Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6136/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları 1. 16.07.2013-cü il tarixli, 78BK/13 saylı əsas kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh2 60 ay müddətə 1.000.000 manat dolları məbləğində kredit açılmışdır. 2. "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən Zaur Məmmədova 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 23% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Tərəflər 12.03.2015-ci il tarixdə 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə imzalanmış Sazişə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 21.5 %, müddət isə 16.07.2018-ci il tarixədək müəyyən edilmişdir.
4. Tərəflər 26.01.2016-cı il tarixdə 19.08.2014-cü il tarixli, 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə imzalanmış Sazişə əsasən kreditdən istifadəyə görə 2 ay (Yanvar, fevral) güzəşt müddəti müəyyən edilmişdir.
5. Cavabdeh2 16.07.2013-cü il tarixli, 78BKİ/13 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 61.000 manat məbləğində qiymətləndirilmişdir.
6. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərda rlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
7. Bank 27.07.2017-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 27.266,80 ABŞ dolları, faiz borcu üzrə 3.261,71 ABŞ dolları, cərimə borcu üzrə 994,03 ABŞ dolları, cəmi 31.522,54 ABŞ dolları borcun iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 31.522,54 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, X1 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 27.266,80 ABŞ dolları, faiz borcu üzrə 13.702.39 ABŞ dolları, cərimə borcu üzrə 41.650 ABŞ dolları, cəmi 82.619.96 ABŞ dolları borcun iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 82.619.96 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 5 5.000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, X1 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-6) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
11. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, ona məxsus əmlakın qiyməti qiymətləndirmə rəyində göstər ilmiş məbləğdən çox olmalıdır. Hazırda onun kredit borcunu dolların hazırkı məzənnəsi ilə ödəməyə imkanı çatmır. Kreditin götürüldüyü vaxt mövcud olmuş məzənnəyə uyğun və bank tərəfindən yeni ödəniş cədvəli müəyyən edildiyi təqdirdə kredit borcunu hissə-hissə ödəməyə razıdır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Talıbov) 31 yanvar 2020-ci il tarixli x saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 27266,80 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961,52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmi ş 30 manat rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə iddiaçı pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və V.Baxışova) 08 iyun 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininx saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, faiz borcunun tutulması barədə iddia qismən, cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə iddianın tam təmin edilməsi, faiz borcu 10.790,06 ABŞ dolları və cəmi borc 39.056,86 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil sa tıldıqdan sonra 1 ay müddətində cavabdehlər Cavabdeh2 və Cavabdeh1, yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılmaları, qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müddət uzadılmış və son ödəniş tarixi 16 iyul 2018-ci il müəyyən edilmişdir. Lakin ekspert rəyləri ilə həmin tarixə qədər olan borc müəyyən edilməmişdir. Halbuki, iddiaçı tərəfindən həmin tarixə olan borcun tutulması tələbi irəli sürülmüşdür.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edil miş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyul 2020-ci il tarixli 9/2497 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 16.07.2018-ci il tarixə "xxxx" KB ASC-yə ödənilməli olan əsas kredit borcu 28999,42 ABŞ dolları, faiz borcu 11669,81 ABŞ dolları təşkil edir. Lakin həmin ekspert rəyi də kifayət qədər aydın və tam deyildir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən olunur ki, 20.02.2015-ci il tarixdə 1483,08 ABŞ dolları məbləğində ödəniş edilmiş, ekspert rəyində isə həmin tarixdə 143,08 ABŞ dolları məbləğində ödəniş edildiyi göstərilmiş və hesablama da həmin məbləğə əsasən aparılmışdır. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 aprel 2021-ci il tarixli 9/2295 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 16.07.2018-ci il tarixə əsas kredit borcu 27408,64 ABŞ dolları, faiz borcu 10790,06 ABŞ dolları. Bu baxımdan kollegiya hesab edir ki, faiz borcunun məbləği iddiaçının tələb etdiyi kimi 13702,39 ABŞ dolları məbləğində deyil, 30 aprel 2021-ci il tarixli ekspert rəyində göstərilən 10790,06 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının çıxarılması barədə iddianı rədd edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kredit müqavilələrinin 1 №-li əlavələrində (Ödəniş cədvəli”) alınmış kreditlər üzrə faizlərin ayda bir dəfə ödənilmə si nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə iddiaçının cavabdehə olan əsas borcu şişirdilmişdir. Belə ki, iddiaçının il ərzində cavabdehə ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, iddiaçının cavabdehə olan borcu xeyli azalmış olardı. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə tə sdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Lakin, hazırki mülki iş üzrə əmlakın qiymətləndirmə özəl şirkət tərəfindən keçirilmişdir. Bu səbəbdən də qeyd olunan qiymətləndirmənin nəticələri bizi qane etmir. Ona görə də, əmlakın real dəyəri ilə bağlı şübhələrin aradan qaldırılması üçün əmlakın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməlidir. Qiymətləndirmə şirkətinin rəyində qeyd olunan əmlakın dəyəri hazırki bazar qiymətlərinə uyğun deyil. Hazırda əmlakın dəyəri rəydə və qətnamədə göstərilən qiym ətdən yüksəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikd ə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
25. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
28. Maddə
33. Borclu əsas öhdəl iyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
29. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
30. Maddə 59.3 və 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kollegiya nəzərə alır ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdi. Ona görə də qətnamə apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qərar qəbul etdiyi faizə və cavabdehlərin ipoteka predmetindən çıxarılması hissələrində yoxlanılır. Cavabdehin kassasiya şikayətində istinad etdiyi digər hallar kassasiya baxışının predmetini təşkil etmir. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi v ə dəlilləri ilə bağlıdır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 37. "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində həmin tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğ ində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 16.07.2013-cü il tarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 12.03.2015-ci il tarixli saziş imzalanmış və sazişə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 21,5 %, müddət isə 16.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 26.01.2016-cı il tarixli saziş imzalanmış və sazişə əsasən kreditdən istifadəyə görə 2 ay (y anvar, fevral) güzəşt müddəti müəyyən edilmişdir.
38. İddiaçı bildirmişdir ki, Cavabdeh2 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 27.266,80 ABŞ dolları, faiz borcu 13.702,39 ABŞ dolları, cərimə 41.650 ABŞ dolları, cəmi borcu isə 82.619,96 ABŞ dolları təşkil edir.
39. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hazırda onun kredit borcunu dolların hazırkı məzənnəsi ilə ödəməyə imkanı çatmır. Kreditin götürüldüyü vaxt mövcud olmuş məzənnəyə uyğun və bank tərəfindən yeni ödəniş cədvəli müəyyən edildiyi təqdirdə kredit borcunu hissə-hissə ödəməyə razıdır. Bundan başqa iş üzrə ən sonuncu 30 aprel 2021-ci il tarixli 9/2295 saylı ekspert rəyində göstərilən məbləğlərlə razıdır.
40. Birinci instansiya məhkəm əsində kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 aprel 2019-cu il tarixli 29597 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 16.05.2016-cı il tarixə "xxxx" Kommersiya Bankı ASC-yə olan borcu 27370,74 ABŞ dolları əsas, 1378,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 28749,70 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 12.03.2015-ci il tarixdə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu 26403,19 ABŞ dolları məbləğində müəyyən olunur, o cü mlədən: 28749,70 ABŞ dolları – 2346,51 ABŞ dolları = 26403,19 ABŞ dolları.
41. Sonradan məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixli 30199 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 ilə "xxxx" KB ASC arasında bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə onun 01.08.2017-ci il tarixə (son ödəniş tarixi) 28999,42 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz borcu vardır.
42. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, sonuncu ekspert rəyinə uyğun olaraq faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Məhkə mə kollegiyası isə faiz borcun tutulması hissəsində iddia qismən əsaslı olduğunu hesab edib aşağıdakıları qeyd etmişdir.
43. Faizə dair iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir və hazırkı işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Çünki iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müddət uzadılmış və son ödəniş tarixi 16 iyul 2018-ci il müəyyən edilmişdir. Lakin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində verilən ekspert rəyləri ilə həmin tarixə qədər olan borc müəyyən edilməmişdir. Halbuki, iddiaçı tərəfindən həmin tarixə olan borcun tutulması tələbi irəli sürülmüşdür.
44. Göstərilənlər nəzərə alınaraq apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-müha sibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyul 2020-ci il tarixli 9/2497 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 16.07.2018-ci il tarixə "xxxx" KB ASC-yə ödənilməli olan əsas kredit borcu 28999,42 ABŞ dolları, faiz borcu 11669,81 ABŞ dolları təşkil edir. Lakin həmin ekspert rəyi də kifayət qədər aydın və tam deyildir.
45. İş materiallarında olan hesabdan çıxarışdan müəyyən olunur ki, 20.02.2015-ci il tarixdə 1483,08 ABŞ dolları məbləğində ödəniş edilmiş, ekspert rəyində isə həmin tarixdə 143,08 ABŞ dolları məbləğində ödəniş edildiyi göstərilmiş və hesablama da həmin məbləğə əsasən aparılmışdır.
46. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfində n 30 aprel 2021-ci il tarixli 9/2295 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 16.07.2018-ci il tarixə əsas kredit borcu 27408,64 ABŞ dolları, faiz borcu 10790,06 ABŞ dolları.
47. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, faiz borcunun məbləği iddiaçının tələb etdiyi kimi 13.702,39 ABŞ dolları məbləğində deyil, 30 aprel 2021-ci il tarixli ekspert rəyində göstərilən 10.790,06 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
48. Bununla yanaşı apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının çıxarılma sı barədə iddianı rədd edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
49. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Ona görə də həmin hissədə iddia tam təmin edilməlidir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymə t verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qə tnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.