətnaməsinin qismən (iddiaçıya aid apellyasiya şikayətinin təmin olunmamış hissədə) ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək, Cavabdeh1 İddiaçı xxxqızının xeyrinə 80000 ABŞ dolları əsas borcun, 36000 ABŞ dolları məbləğində bank faizinin tutularaq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iddiaçının atasına məxsus mənzilin 80000 ABŞ dollara satılması beh müqaviləsi ilə təsdiq olunmuşdur. Həmçinin ödənilməli olan pul vəsaitinə faizin tutulmasından imtina etməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-1241/2020 nömrəli qətnaməsinin ləğv edil məsi və Cavabdeh1 İddiaçı xxxqızına 32800 manat borcun ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mənzilin satışından aldığı 80000 manat məbləğdən 47200 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, borcu 32800 manat təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili X12 öz kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin isə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş e tmişlər. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 cavabdehin kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı olaraq həm təmin olunmuş, həm də rədd olunmuş hissələrini mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət e tməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən (mübahisələndirilən hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nə zərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və m addi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq kassasiya məhkəməsi qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin yaranması mübahisələndirilmir, mübahisəli halları borcun valyutası, qismən ödəniş olunub-olunmaması və ona faizin hesablanmalı olub-olmaması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, səlahiyyətləri çərçivəsində müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcu 80000 manat təşkil edir. İddiaçı borcun ABŞ dolları ilə ifadə olunmasını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Təqdim olunan beh müqavilə si isə mənzilin sonradan məhz həmin məbləğdə satılmasının sübutu qismində qəbul oluna bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının atasına məxsus olmuş mənzil cavabdeh tərəfindən etibarnamə əsasında 55000 manata satılmışdır. Məhkəmələr borcun 80000 manat təşkil etməsini isə cavabdehin etirafı əsasında müəyyən etmişlər. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, cavabdehin mənzili 80000 ABŞ dolları məbləğinə satılmasına və ya mənzilin dəyərinin 80000 manatdan daha artıq olmasına dair təkzibedilməz sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı borc məbləğə hesablanan faizi Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsindən irəli gələrək tələb etmişdir. Lakin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən özgənin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsini n digər şəkildə gecikdirilməsi nəticəsində faizlər o halda ödənilməlidir ki, həmin puldan faydalanması, yəni gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini sübuta yetirilsin. Lakin hazırki işdə belə nəticələrin mövcud olması ilə bağlı sübutlar mövcud deyildir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi qənaət maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Belə ki, cavabdeh iddiaçıya qarşı mülkiyyətində olmuş mənzilin kirayəyə verilməsi nəticəsində alınan pul vəsaiti ilə bağlı hər hansı iddia verməmiş və iddiaçıya həmin məbləğlərin ödənilməsi qəbul edilsə də, onların borcun ödənilməsinə hesablanmasına dair sübutlar mövcud deyildir. Əksinə iş materiallarında olan xx xxxxxx 2019-cu il t arixli iltizamda cavabdeh iddiaçıya yeni mənzil alınmasını və ya bu məqsədlə pul ödənilməsini öhdəsinə götürmüş, mülkiyyətində olmuş mənzilin kirayəyə verilməsi nəticəsində alınan vəsaitin borcdan çıxılacağını qeyd etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı hər iki kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-1241/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-613/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-613/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver