Məhkəmə qərarları › İş №2(102)-6130/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6130/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6130/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh1nə və 3-cü şəxs SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6130/21 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri, 11 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5237/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh SOCAR-ın Cavabdeh1 tər əfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh SOCAR-ın “Neft Kəmərlər” İdarəsinə qarşı (SOCAR-ın Təhlükəsizlik İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2000-ci il tarixli, № 1138 saylı Sərəncamı ilə Biləcəri qə səbəsində uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600 m2 torpaq sahəsi ona fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış, həmin vaxtdan o, evin tikintisinə başlamış, 2003-cü ildə tikinti yekunlaşandan sonra ailəsi ilə birlikdə həmin ünvana köçmüş və hazırkı günədək həmin ünvanda yaşayır. 04 mart 2015-ci il tarixdə o, evə qayıtdığı zaman cavabdehin nümayəndələri hər hansı hüquqi əsası olmadan evin bir hissəsinin söküb, qapı-pəncərəni, eləcə də evin içindəki əşyaların yararsız hala salındığını görmüşdür. Dərhal Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmiş, ərizəsi əsasında araşdırmaya başlanılmış və 1 il 7 ay sonra, 21.10.2016-cı il tarixli Qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra onun SOCAR DNŞ-nə və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı vurulmuş maddi-mənəvi ziya nın əvəzinin tutulmasına dair iddiası Nərimanov Rayon Məhkəməsinin 19.10.2018-cı il tarixli Qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli Qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi hesab etmişdir ki, iddia əsl olmayan tərəfə qarşı verilmiş, hazırkı mərhələdə isə tərəfin əvəz edilməsi yolverilməzdir. Ali Məhkəmənin 15.10.2019-cu il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası da hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh məhz SOCAR-ın Cavabdeh1 olmalıdır. Məhkəmə ekspertiza Mərkəzinin 24.09.2018-ci il tarixli 12782 saylı Rəyinə əsasən, tikilinin sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırıl ması üçün 2.111 manat zərər müəyyən etmişdir. Nə qədər ki, yuxarı məhkəmələr həmin zərərin kimdən tələb edilməsini dəqiq müəyyən etmişlər, o iddianı həqiqi cavabdehə qarşı irəli sürmək qərarına gəlmişdir. Məhkəmə Ekspert Mərkəzinin rəyi natamam olmuşdur. Belə ki, ekspert yalnız istifadə olunacaq materialları 2017-2018-ci il üçün olan qiymətlərlə hesablamışdır. Hazırkı iddiası təmin olunduğu təqdirdə cavabdehin formal şikayətləri ilə hazırkı iş üzrə mülki icraat 2021-ci ilə qədər davam edəcəkdir. Belə olan halda, illik inflyasiya və qiymət artımı da nəzərə alınmalıdır. Həmçinin ekspert rəyində usta (bənna, rəngsaz və s.) haqqı nəzərdə tutulmamışdır. Yəni, həmin tikilinin bərpası ən azı 3.000 manata başa gələcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhk əməsi) 02 iyun 2020-ci il tarixli 2(011)-922/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbi qismən təmin edilərək, 2111 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun SOCAR-ın “Neft Kəmərlər” İdarəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən özbaşına inşa edilmiş evin onlar tərəfindən sökülmədiyini bildirir. Lakin cavabdehin həmin dəlili iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, cinayət işi başlanmasının rədd edilməsi barədə Binəqədi Rayon Prokurorluğu 21.10.2016-cı il tarixli qərarın surətindən görünür ki, iddiaçının şikayəti əsasında aparılan araşdırma zamanı SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları X4 və X2 verdikləri izahatlarında gös tərmişlər ki, İddiaçı yaşadığı 1 May küçəsində yerləşən həyətində qanunsuz yarım tikili olması barədə rəhbərliyə məlumat verilmiş və tikintinin davam etdirilməsi barədə İddiaçı rəsmi xəbərdarlıq edilmişdir. Lakin o, xəbərdarlığa əhəmiyyət vermədən tikintini davam etdirdiyi üçün Cavabdeh1 əməkdaşları tərəfindən söküntü icra edilmiş, həmin vaxt orada təhlükəsizliyi təmin etmişlər. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları X4 və X2 hazırkı mübahisə üzrə məhkəmədə ziddiyyətli ifadə verərək bildirdilər ki, iddiaçının yaşadığı ərazidə olmamışlar və iddiaçının inşa etdiyi özbaşına tikilinin cavabdehin əməkdaşları tərəfindən söküldüyünü görməmişlər. Lakin onların cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilən izahatları elan olunduqdan sonra, verdikləri ifadələrini dəy işərək Binəqədi RPİ-nin 6-PBdə hansı məzmunda izahat verdiklərini xatırlamadıqlarını, yaxud izahatın polisin müstəntiqi tərəfindən yazıldığını və həmin izahatı oxumadan imzaladıqlarını bildirdilər. Məhkəmə, hazırkı mübahisə üzrə şahidlərin verdikləri ifadələri inandırıcı hesab etmir. Belə ki, əvvəla şahidlərin hər ikisi ali təhsil almışlar və onların polis orqanında özləri tərəfindən yazılmasa da belə, izahatın mətni ilə tanış olmadan, yaxud onu oxumadan imza etmələri ağlabatan görünmür. Digər bir tərəfdən, şahidlər məhkəmədə tamamilə ziddiyyətli ifadələr verdilər ki, bu ziddiyyətin nədən ibarət olması yuxarıda şərh edilmişdir. Bundan başqa, şahid X3 məhkəmədə verdiyi ifadəsində evin 10 nəfərə yaxın xüsusi geyimli adamlar tərəfindən söküldüyünü bildirmişdir. Şahidin verdiyi ifadə digər şah idlərin 2016-cı il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-də verdikləri izahatlarla oxşarlıq təşkil etməklə bərabər, həm də iş materialları ilə ziddiyyət təşkil etmir. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası o əsasla ləğv edilmişdir ki, torpaq sahəsinə dair ona verilmiş sərəncamı mübahisələndirənin (“Neft Kəmərlər” İdarəsi Bakı şəhəri, Binəqədi rayonu İH və iddiaçıya qarşı Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində neft kəmərinin mühafizə zonasında maraqlı şəxsə məxsus qanunsuz tikilinin hüquq təsdiq edici sənədlərinin ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir) hansı hüquqi şəxs olması ona məlum olduğu halda, SOCAR Dövlət Neft Şirkətinə və həmin qurumun Təhlü kəsizlik İdarəsi iddiaya cavab verməli olamayan şəxs olmamaqla, onlara qarşı tələb yönələ bilməz. Şərh edilən işin hallarından göründüyü kimi, cavabdehin mülki hüquq pozuntusu törətməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bundan başqa, ARDNŞ tərəfindən 31.03.2011-ci il tarixdə təsdiq edilmiş “ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunmasının və üzərində aparılan qanunsuz tikintilərin qarşısının alınması üzrə əlavə tədbirlərin görülməsi barədə Təlimat”ın 2.2ci bəndinə əsasən təşkilatın rəhbəri tərəfindən ərazilərdə qanunsuz tikililər bilavasitə aşkar edildiyi halda və ya sahə rəislərindən alınmış bildirişlər əsasında məlumatların müvafiq qaydada qeydiyyata alınması təmin edilməli və müvafiq tədbirlərin görülməsi üçün həmin gün Təhlükəsizlik İ darəsinə və müvafiq dövlət orqanlarına rəsmi məlumat verilməlidir. Bütün müraciətlərin surətləri qısa müddətdə Baş ofisin Hüquq İdarəsinə təqdim edilməlidir. Təlimatın 2.3-cü bəndində qeyd edilir ki, məsul şəxslər tərəfindən özbaşına tikililərin aşkar olunduğu yerlərə baxış keçirilməli və lazımi məlumatlar əldə olunaraq müvafiq qaydada qeydiyyat jurnalına daxil olunmalıdır. Həmçinin, Təlimatın 2.4-cü bəndində qeyd edilmişdir ki, inşası başa çatmış özbaşına tikililər barədə təşkilat tərəfindən dərhal məhkəməyə müraciət edilməlidir. Özbaşına tikintilərin sökülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməlirinin icrasını təmin etmək məqsədilə Təşkilat tərəfindən rayon icra şöbələrinə müraciət edilməlidir. Qeyd edildiyi kimi, həm MM-nin 180.4-cü maddəsində, həm də adı çəkilən Təlimatda özbaşına tikilinin sökülməsi üçün yalnız məhkəməyə müraciət edilməsi açıq şəkildə göstərilmişdir. Cavabdeh tərəfindən özbaşına tikilmiş evin sökülməsi üçün məhkəməyə müraciət etmədən söküntü işləri aparması isə onun hərəkətlərinin qanunazidd olması deməkdir. Bundan başqa, cavabdeh Təlimatın müddəalarına uyğun olaraq özbaşına tikintinin mövcudluğu barədə müvafiq məlumatlandırmanın yerinə yetirilməsi, özbaşına tikintinin aşkar edilməsi ilə bağlı məlumatın qeydə alınması, eləcə də özbaşına tikintinin dayandırılması barədə iddiaçının məlumatlandırması, yaxud bu barədə bildiriş verməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən özbaşına tikilmiş evin sökülməsi ilə bağlı cavabdehin hərəkətləri qanunazidd olmaqla bərabər, həm də təqsirli o lmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı maddi zərərin tələb edilməsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi zərərin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı söküntü zamanı ona 3000 manat maddi ziyan dəydiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24.09.2018-ci il tarixli, 12782 saylı rəyində iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikilinin sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2111 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 21.2, 180.4, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh SOCAR-ın Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-5237/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(011)-922/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm Mülki Məcəllənin 180.4-cü maddəsində, həm də qeyd olunan Təlimatda özbaşına tikilinin sökülməsi üçün yalnız məhkəməyə müraciət edilməsi açıq göstərilmişdir. Cavabdeh tərəfindən özbaşına tikilmiş evin sökülməsi üçün məhkəməyə müraciət etmədən söküntü işləri aparması isə onun hərəkətlərinin qanunazidd olması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən özbaşına tikilmiş evin cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz sökülməsi nəticəsində ona maddi zərər dəyməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunmasının və üzərində aparılan qanunsuz tikintilərin qarşısının alınması üzrə əlavə tədbirlərin görülməsi barədə Təlimat”ın tələblərinə uyğun olaraq özbaşına tikilinin mövcudluğu barədə müvafiq məlumatlandırmanın yerinə yetirilməsi, özbaşına tikilinin aşkar edilməsi ilə bağlı məlumatın qeydə alınması, eləcə də özbaşına tikilinin dayandırılması barədə iddiaçının məlumatlandırması və ya bu barədə bildiriş verməsi barədə sübutları istər birinci instansiya məhkəməsinə, istərsə də apelyasiya məhkəməsinə təqdim etməmişdir. Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, X4 və X2 məhkəmə iclası zamanı şahid kimi məhkəmə tərəfindən dindirilmiş, onlar ifadələrində sözügedən tikilinin Cavabdeh1 əməkdaşları tərəfindən sökülməsini görmədikl ərini bildirmişlər. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanlara öz qətnaməsində ətraflı hüquqi qiymət vermişdir. Belə ki, şahidlər Elvin İlyasov və Vüqar Mustafayev polis orqanında hansı məzmunda izahat verdiklərini xatırlamadıqlarını, izahatın polisin müstəntiqi tərəfindən yazıldığını və həmin izahatı oxumadan imzaladıqlarını bildirsələr də, birinci instansiya məhkəməsi haqlı olaraq bunu belə əsaslandırmışdır ki, şahidlərin verdikləri ifadələri inandırıcı hesab edilmir, şahidlərin hər ikisi ali təhsillidir və onların polis orqanında özləri tərəfindən yazılmasa da belə, izahatın mətni ilə tanış olmad an, yaxud onu oxumadan imza etmələri ağlabatan görünmür. Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh SOCARın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh SOCARın Cavabdeh1 rəisi Vasif Əmirov apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də, həmin halları sübut edən dəlillərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh SOCAR-ın Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin yaranmasının əsasında digər şəxsin t əqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. İş materiallarında isə cavabdehin hər hansı təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərərin vurulması müəyyən olunmur. Məhkəmə işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon Prokurorluğunun 21.10.2016-cı il tarixli qərarının kserosurətinə istinad etmiş, həmin material məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 verdikləri ifadələrinə sözügedən tikilinin cavabdehin əməkdaşları tərəfindən sökülməsini görmədiklərini bildirmişlər. Lakin heç bir məhkəmə bu halı nəzərə almamış, mübahisəli tikilinin cavabdehin əməkdaçşları tərəfindən sökülməsi barədə nəticəyə gəlmişlər. Məhkəmə iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, cavabde hin mübahisəli tikilini sökməyə nə texniki, nə də fiziki qüvvəsi olmadığına görə, istəsəydi belə həmin tikilini sökə bilməzdi. Bundan başqa, işə baxılarkən istər cavabdeh, istərsə də 3-cü şəxsin iştirakı təmin edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh SOCAR-ın Cavabdeh1 vəkili Vəkil və 3-cü şəxs SOCAR-ın Təhlükəsizlik İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməy ən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəc əyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, həmin dəlillərin formallığı apelyasiya baxışı zamanı haqlı və düzgün olaraq müəyyən edilmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin digər dəlili, yəni həm cavabdehin, həm də iddiaçının iştirakı təmin edilmədən qətnamə qəbul edilməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 08.06.2021-ci il tar ixinə təyin edilmiş 30.04.2021-ci il tarixində (səh 171) bildiriş ünvanlanmış, 08.05.2021-ci il tarixdə (səh 175) məhkəmə bildirişi 3-cü şəxsə təqdim edilmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı qəbul edilmiş qətnamədə öz əksini tapmış və izahatı alınaraq məhkəmə iclas protokoluna daxil edilmişdir. Cavabdeh isə məhkəmə iclas protokoluna qeydlə bağlı apelyasiya məhkəməsinə müraciət etməmiş, bununla da iclas prtokokolunun doğruluğunu və tamlığını özü təsdiq etmiş olmuşdur. Odur ki, qeyd edilən dəlil də apelyasiya kollegiyası tərəfindən hər hansı prosessual hüquq normasının pozuntusu kimi qiymətlləndirilə və bu əsasla da apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvinə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir k i, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh SOCAR-ın Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5237/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar