Məhkəmə qərarları › İş №2(102)-6134/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6134/2019

18.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6134/2019 18.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(107)1401/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(039)-79/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.İ.Məlikov) İddiaçı Cavabdeh qarş ı “53.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(107)1401/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “53.000 manat pul tələbinə dair” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, cavabdehdən 23.000 ABŞ dolları borc pul alıb və ona 2011-2014-cü illər ərzində 83.000 manat pul ödəyib və cavabdehə heç bir borcu qalmayıb. Cavabdehə ödədiyi 23.000 ABŞ dolla rı və gecikdirdiyi illlərə görə əlavə 7.000 manat, bütövlükdə 30.000 manat ödəməsi nəzərə alınmaqla, artıq ödədiyi 53.000 manat pul cavabdehdən tutulub ona qaytarılmalıdır. Cavabdeh 83.000 manat pulu ondan qanunsuz olaraq hesabladığı faizlər hesabına almışdır. O, bütün əmlakını, yaxın qohuməqrabalarının əmlakını girov qoyaraq bankalardan kredit götürüb, mal-qarasını, maşınını satıb və cavabdeh onu maddi cəhətdən müflis edib. Cavabdeh, faizləri o, dərəcədə yüksək həddə qaldırdı ki, nəticədə o, son dərəcədə ağır vəziyyətə düşdü. “X5”na olan kredit borcuna görə mülkiyyətində olan yeganə fərdi yaşayış evi hərraca çıxarılaraq bankın mülkiyyətinə keçdi. Bundan sonra “xxxx” ASC 500 manat kredit götürdü və həmin kredit məbləğini cavabdehə ödədi və həmin borc da onun üzərində qaldı. Həmçinin cavabd ehə olan borcunu və faizini ödəmək üçün Mənsur Quliyevdən də 8.000 manat pul götürüb ona verdi. Bundan sonra çətin vəziyyətə düşdüyü və cavabdehin hədə-qorxusundan çəkinərək arvadı XXXnın yaxın qohumunun evini girov qoyaraq “xxxx” ASC 15.000 manat əlavə kredit götürüb. Həmin kredit məbləği də faiz borcu ilə birlikdə onun tərəfindən ödənilib. O, aylıq əmək haqqını, arvadının pensiya kartını, ona məxsus olan mal-qaranı, pay torpağını, arvadına məxsus olan qızıl-zinət əşyalarını, həmçinin yaxın qohum-əqrabalarının ona etmiş olduqları köməkliyi nəticəsində digər əşyaları da sataraq, oğlunun “Azərbaycan Beynəlxalq Bankın”dan götürdüyü 6.000 manat, həmçinin arvadı XXXnın “Kapital Bank”dan götürdüyü 2.250 manat pulu da cavabdehə vermişdir. Nəticədə cavabdehə verdiyi pulun ümumi məbləği 83.000 m anat olmuşdur. Cavabdeh əlavə olaraq ondan 10.000 ABŞ dolları faiz tələb edir. Halbuki, cavabdeh ondan 53.000 manat artıq pul almaqla əsassız varlanmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayab, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması b arədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh və vəkili XXX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı, vəkili Mahir Bayramov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin d əlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsinə, iddia ərizə sini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı iddia edir ki, cavabdehdən bütövlükdə 23.000 ABŞ dolları borc pul alsa da, o na 2011-ci ildən 2014-cü ilədək 83.000 manat pul qaytarmışdır. 23.000 ABŞ dolları əsas borc və gecikdirdiyi illərə görə əlavə ödədiyi 7.000 manat, bütövlükdə 30.000 manat çıxıldıqda cavabdeh qanuni və müqavilə əsası olmadan ondan 53.000 manat artıq pul almaqla əsassız varlanıb. Ona görə də həmin pul vəsaiti cavabdehdən tutulub ona ödənilməlidir. Cavabdeh isə iddiaçının ondan 23.000 ABŞ dolları pul aldığını və həmin pul vəsaitinin bir hissəsini qaytarsa da, hazırda 10.000 ABŞ dolları borcunun qaldığını göstərib iddia tələbinə etiraz edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, 26 dekabr 2015-ci il tarixli yazılı qəbzə əsasən İddiaçı Cavabdeh 23.000 ABŞ dolları borc pul aldığını və sonuncuya 10.000 ABŞ dolları borcunun qaldığını etiraf etmişdir. Bundan sonra Yevlax rayon məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, İddiaçı ödəniş günü milli manata məzənnədə 10.000 ABŞ dollarının tutulub Cavabdeh ödənilməsi qət edilib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinə əsasən Yevlax rayon məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh İddiaçı qarşı “10.000 ABŞ dollarının manata məzənnədə 16.500 manat pul tələbinə dair” iddiası təmin edilməyib. Lakin sonradan Ali Məhkəmənin Mülki Kollegiyasının 04 may 2017-ci il tarixli qərarı ilə Cavabdeh kasassiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2016-cı 1 tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmiş və Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, həmin maddələrin mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o, zaman baş verir ki, bu cür varlanmaya ha qq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Ümumiyyətlə, mülki iş materiallarında cavabdehin hüquqi əsas olmadan iddiaçıdan hər hansı məbləğdə pul almasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur və iddiaçı, cavabdehə 23.000 ABŞ dollarının müqabilində 83.000 manat pul qaytarmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təşdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədə n, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(107)-1401/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar