Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-613/2023 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyil) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilkin, Cavabdeh ləğv prosesində ol an İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “depozit hesabında olan məbləğin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-6621/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20.000 manat məbləğində vəsaiti illik 10% olmaqla, bank əmanəti olaraq 1 il müddətinə banka depozitə qoymuşdur.
2. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, illik 12% ödəmək şərtilə Cavabdeh xx.xx.2020-ci il tarixinədək 10.000 manat məbləğində istehlak krediti ayrılmışdır.
3. Öhdəliklərin təminatı olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20.000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı, 14 may 2020-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.
5. Cavabdeh İddiaçı ASC-də əmək haqqı hesabı olmuş, bank müflis elan olunan tarixdə onun əmək haqqı hesabında 999,65 mana t vəsaiti olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cəmi 12.692,10 manat - bundan 9.279,87 manat əsas, 807,73 manat faiz borcu, 2.069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu və iş üzrə ödənilmiş 128,47 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırm ışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12.692,10 manat təşkil edir. Bundan 9.279,87 manat əsas, 807,73 manat faiz borcu, 2.069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********300 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
8. Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “depozit hesabında olan məbləğin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9.279,87 manat əsas borcun depozit hesabda olan 20.386,70 manat vəsaitdən silinməsi, qalıq 11.106,83 manatın və blok qoyulmuş 999,65 manatın, ümumilikdə 12.106,48 manatın, ödənilmiş 127 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-cu il tarixdən etibarən İddiaçı ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ASC ilə onun arasında xx.xx.2019cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən o, 20.000 manat məbləğində vəsaiti illik 10% olmaqla sığortalı əmanət olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə tərəflər arasında 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, kreditora illik 12% ödəmək şərt ilə ona əmanət müddətinin sonunadək (xx.xx.2020-ci il) 10.000 manat məbləğində istehlak krediti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20.000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur. 2020-ci ilin aprel ayında əmək məzuniyyətinə çıxmış, işəgötürən tərəfindən ona məzuniyyət pulu və işlədiyi iş günlərinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Məzuniyyətdə olduğu dövrdə əmək haqqı karta mədaxil edilmiş məzuniyyət və əmək haqqı məbləğinin bir hissəsini məxaric edib xərcləmişdir. Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC-yə müvəqqəti inzibatçı təyin edilmiş, həmin inzibatçı tərəfindən faktiki olaraq ona ödənilmiş və onun əmək haqqı kartı hesabında olan 999,65 manat məbləğində vəsait qanunvericiliyin tələbinə zidd olaraq bloklanmışdır. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş və daha sonra sığorta hadisəsi baş verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, məzuniyyətdə olduğu dövrdə faktiki olaraq ona ödənilmiş və kart hesabında olan əmək haqqının blokdan azad edilməsini, vəsaitin ona verilməsinin təmin edilməsini, eyni zamanda depozit hesabda olan məbləğdən kredit üzrə 9.280 manat əsas borcun silinərək qalıq vəsaitin ona ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9.279,87 manat əsas borc depozit hesabda olan 20.386,70 manat (faizlər daxil) vəsaitdən silinməli, qalıq 11.106,70 manat və 999,65 manat əmək haqqı, ümumilikdə 12.106,35 manat ona ödənilməlidir. İddiaçı ASC ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Bank xx.xx.2007-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Sığorta hadisəsi baş verdikdə Fond Əmanətçiyə kompensasiyanın ödənilməsi vaxtı və yeri barədə məlumat verir. Həmin müqavilənin 3-cü bəndinin tələblərinə əsasən kompensasiyanın verilməsi ilə bağlı Fonda ərizə verildiyi tarixdən 90 gün müd dətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1232/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilkin iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9.279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında bağlanmış xx.xx.2019- cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə İddiaçı ASC bu barədə xəbərdarlıq etmədən saxlanca verilmiş pul məbləği üzrə sərəncam vermək hüququna malik olmuşdur. Yəni iddiaçı cavabdeh tərəfindən icra gecikdirildikdə tutmanı saxlanca qoyulmuş pul məbləğinə yönəldə, əvəzləşmə apara bilərdi və bu səlahiyyət ona tərəflər arasındakı razılığa əsasən verilmişdir. Lakin iddiaçı bu hüquqlarından istifadə etməmiş, hazırda isə kredit müqavilə üzrə əsas borcla yanaşı yaranmış faiz və cərimə borclarını da tələb edir. Bu halda cavabdeh kreditorun icranı gecikdirməsi nəticəsində yaranan faiz və cərimə borcları, habelə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunu ödəməli deyil.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin borc məbləği depozitə qoyulmuş puldan çıxıldıqdan sonra qalan depozit məbləğinin geri qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20.000 manat məbləğində vəsaiti illik 10% olmaqla bank əmanəti olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı, 14 may 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Cavabdeh əmanət qoyulmuş pula münasibətdə təminatsız kreditor olması səbə bindən onun həmin əmanətlə bağlı tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 7-ci növbədə icra edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “xx.xx.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9.279,87 manat əsas borcun depozit hesabda olan 20.386,70 manat vəsaitdən silinməsi, qalıq 11.106,83 manatın geri qaytarılması” hissəsində təmin edilə bilməz. Cavabdeh ödənilməsini tələb etdiyi əmək haqqının verilməsi qanunla müflis elan olunmuş bankın aktivləri üzrə kreditor tələblərinin növbəliyinə əsasən 4-cü növbədə müəyyən edilmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində ona 2020-ci ilin aprel ayı üçün verilmiş əmək haqqının bloklandığını bildirmişdir. Bank isə növbəti ay, 2020-ci ilin may ay ı tarixində müflis elan olunmuşdur. Göründüyü kimi, tələb edilən əmək haqqı bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli olan haqdır və növbəliliyə əsasən tələb edildiyi halda 4-cü növbədə icra edilməlidir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 300, 301, 385.1, 386.1, 421, 421.2, 442, 445, 446, 448.1, 739-cu, “Banklar haqqında” Qanunun 82.1.2, 82.1.3, 82.1.4, 82.1.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, qətnamənin qəyişdirilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6621/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi 999,65 (doqquz yüz doxsan doqquz manat altmış beş qəpik) manat pul vəsaiti, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı, ümumilikdə 1.040,65 manatın İddiaçı ASC-dən Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 2(103)-6621/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, ilk iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı depozit hesabında olan məbləğin ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9.279,87 manat əsas borcun depozit hesabda olan 20.386,70 manat vəsaitdən silinməsi, qalıq 11.106,83 manatın Cavabdeh ödənilməsi hissəsində xitam verilməsi qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələr inin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir.
18. Həmin qərarda həmçinin göstərilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
19. Qarşılıqlı iddia tələbinin “kredit müqaviləsi üzrə 9.279,87 manat əsas borcun depozit hesabda olan 20.386,70 manat vəsaitdən silinməsi, qalıq 11.106,83 manatın Cavabdeh ödənilməsi” hissəsinə “Banklar haqqında” Qanunun müddəalarına və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icratı qaydasında baxıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil) kassa siya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikasının MPM-nin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72,77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının daya ndırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin qərara əsasən müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericiliklə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. Bakı Apellyasiya Məhkəməsinin hazırki tələbə ancaq kreditor tələb kimi yanaşması qəbuledilməzdir. Belə ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia üzrə tələb, qalıq əmanətin ödənilməsi ilə yanaşı, banka olan kredit borcunun girov qoyulmuş depozit hesabda o lan vəsaitdən silinməsi (əvəzləşdirilməsi) ilə də bağlı olmuşdur. İş materialları və mülki işin araşdırılması zamanı Cavabdeh kredit üzrə banka olan 9.279,87 manat əsas borc öhdəliyini qəbul etdiyi və həmin borcun girov qoyulmuş depozit hesabda olan vəsaitdən silinməsini tələb etdiyi təsdiq olunur. Belə olduğu halda məhkəmənin həmin hissəyə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməsi, borc, depozit hesabda olan vəsait hesabına silindikdən sonra qalıq məbləğin tələb hüququ üzrə ayrıca qaydada baxılmasının mümkünlüyünü müəyyən etməsi daha məntiqli, ədalətli və qanuni olardı. Kredti müqaviləsi üzrə tələb ödənilmədiyi təqdirdə tələbin saxlanca qoyulmuş pul vəsaitinə yönəldilməsi tərəflər arasında razılaşdırılmışdır. Ləğv prosesində olan bankın, kredit müqaviləsi üzrə faiz və cərimələr hesablanma sı, depozit hesabda olan qorunan əmanəti əmanətçiyə qaytarmama və bu azmış kimi kredit borcunun depozit hesabda olan vəsaitə yönəltməməsi (əvəzləşdirmə) hüquqdan sui-istifadədir. Bu səbəbdən məhkəmənin hazırki iddia tələbinə Banklar haqqında qanunun 76, 82 və 87-ci maddələrinə istinad etməklə yanaşmasını, kreditor tələblərin qeydə alınması, imtina edildiyi halda ləğv prosesinə nəzarət edən məhkəmədə baxılmalı olması qənaətinə gəlməsini əsassız hesab edirlər. Vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəl ər arasında bağlanmış Bank hesabı (depozit) müqaviləsinin 2.7-ci bəndinin tələbinə əsasən müştəri kredit üzrə yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərinin Müştərinin bütün hesablarından mübahisəsiz qaydada silinməsi hüququnu banka verir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən kreditorun borcalanı qabaqcadan xəbərdar etmədən kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada (razılıq almadan) borcalanın cari, valyuta və ya digər hesablarından silmək, saxlanc müqaviləsinin şərtlərinə əsasən isə bankın girov qoyulmuş təminat üzrə sərəncam vermək hüququ olmuşdur. Göründüyü kimi, Cavabdeh bankdan götürdüyü kreditin təminatı olaraq depozit hesabda olan vəsaiti girov qoyulmuş və banka, borc ödənilmədiyi təqdirdə tələbin kredit götürənin razılığı olmadan bank hesab ında olan vəsaitə yönəldilməsi (borcun silinməsi) hüququ verilmişdir. Buna baxmayaraq bank hüququndan sui-istifadə edərək, bunu etməmiş, ümumiyyətlə tərəflər arasında olan kredit münasibətlərinin, verilmiş kredit borcun təminatlı olduğunu məhkəmədən gizlətməyə çalışmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyivə güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
22. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri əsassızdır.
31. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Re spublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunma lıdır.
32. Məhkəmə kollegiyasının mövqeyinə görə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə görə məhkəmənin mübahisələndirilən hissəyə mülki mühakimə icraatı qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etməsi, yolverilmz olduğundan, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə, kassasiya şikayətində göstərildiyi kimi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz.
33. Məhkəmə kollegiyas hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-6621/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.