Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6130/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsində istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” barədə ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “yeddi baş inəyin naturada və ya onların dəyərinin iddiaçılardan alınıb cavabdehə verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli, 2(107)-1166/2019 saylı qətnaməsindən İddiaçı2 və vəkili x1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx qəsəbəsində onlara ayrılmış torpaq sahəsindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş cavabdehin hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh ilk iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq, onun təmin edilməməsi, məhkəməyə təqdim etdiyi onun iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı hər birinin dəyəri 1500 man at olan yeddi baş inəyin naturada və ya onların dəyəri olan 10500 manatın alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim İddiaçı2) 27 aprel 2018-ci il tarixli, 2(033)-81/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 xxx qəsəbəsində “Əski bazar” adlanan sahədə ayrılmış cəmi 2,30 ha pay torpaq sahəsindən iddiaçıların istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş Cavabdeh hərəkətlərinə son qoyulması, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, xxx qəsəbəsində “Əski bazar” adlanan sahədə ayrılmış cəmi 2,30 ha pay torpaq sahəsinin faktiki olaraq satmaları ilə əlaqədar ödən ilmiş cəmi 10500 (on min beş yüz) manat iddiaçılar İddiaçı2 və İddiaçı1 alınıb Cavabdeh verilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin eyni vaxtda icra edilməsi və İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidovun sədrliyi, Mahir Əsədlinin məruzəsi ilə, İnşallah Quliyev) 06 may 2019-cu il tarixli 2(107)-1166/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(033)-81/2018 saylı qətnaməsi 10500 manat pul tələbinə aid hissədə ləğv edilmiş, qarşılıq iddia ərizəsinin qismən təmin edilməsi, xxx qəsəbəsində “Əski bazar” adlanan sahədə ayrılmı ş cəmi 2,30 ha pay torpaq sahəsinin faktiki olaraq satmaları ilə əlaqədar ödənilmiş məbləğ 4600 (dörd min altı yüz) manat pulun iddiaçılar İddiaçı2 və İddiaçı1 alınıb Cavabdeh verilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı2 və vəkili x1 oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli 2(107)-1166/2019 nömrəli qətnaməsinin qismən ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxx qəsəbəsində əkin üçün yararlı 1 hektar torpaq sahəsinin satış qiyməti 2000 manat deyil. Məhkəmə kollegiyasının həmin qiyməti hansı qanuna istinad etməklə müəyyən etdiyi məlum deyil. Belə ki, mübahisəli torpaq sahəsinin hansı kateqoriyaya aid olması müəyyən olunmalı idi. Müvafiq ekspert rəyi alındıqdan sonra son nəticəyə gəlmək olardı. Məhkəmə isə bunu etməmiş cavabdeh tərəfindən 13 ildən artıq müddətdə həmin torpaq sahəsindən istifadə etməsini və gəlir əldə etməsini nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏL ƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, torpaq islahatı zamanı 1996-cı ildə İddiaçı2 və ailəsinə 0,13 həyətyanı, 0,54 ha bağ və 1,86 ha əkin sahəsi verilmişdir. Bundan başqa 1996-cı ildə İddiaçı1 və ailəsinə 0,12 həyətyanı, 0,12 ha bağ və 1,48 ha əkin sahəsi verilmişdir. YYY bələdiyyəsi tərəfindən 12.08.2003-cü il tarixdə təsdiq edilmiş şahidlər X2 və X1 iştirakı ilə tərtib edilmiş vəsiyyətnamə ilə İddiaçı2 ona məxsus “Əski bazar” adlanan sahədə olan 0,82 ha pay torpaq sahəsini YYY qəsəbəsində yaşayan Cavabdeh vəsiyyət e tmişdir. YYY bələdiyyəsi tərəfindən 05.10.2016-cı il tarixdə 1630 nömrəli arayışla müəyyən edilmişdir ki, İddiaçı2 12.08.2003-cü il tarixdə verdiyi 54 saylı vəsiyyət sərəncamı 20.10.2013-cü il tarixdə öz ərizəsinə əsasən ləğv edilmişdir. YYY bələdiyyəsi tərəfindən 12.08.2003-cü il tarixdə şahidlər X2 və X1 iştirakı ilə tərtib edilmiş vəsiyyətnamə ilə, İddiaçı1 ona məxsus “Əski bazar” adlanan sahədə olan 1,48 ha pay torpaq sahəsini YYY qəsəbəsində yaşayan Cavabdeh vəsiyyət etmişdir. YYY bələdiyyəsi tərəfindən 05.10.2016-cı il tarixdə verilmiş 1631 nömrəli arayışla müəyyən edilir ki, İddiaçı1 12.08.2003-cü il tarixdə verdiyi 55 saylı vəsiyyət sərəncamı 20.10.2013cü il tarixdə öz ərizəsinə əsasən ləğv edilmişdir. İddiaçı2 və ailəsinə verilmiş pay torpaq sahəsinin mülkiyyət hüququna dair sənəd lər verilməmişdir. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, iddiaçılar onlara məxsus “Əski bazar” adlanan sahədə olan cəmi 2,30 ha pay torpaq sahəsini 12.08.2003-cü il tarixdə YYY qəsəbəsində yaşayan məcburi köçkün Cavabdeh vəsiyyət etsələr də, həmin vaxt torpaq sahəsinin qiymətinin nəzərə alınaraq, iddiaçılar ******* (köhnə məzənnə ilə) manat pul almaqla barəsində mübahisə gedən torpaq sahəsini cavabdehə faktiki olaraq satmışlar. Qeyd edilən torpaq sahəsinin iddiaçılar tərəfindən cavabdehə faktiki olaraq satılması həm də onunla təsdiq edilir ki, cavabdeh həmin torpaq sahəsini indiyədək fasiləsiz və mübahisəsiz olaraq faktiki istifadə edir. Ona görə iddiaçılara ödənilən pulu cavabdehə qaytarılmaq şərti ilə cavabdeh həmin torpaq sahəsini boşaltmalıdır. İş materiallarından olan Zaqatala rayon u, YYY bələdiyyəsinin 26 aprel 2019-cu il tarixli məktubuna əsasən YYY qəsəbəsində 1 ha əkinə yararlı torpaq sahəsinin bir illik icarə haqqının orta hesabla 100-200 manat, satış qiymətinin isə 2000-3000 manat qiymətləndirilməsini nəzərə alaraq, məhkəmə kollegiyası qarşılıqlı iddianın 4600 manat məbləğdə təmin edilməsi nəticəsinə gəlmişdir. Qətnamədən yalnız İddiaçı2 kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası onun kassasiya şikayətinin dəlilləri əsasında qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsinin qanuniliyini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyasi hesab edir ki, iddiaçılar tərəfindən özlərinə məxsus torpaq sahəsinin faktiki olaraq cavabdehə satıldığı və bunun müqabilində 2.300.000 AZM pul ödənildiyi işin mübahisəsiz halı olduğundan və həmin torpaq sahəsi iddiaçıların iddiasına əsasən cavabdehdən geri alındığından həmin torpaq sahəsinə görə iddiaçıların cavabdehdən aldığı pula sahib olmağa haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Buna görə də, həmin torpaq sahəsinə görə ödənilmiş pul geri qaytarılmalıdır. Məhkəmə kollegiyası pulun ödənildiyi 2003-cü ildən bəri uzun müddət keçdiyi, pul vahidi nin denominasiya olunduğu və inflyasiyaya uğradığını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılmalı məbləğin torpaq sahəsinin bugünkü bazar qiymətinə uyğun olaraq müəyyənləşdirilməsi ədalətli olmuşdur. İddiaçı kassasiya şikayətində əkinə yararlı torpaq sahəsinin 1 ha-nın qiymətinin 2000 manat olmamasını qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda, keçən müddət ərzində torpaq sahəsindən istifadə edərək gəlir əldə etdiyi, bu müddət ərzində özünün to rpaq sahəsindən istifadə etsəydi gəlir əldə edəcəyi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, torpaq sahəsi iddiaçıların iradəsi ilə rəsmi müqavilə olmadan cavabdehə satılmış, və onun müqabilində cavabdehdən pul alınmışdır, cavabdeh tərəfindən torpaq sahəsi zəbt edilməmişdir. Bu müddət ərzində cavabdehin pul vəsaitindən də iddiaçılar yararlanmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirlən hissəsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-ci il tarixli 2(107)-1166/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6130/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6130/2019
30.09.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver